21 Kasım 2016 Pazartesi

İbn Hazmın Qiyasçılara Rəddiyəsi!

Tərcümə: Darul İttiba


Qiyas ancaq, Allaha qarşı cahilcə söylənmiş bir sözdür və əsla halal edilə bilməz. Çünki qiyas ya Allaha yersiz zən bəsləməkdir, ya da dində Allahın izn vermədiyi bir şeyi məşrulaşdırmaqdır. Hər iki hal da şübhəsiz batildir. 

-Aləmlərin Rəbbinə həmd olsun.-

   Desələr ki, "Şübhəsiz ağıl, hər hansı bir şeyə bənzəriylə hökm etməyi əmr edər." 
Deyərik ki; Növ və ya cinsdə olarsa bəli, amma onların öz görüşləri ilə dəlilləri olmadan, hər hansı bir şeyi Allahın muradı imiş kimi görtərmələrində xeyr!

   Şəriətdə biz bunları deyərik. Çünki Allah, buğda dənəsi ilə bağlı bir hökm verdiyində bu, bütün buğda dənələri üçün keçərlidir. Eyni şəkildə , zani üçün verilən hökm, bütün zanilər ûçün keçərlidir. Hər şeydə də belədir. Nə şəriət , nə də ağıl, əncirdə buğda dənəsinin hökmünün keçməsini müdafiə edə bilməz. Və ya xurmanın hökmünün qoz üçün də istifadə ediləcəyini iddia edə bilməz. Əksinə, bu, bənzəri olmayan bir şeyə, sanki bənzəriymiş kimi göstərilənin hökmünün yaraşdırılmasıdır. Əqli hadisələrdə də vəziyyət belədir.

İbn Hazm. (Usul-İ-Din)

Hiç yorum yok: