20 Şubat 2017 Pazartesi

Mübahisə Etməkdən Çəkinin!


Mübahisə etmək həm din və həm də dünya işlərində qınanmışdır. Bu ona görədir ki, mübahisə edən tərəf özünün haqlı olduğunu isbat etməyə çalışar. Qarşı tərəfdən haqq söz deyilsə belə, çox az qism istisna olmaqla, heç bir mübahisəçi məğlub olmağı, haqsız çıxmağı və bunun nəticəsində haqqı qəbul edib, səhfini düzəldib tövbə etməyi nəfsinə sığışdırmaz. Əzəli elmiylə bizi bizdən daha yaxşı tanıyan Rəbbimiz, Kitabında mübahisə etməyi və edənləri qınamışdır, ancaq ibrət alan və əməl edən necə də azdır!

ü Mübahisə edənlərin çoxu haqsızdır!
   “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür.” {Ali İmran 20}

   “Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək” {Ali İmran 61}

   “Ey Kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir, məgər anlamırsınız?” {Ali İmran 65}

ü Mübahisə edənlər çox vaxt üsyan edir!
  “...Nəhayət... Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz....” {Ali İmran 152}

ü İşlərində çəkişərək sünnətə uymayanlar həqiqi iman gətirməyənlərdir!
   “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar.” {Nisa 65}

ü Allah barəsində höcətləşmək küfrdür və sonu atəşdir!
   “Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?” {Ənam 60}

   “Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.” {Rəd 13}

   “Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.” {Həcc 19}

ü Mübahisə edənlərin gücü zəifləyər!
   “O zaman Allah yuxunda sənə onları az göstərdi. Əgər onları sənə çox göstərsəydi, ruhdan düşər və döyüş barəsində bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi qorudu. Şübhəsiz ki, O, kökslərdə olanları bilir.” {Ənfal 43}

   “Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.” {Ənfal 46}

   “Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.” {Həcc 67}

ü Çəkişərək mübahisə edənlər əzaba uğramaqdan qorxmalıdır!
   “Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.” {Yasin 49}

   “Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.” {Sad 38}


  “Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.” {Qaf 28}

Hiç yorum yok: