30 Kasım 2016 Çarşamba

Namaz Qılmayan Kimsənin Nigahı!



Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba



Sual:
Namaz qılmayarkən evlənən kimsənin nigahı səhihdirmi?   Tövbə etdikdən sonra nigahın yenilənməsi lazımdırmı? Nigah yenilənmədən əvvəl meydana gələn uşaqların hökmü nədir?

   Şeyx Muqbil b. Hadinin cavabı:
   Alimlərin görüşlərindən səhih olanına görə namazı tərk edən kafir sayılar. Çünki Rasulullah səllallahu aleyhi va səlləm;
“Qul ilə küfr və ya şirk arasında namazın tərki vardır.”
buyurmuşdur. Əbu Davudun sünənində Burayda radiyallahu anh, Nəbi səllallahu aleyhi va səlləmin belə buyurduğunu rəvayət edir;
“Bizimlə onlar arasındakı əhd namazdır. namazı tərk edən kafir olmuşdur.”

   Buna görə elm əhlinin görüşlərindən səhih olanı, bu nigahın batil oluşudur. Nigahın təzələnməsi lazımdır. Uşaqlara gəlincə, bunlar onun uşaqlarıdır. Çünki nigah bir şübhə üzərinədir. Yenə elm əhlinin cumhuruna görə onlar namazı tərk edəni kafir görməzlər. Fəqət siz namazı tərk etmənin kafir olacağını eşitdiniz. Səhih olan onun kafir olduğudur. Allah yardımcımız olsun.”

   [Əsilətu Əhli Təris]


   

     Əbu Muaz (hafazahullah)ın bu fətva haqqındakı qeydi;

    ... Şeyx Muqbil rahiməhullahın bu fətvası ilə bağlı olaraq bunları xatırlatmaq lazımdır: Məsuliyyət ancaq elmlə başlayar. Bilavasitə, namazın tərkinin küfür olduğunu bilmədən əvvəl nigahlanmanın ləğv olması mümkün deyildir. Necə ki, Rasulullah səllallahu aleyhi va səlləm cahiliyyə dönəmində kəsdirilən kəbinlərin yenilənməsini əmr etməmişdir. Namazın tərkinin küfür olduğunu öyrəndikdən sonra namazı tərk etməyə davam edən və müsəlman olduğunu iddia edən kimsələr isə münafiq hökmündədirlər, dünyadakı hökm olaraq kəbinləri və əqdləri keçərlidir. ancaq bu kimsələrin allah qatındakı hökmləri hallarının həqiqətinə görə olar. Buna görə ər-arvaddan biri namazın tərkinin küfür olduğunu bilməklə yanaşı, namazı tərk edərsə, onun yoldaşı, kabininin batil hala gəldiyini və insanlar qatında nigahı keçərli sayılsa belə, bu nigahı davam etdirməyin zina olduğunu bilməlidir.

Hiç yorum yok: