7 Kasım 2016 Pazartesi

Qiyas Ashabı Qınanmış Və Çəkindirilmişdir!

  

Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Qiyas ashabı ilə qəsd edilən qiyası halal və haram fərqləndirmədən əsas qəbul edən, nassın olduğu mövzuda qiyas edən, qiyasa zidd düşdüyü zaman hədisi rədd edən və ya təvil edən qruplardır.

   Allah Azzə və Cəllə faizi alqı satqıyla qiyaslayanları zəmm edərək belə buyurmuşdur;
“Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir.” {Bəqərə 275}

   Avf b. Malik əl Əşcai  radiyallahu anhdan gələn bir rəvayətdə, Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Ümmətim yetmişdən çox firqəyə ayrılar, onların fitnə baxımından ən böyükləri, öz şəxsi görüşləriylə qiyas edən, Allahın halal etdiyini haram edən və haram etdiyini halal edən bir qövmdür.” [Səhih. Əbu Zura əd Dıməşqi, ət Tarix (1/622); Hakim (3/457, 4/430); Bəzzar (7/186); Təbərani (18/50)]

   Vəsilə b. Əsqa radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “İsrail oğullarının işi aralarında kölə uşaqları çoxalıncaya qədər düzgün idi. Onlar hələ meydana gəlməmiş işlərdə qiyas etdilər və həm azdılar, həm də azdırdılar.” [Həsən liğayrih. İbn Batta, əl İbanə (814); Deyləmi (5387)]

   İbn Amr radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “ İsrail oğullarının halı aralarında başqalarından əsir aldıqları kimsələrin uşaqları yayılıncaya qədər mötədil davam etdi. Onlar rəyləriylə görüş bildirdilər, həm azdılar, həm də azdırdılar.”  [Həsən. İbn Macə (56); Bəzzar (6/402); Təbərani (13/642)]

   Əbu Hureyrə radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “ İsrail oğulları ancaq aralarında digər millətlərdən əsir aldıqları kimsələrin uşaqları meydana gəldiyi zaman həlak oldular. Onlar rəy (şəxsi görüş) ilə hökm qoydular və azdılar.” [Həsən liğayrih. Darəkutni (4/146); Hərəvi, Zəmmul Kəlam (63); Mərvan ibn Salim zəifdir.]

   Aişə radiyallahu anhadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “ İsrail oğulları, aralarında əsir aldıqları kimsələrin uşaqları çoxalmadıqca həlak olmadılar. Onlar dinlərində qiyaslamalar etdilər, həm özləri azdılar və həm də başqalarını həlak etdilər.” [Həsən liğayrih. İbn Qattan, Bəyanul Vəhm (2/348); isnadında Xalid b. İsmail əl Mahzumi zəifdir.]


   İbn Abbas radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “ İsrail oğulları ancaq Allaha üsyanı əmr edən din adamlarına itaət etdiklərində həlak oldular. Eyni şəkildə ümmətimdən bəzi din adamları da həm özlərini, həm də bir çox kimsələri azdırarlar.” [Deyləmi (1377)]

Hiç yorum yok: