4 Kasım 2016 Cuma

Həsədkarın Əlamətləri!

1. Dostunun xatasına sevinmək.

2. Getdiyi məclisdə dostunun olmamasına sevinmək və ya ikisinə aidiyyatı olan gediləsi yerə gəlməməsinə və ya başçılığın ikisi arasında bölüşdürüləsi yerə dostunun gəlməməsinə sevinmək.

3. Dostuna işarə ilə istehza edildikdə və onun haqqında pis sözlər deyildikdə buna sevinmək, qeybətçiyə və ya istehzaçıya mane olmamaq.

4. Dostu haqqında soruşulduqda bunu fürsət bilib dostundan intiqam alaraq onu pisləməyə çalışmaq.

5. Sual ona deyil başqasına ünvanlandıqda və ya onun yanında dostundan hansısa mövzuda danışılması istənildikdə öz nəfsində sıxıntı və problem hiss etmək.

6. Dostunun verdiyi faydaları və onun elminin qədrini aşağılamağa çalışmaq.

7. Dostu danışdıqda onun səhvlərini tutmağa çalışmaq və o cavab verdikdə də onu tənqid etməyə çalışmaq.

8. Dostunun fəzilətli cəhətlərini və onun verdiyi faydanı ona nisbət etməmək.

Məalim fi Tariqi Talibil Elm (səh 90-92)

Hiç yorum yok: