2 Kasım 2016 Çarşamba

İmanın Artması Və Azalması


Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


  Şübhəsiz ki, itaətlər iman olunca, əməllərin kamil olmasıyla iman da kamil olar və nöqsanlığı ilə iman da nöqsan olar. Möminlər də bu şəkildə imanlarında bir birilərindən üstün olarlar. Bir kimsənin; “imanım peyğəmbərlərin və mələklərin imanı kimidir.” deməsi haramdır. Allah Azzə və Cəllə buyurur ki;
“Möminlərin imanı üstünə iman artırmaq üçün ...”  {Fəth 4}

“Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər...” {Ənfal 2}

“Bir surə nazil edildiyi zaman onlardan istehza ilə: “Bu, hansınızın imanını artırdı?”– deyənlər də var. İman gətirənlərə gəldikdə isə, o surə onların imanını artırır və onlar bir-birlərini müjdələyirlər.” {Tövbə 124}

“...iman gətirənlərin imanı artsın...”  {Muddəssir 31}

Bu ayələr ilə imanın artdığı sabit olur. Bu sabit olunca da, bu artışın olmadığı təqdirdə, iman əskikdir deməkdir. Hədislər də eyni şeyi göstərməkdədir;

   Əbu Hureyrə radiyallahu anhdan mərfuən; “Möminlərin iman baxımından ən kamili, əxlaqı ən gözəl olanıdır. Ən xeyirliniz isə qadınlarınıza ən xeyirli olanınızdır.” [Əhməd (2/250.527); Hakim (1/3); Beyhəqi, Şuab (1/61); Əbu Nuaym, Hilyə (9/248)]

Halimi deyir ki; “Bu hədis, gözəl əxlaqın iman olduğunu göstərir. Bunun yoxluğu isə imanda əskiklikdir. Möminlər imanlarında fərqli dərəcədədirlər. Bəzisinin imanı daha kamildir.”


   İsmail b. Rəcadan; “Mərvan minbərə çıxdı və xütbəyə namazdan öncə başladı. Bir nəfər; “Ey Mərvan! Namazdan öncə xütbəyə başlamaqla Sünnətə müxalifət etdin! Belə edə bilməzsən.” dedi. Əbu Said radiyallahu anh; “Bu kimdir?” dedi. O adamın kim olduğunu söylədiklərində belə dedi; “Şübhəsiz bu adam üstünə düşəni etdi. Çünki Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu eşitdim; “Pis bir iş görən ona əliylə mane olsun. Buna gücü çatmazsa,diliylə mane olsun. Buna da gücü çatmazsa,  qəlbiylə nifrət etsin. Bu sonuncusu da imanın ən aşağı dərəcəsidir.”  [Muslim (s. 50 №; 78); Beyhəqi, Şuab (1/61)]

Hiç yorum yok: