11 Kasım 2016 Cuma

Bidət Əhli!

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) belə deyir:

“Əgər bidət əhli haqda fikirləşsən, görərsən ki, onlar heç bir dəlilsiz-sübutsuz olan iddialardan ibarətdir”. (Məcmu əl-Fətava, 7/ 117).


Şeyx İbn Bəz (Allah ona rəhm etsin) belə deyir:

“Əmr sahiblərinin eyiblərini yaymaq və minbərlərdə zikr etmək sələfin mənhəcindən deyil”.
(Fətava, 8/ 210).


Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir:

“Saleh sələflərimiz olan alimlərdən, məsələn, Malik, Əhməd və başqalarından insanları bidət əhli ilə oturmaqdan çəkindirməkləri barədə çoxsaylı dəlillər gəlmişdir. Əksinə, bidət əhlindən insanlara şübhə düşməsi qorxusundan onlarla münasibəti kəsməyi insanlara əmr edərdilər”.
(Səsyazmadan).


Şeyx Fəuzan (Allah onu qorusun) belə deyir:

Sünnə əhlini və hədis alimlərini yalnız və yalnız qəlbi xarab, xəbis olan biri söyər. Çünki, onları onların şəxsiyətlərinə görə söymür. Onları onlarda olan elmə və haqqı müdafiə etdiklərinə görə söyürlər”.
(Şərhu əl-Kəfiyə əş-Şəfiyyə, səh. 603).


Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) deyir:

“Bidət əhli yalançı şayiələr və zalım iftiralardan başqa heç bir zamanda və məkanda Əhli-Sünnə ilə mübarizə apara bilməyiblər”.
(əl-Məcmu, 2/ 331).


Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) deyir:

"Allaha and olsun ki, İslam ümmətini bidətlər zəlil günə qoyub. Əgər bu ümmət bidətlərdən uzaq olarsa, Uca Allah onlara yəhudi və nəsranilərə qarşı mütləq yardım edər. Onlar bidət və zəlalətdə ikən yəhudi və nəsranilərə qarşı onlara necə yardım gələ bilər?!
(“Fətəva” 390).


Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) belə deyir: :

“Sələflərdən çoxu belə deyərdilər: “Bidət əhli İslam üçün xaricdən olan düşmənlərdən daha zərərlidirlər”. Nə üçün belə deyərdilər? Çünki, bidət əhli İslamı daxildən dağıdır, sonra qapını açır və düşmənlərə deyir ki, “buyurun, girin!”
(Məcmu Raiq, səh. 39).


Şeyx Rabi ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) belə deyir:

“Sələfi cavanlara nəsihət edirik ki, elm tələb etməyə yönəlsinlər, salehlərlə yoldaşlıq etməyə həris olsunlar, bidət əhli, şübhə və fitnə əhli ilə qaynayıb-qarışmaqdan son dərəcə həzər etsinlər”.
(“Bidət əhli barədə mövqe” səh.24)

Hiç yorum yok: