8 Kasım 2016 Salı

Münafiqlər Bizdən Deyildir!



Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba



   Allah Azzə və Cəllə buyurmuşdur; “Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə belə etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.” {Ali İmran 156}

Təbəri belə demişdir; “Allah Azzə və Cəllə bunu qəsd edir: “Ey Allahı və Rəsulunu  təsdiq edib Muhəmməd səllallahu aleyhi va səlləmin Allah qatından gətirdiklərini qəbul  edənlər! Allaha və Rasuluna küfr edən, Muhəmməd səllallahu aleyhi va səlləmin nübuvvətini inkar edən və kafir qardaşlarına bu sözü söyləyənlər kimi olmayın.”  [Təfsirut Təbəri (7/330)]


   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu eşitdim; “Qiyamət günündə mömin Rəbbi Azzə və Cəlləyə yaxınlaşacaq, o dərəcədə ki, Allah onun üzərinə örtüyünü endirəcək və ona günahlarını etiraf etdirəcək. Ona; “Etiraf edirsənmi?” deyəcək, mömin; “Ey Rəbbim! Etiraf edirəm.” deyəcək. Allahu Təala; “Onu mən dünyada sənin üçün gizləmişdim. Bu gün də onu sənə bağışlayıram.” deyəcək. Bunun üzərinə yaxşılıqlarının səhifəsi veriləcəkdir. Kafirlərlə münafiqlərə gəlincə, onlar üçün məxluqat hüzurunda: “Allah adına yalan söyləyənlər bunlardır.” deyə nida ediləcəkdir.”  [Səhih. Buxari (4685); Muslim (2768)]

Hiç yorum yok: