31 Ocak 2017 Salı

Ubadə Bin Samit Radıyallahu Anhın Oğluna Vəsiyyəti!

Ubadə bin Samit radiyallahu anh ölümü anında oğluna belə vəsiyyət etdi:

- "Ey övladım! Sənə isabət edən bir şeyin isabət etməməsi, sənə isabət etməyən bir şeyin də isabət etməsinin mümkün olmadığını qəti anlayana qədər, imanın həqiqi ləzzətini dada bilməzsən! Mən Rasulullah səllallahu aleyhi va səlləmi belə deyərkən eşitdim: “Şübhəsiz ki, Allahın ilk yaratdığı şey qələmdir.
   Allahu Təala qələmə: -“Yaz!” dedi.
   Qələm: -“Ey Rəbbim! Nə yazım?” dedi.
   Allahu Təala qələmə: -“Qiyamət Saatına qədər olacaq hər şeyi yaz!” dedi.
   Ubadə bin Samit radiyallahu anh oğluna belə dedi: -“Ey Oğlum! Rəsulullah sallallahu aleyhi və səlləmi: -“Hər kim bunun xaricində (bir inanc üzrə) ölsə məndən deyil!” deyərkən də eşitdim.”


[Əbu Davud (4700); Tirmizi (2244); Əhməd (23081)]

Əbu Hureyrə Radıyallahu Anhın Vəsiyyəti!

Əbu Hureyrə radiyallahu anh ölümü yaxınlaşdığı sırada belə vəsiyyət etdi:
   "Mənim üzərimə hər hansı bir çadır qurmayın və cənazəmin arxasından buxur və atəş ilə gəlməyiniz!"
   [Müslim, Əbu Davud, Əhməd, İbni Macə]

Əbu Hureyrə radiyallahu anh ölümü yaxınlaşdığında belə demişdi:
   “Mənim məzarımın üzərinə çadır qurmayın! Arxamdan buxur ilə gəlməyin! Məni sürətli şəkildə  aparın! Çünki mən Rəsulullah sallallahu aleyhi və səlləmi belə buyurarkən dinlədim:  "Saleh bir kimsə tabuta qoyuldumu “məni tez aparın!” deyər...”

[Nəsai, İbn Hibban, Beyhəqi, Təyalisi, Əhməd]

30 Ocak 2017 Pazartesi

Cəhənnəmdən Çəkinin!

Allahu Təala belə buyurmuşdur; “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” {Təhrim 6}

    “- Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.” {Bəqərə 24}

   “Kafirlər üçün hazırlanmış Oddan çəkinin.” {Ali İmran 131}

   Yenə buyurdu ki; “Mən sizi alov saçan bir odla qorxutdum.” {Leyl 14}

   “Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!” {Zümər 16}

   “Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır. Xeyr! And olsun aya! And olsun dönüb uzaqlaşan gecəyə! And olsun ağarmaqda olan sübh çağına! Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir, həm bəşəriyyət üçün xəbərdarlıqdır, həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.” {Müddəssir 31-37}

   Həsən rahiməhullah; “İnsanlar üçün xəbərdar edicidir” ayəsinin təfsirində; “Allahu Təala qullarına bundan daha şiddətli bir şəkildə xəbərdarlıq etməmişdir.” dedi. [İbn Əbi Hatim]


  Siman b. Hərb, Numan b. Bəşirin xütbə verərkən belə dediyini rəvayət edir; “Rasulullah səllallahu aleyhi va səlləmdən belə eşitdim; “Mən sizi alov saçan atəşə qarşı çəkindirdim, mən sizi alov saçan atəşə qarşı çəkindirdim.” Hətta bazarda olan biri Rasulullah səllallahu aleyhi va səlləmin dediyini; “Mən bu dayandığım məqamdan eşidirdim” dedi və üzərində olan qara əbası ayaqlarının altına düşdü.” [Əhməd]

Əbu Musa Radiyallahu Anhdan Dəyərli Nəsihətlər!

Əbu Burdə radiyallahu anh belə dedi:

"Əbu Musa radiyallahu anh ölümü yaxınlaşdığında vəsiyyət edərək belə dedi:

-Cənazəmi aparacağınız zaman sürətli şəkildə yeriyin! Mənim arxamdan buxur yandırmayın! Əsla ləhdi(qəbri)min üzərində mənimlə torpaq arasında maneə olacaq bir şey qoymayın! Kabrimin üzərinə bina tikməyin! Sizi şahid tutaraq deyirəm ki, mən başını təraş edən, fəryad və fəğan edib ağı deyən və paltarını cıran hər qadından bəriyəm!

Əbu Musa radiyallahu anhı dinləyənlər:
-“Bu barədə bir şey eşitdinmi?” deyə soruşdular.
Əbu Musa radiyallahu anh:
“-Bəli, Rəsulullah Sallallahu aleyhi və səlləmdən eşitdim” dedi.


[Əhməd (397); Beyhəqi (395); İbni Macə]

28 Ocak 2017 Cumartesi

Təqva Əhli Olmanın Yolları!

     Bir adam Əbu Hureyrə radiyallahu anha; “Təqva nədir?” deyə sual verdi. Əbu Hureyrə radiyallahu anh; “Tikanlı bir yola girsən nə edərsən?” dedi. Adam; “Tikanı görüncə ya yanından keçərəm, ya üstündən atlanaram, ya da geri qayıdaram.” dedi. Əbu Hureyrə radiyallahu anh; “Bax təqva elə budur!” dedi. [Beyhəqi, Kitabuz Zühd (208)]

   Talk b. Həbib rahiməhullah belə dedi; “Bir fitnə ortaya çıxınca, bunu təqva ilə söndürün.” Bunun üzərinə onu dinləyənlər; “Təqva nədir?” deyə soruşdular. Buna belə cavab verdi; “Allahın göstərdiyi şəkildə bilərək Allaha itaət etmək, Allahın savabını umaraq və bilərək Allaha itaət etmək, günah olan əməlləri bilərək və Allahın əzabından qorxaraq tərk etməkdir.” [İbn Əbi Şeybə, Kitabul İman (s. 99)]

   Ömər radiyallahu anh belə dedi; “Möminin kərəmi təqvasıdır.” [Muvatta (Cihad 35)]

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “İnsanın cənnətə girməsinə ən çox səbəb olan şey, onun Allaha qarşı duyduğu təqvasıdır.” [Əhməd, Musnəd (2/392, 442)]

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Ərəbin ərəb olmayana heç bir üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir.” [Əhməd, Müsnəd (5/410]

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Allaha qarşı təqva sahibi olmağınızı tövsiyyə edirəm.” [Əbu Davud, Sünən (5); Tirmizi (Elm 16)]

   İbn Ömər radiyallahu anhuma belə dedi; “Qul könlündəki şübhə verən şeyləri tamamiylə tərk etmədikcə həqiqi təqvaya çata bilməz.” [Buxari (İman, 1)]

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Qul zərərli şeylərə düşmə narahatlığı ilə zərəri olmayan şeyləri də tərk etmədikcə həqiqi müttəqilərin dərəcəsinə çata bilməz.” [Tirmizi (Qiyamət 19)]; İbn Macə (Zühd 24)]

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Allahım! Nəfsimə təqvasını ver və onu təzkiyə et! Sən onu ənRasulullah səllallahu aleyhi va səlləm yaxşı təzkiyə edənsən.” [Muslim (Zikr 73, 2722)]

   Bir kimsə İsa aleyhissələmin yanına gələrək; “Ey xeyir və yaxşılıqların müəllimi! Bir qul, Allahu Təalaya qarşı necə təqva sahibi ola bilər.” deyə sual verdi. İsa aleyhissələm belə cavab verdi; “Bu asan bir işdir; Allahu Təalanı bütün qəlbinlə haqqıyla sevərsən, Onun razılığı üçün gücün çatdığı qədər saleh əməl edərsən, bütün adəm oğullarına da özünə etdiyin şəkildə şəfqət və mərhəmət göstərərsən.” Sonra da belə dedi; “ Sənə edilməsini istəmədiyin bir şeyi, sən də başqasına etmə! O zaman Allaha qarşı haqqıyla təqva sahibi olarsan!” [Əhməd, Əz Zühd (s. 59)]


   Əbu Zərr radiyallahu anh deyir ki; “Rasulullah səllallahu aleyhi va səlləm bir gün belə buyurmuşdur; “Mən bir ayə bilirəm. Əgər insanlar ondan yapışsalar hamısına bəs edər” Əshabı; “Ey Allahın Rasulu! Bu hansı ayədir?” dedilər. Allah Rasulu da bu ayəni oxudu; “Allahdan qorxana (Təqva sahibi olana), Allah çıxış yolu göstərər” {Talaq 2}  [İbn Macə, Zühd (24)]

23 Ocak 2017 Pazartesi

Söylənilməsi Bəyənilməyən Sözlər!

  İbn Qeyyim rahiməhullah dedi;

 «“Mən”, “Mənə aid”, “Mənim qatımdan” kəlmələriylə azmaqdan şiddətlə çəkinmək lazımdır. Çünki bu üç kəlmə İblis, Firon və Qarunun ayaqlarının sürüşdüyü kəlmələrdir.

   İblis; “Mən ondan daha xeyirliyəm”

   Firon; “Misirin mülkü və səltənəti mənimdir.”

   Qarun isə; “Mən bu mülkü, mənim qatımda olan elmlə əldə etdim.” demişdi.

   🔸Mən kəlməsinin ən gözəl istifadəsi, “Mən günahkar, xətalı, bağışlanma diləyən, günahını etiraf edən bir qulam.” kimi yerlərdə,

    🔸“Mənə aid” kəlməsinin ən gözəl istifadəsi; “Günah, səhv, miskinlik, kasıblıq, zəlillik mənə aiddir. ” kimi yerlərdə,

    🔸“Mənim qatımdan” kəlməsinin ən gözəl istifadəsi isə; “Ciddiyyətimi, zarafatımı, xətamı, qəsdimi və mənim qatımdan meydana gələn hər şeyi bağışla.” cümlələrindədir.»

[İbn Qeyyim, Zadul Məad]

Yerin İnsanlara Nəsihəti!

Ənəs radiyallahu anh deyir ki;

   «Yer hər gün bu on nəsihət ilə insana səslənər;

   Ey Adəmoğlu!

    🔸Üzərimdə gəzib dolaşırsan, halbuki dönüşün mənədir!
    🔸Üzərimdə hər cürə günah işləyirsən, halbuki içimdə əzab görəcəksən!
    🔸Üzərimdə gülüb əylənirsən, halbuki içimdə ağlayacaqsan!
    🔸Üzərimdə sevinirsən, halbuki içimdə üzüləcəksən!
    🔸Üzərimdə mal durmadan toplayırsan, halbuki içimdə peşman olacaqsan!
    🔸Üzərimdə haram yeyirsən, halbuki içimdə qurdlar səni yeyəcək!
    🔸Üzərimdə kibirlənirsən, halbuki içimdə xor və alçalmış olacaqsan!
    🔸Üzərimdə sevinclə yeriyirsən, halbuki içimdə qaranlıqda qalacaqsan!
    🔸Üzərimdə cəmiyyət içində gəzib dolaşırsan, halbuki içimə tək başına girəcəksən!»

[İbn Həcər əl Əsqalani, Munəbbehət (37)]

Allahdan Həya Edin!

  İbn Məsud radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu;

   “Allahdan haqqıyla həya edin!” Biz; “Ey Allahın Rasulu, əlhəmdulilləh, biz Allahdan həya edirik.” dedik. O, bizə bu açıqlamanı verd;

   “Demək istədiyim bu (sizin anladığınız həya) deyil.  Allahdan haqqıyla həya etmək başı və onun daşıdıqlarını, qarnı və onun ehtiva etdiklərini mühafizə etməyin, ölümü və torpaqda çürüməni xatırlamağındır.

   Kim axirəti diləyirsə, dünya həyatının zinətini tərk etməli, axirəti bu həyatdan üstün tutmalıdır. Kim bu deyilənləri yerinə yetirərsə, Allahdan haqqıyla həya etmiş olar.”

[Tirmizi, Qiyamət (25/2460)]

22 Ocak 2017 Pazar

Qadınların Qızıl Zinətləri Taxmalarının Məkruhluğu!

Tərcümə; Darul İttiba


   Sevban radiyallahu anh belə dedi; “Hubeyrənin qızı Rasulullah səllallahu aleyhi va səlləmin yanına əlində böyük üzüklər olduğu halda girdi. Rasulullah səllallahu aleyhi va səlləm əlindəki çubuqla onun əlinə vurmağa başladı və; “Allahın əlinə atəşdən üzük taxması səni sevindirərmi?” buyurdu. Hubeyrənin qızı vəziyyəti şikayət etmək üçün Fatimə radiyallahu anhanın yanına girdi. Rasulullah səllallahu aleyhi va səlləm də Fatimə radiyallahu anhanın yanına girdi. Sevban dedi ki; Mən də Rasulullah səllallahu aleyhi va səlləmin yanında idim. Fatimə radiyallahu anha boynundakı zənciri çıxararaq; Bunu mənə (ərini qəsd edərək) Həsənin atası hədiyyə etdi, dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Ey Fatimə! İnsanların Muhəmmədin qızı Fatimənin əlində atəşdən bir zəncir var demələri səni sevindirərmi?” buyurdu. Sonra qızını şiddətlə qınadı və oturmadan çıxdı. Fatimə radiyallahu anha o zənciri satdı, yerinə bir kölə aldı və onu azad etdi. Bu xəbər Rasulullah səllallahu aleyhi va səlləmə çatdığında; “Fatiməni atəşdən qurtaran Allaha həmd olsun” buyurdu.” [Səhih. Nəsai (5155); Əhməd (5/278); Hakim (4725); Təbərani (1448); Albani, Ədəbuz Zifaf (244)]

   Aişə radiyallahu anhadan belə rəvayət edilmişdir; “Nəbi səllallahu aleyhi va səlləm əlimdə qızıldan iki bilərzik gördü və mənə; “Onları tulla...” buyurdu.” [Səhih. Nəsai (5158); Xatib, Tarixu Bağdad (8/459); Bəzzar (3007); Təbərani (23/641); Albani, Ədəbuz Zifaf (232)]

   Ummu Sələmə radiyallahu anha belə dedi; “Boynumda arpa dənələri şəklində qızıl boyunbağı vardı. Nəbi səllallahu aleyhi va səlləm içəri girdi. Onu istəmədiyini göstərərək ondan üzünü çevirdi. Bunun bəzəyinə baxmayacaqsan?, dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Onun bəzəyindən üzümü çevirirəm” buyurdu. Ummu Sələmə radiyallahu anha dedi ki; Onu qopartdım, Rasulullah səllallahu aleyhi va səlləm mənə üzünü çevirdi və; “Biriniz gümüşdən bir zinət taxsa, onu zəfəranla saraltsa və o şəkildə istifadə etsə nə zərəri olar.” buyurdu.” [Səhih. Əhməd (26744); Təbərani (23/968); Abdurrazzaq (11/71); Hərbi, Qaribul Hədis (5/30); Albani, Ədəbuz Zifaf (s. 244)]

   Əli radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm qızıl və ipğyi əlinə aldı, minbərə çıxaraq belə buyurdu; “Bu ikisi ümmətimin kişilərinə haramdır.” [Səhih. Əhməd (1/115); Əbu Davud (4057); İbn Hibban (12/251)]


   Bu hədis haramlığın kişilərə xas olduğunu göstərir. Bu halda qadınlar haqqındakı qadağa məkruhluq səviyyəsinə düşməkdədir. Hədisin bəzi rəvayət yollarında “Qadınlarına halal edilmişdir” ziyadəsinə gəlincə, bu ziyadə münkərdir. Ziya əl Maqdisi, bu qismin, Əli radiyallahu anhdan rəvayət edən Abdullah əl Qafikiyə aid bir müdrəc olduğuna işarə etmişdir. [Ziyaul Maqdisi, əl Muxtarə (1/332)]

20 Ocak 2017 Cuma

Elm Tələbini Davam Etdirməyə Təşvik!

Əbu Hureyrə  radiyallahu anh dedi ki;

   «İnsanlar "Əbu Hureyrə nə çox hədis rəvayət edir”  deməkdədirlər! Əgər Allahın kitabında olan bu iki ayə olmasaydı, mən bir hədis də danışmazdım. Sonra bu ayələri oxudu;

    “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.” {Bəqərə 174}

  “ Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri nazil etdikdən sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!” {Bəqərə 159}

   Və şübhəsiz ki, bizim Muhacir qardaşlarımızı, bazarlarda alqı-satqı etmək məşğul etdi. Ənsar qardaşlarımızı da ərazilərində işləmələri əngəllədi. Ancaq, Əbu Hureyrə qarın toxluğuna Rasulullahdan ayrılmır və beləcə onların ola bilmədikləri yerlərdə oldu.»

[Buxari, Muslim]


   Əbu Ömər b. Abdilbərr rahiməhullah dedi ki;

   Bu hədisdə bir neçə incə məqam vardır;

1. Rasulullah səllallahu aleyhi va səlləmin hədisləri, Allahu Təalanın endirdiyi kitabın hökmündəndir.

  2. Elmi açıqlamaq, yaymaq və öyrətmək lazımdır.

  3. Alimlərdən ayrılmamaq və elmə rəğbət edərək aza qane olmaq lazımdır.

  4. Elmi, dünyadan və dünya qazancı ilə məşğul olmaqdan önə çəkmək lazımdır...

[Cəmiu Bəyanil Elmi va Fadlihi]

19 Ocak 2017 Perşembe

Nəyə Dəvət Edirik?

Məqalə sahibi; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


1.   Biz Allaha, isimlərinə və sifətlərinə Allahın Kitabında və Nəbimiz Muhəmməd səllallahu aleyhi va səlləmin sünnətində bəhs edildiyi kimi təhrifsiz (pozmadan), təvilsiz (məcazi məna vermədən), təmsilsiz, təşbehsiz (məxluqata bənzətmədən) və Tətilsiz (inkar etmədən) inanırıq.

2.   Biz nəbimiz Muhəmməd səllallahu aleyhi va səlləmin əshabını sevərik və onların əleyhlərində danışanlara da nifrət edərik. Biz inanırıq ki, onlar haqqında pis danışanlar din haqqında da pis danışmış sayılır. Çünki sahabə bizə dini öyrədəndir. Və biz Nəbi səllallahu aleyhi va səlləmin əhli beytini də şəriətin qoyduğu ölçüdə bir sevgiylə sevərik.

3.   Biz Hədis Əhli olan insanları və Əhli Sünnədən olan bu ümmətin hər sələfini də sevərik.

4.   Biz Kəlam elmindən həzz almaz və kəlam elmini ümmətin bölünməsinin ən böyük səbəblərinin arasında görərik.

5.   Biz Allah və ya Rasulu tərəfindən təsdiq edilmədiyi müddətcə heç bir fiqh kitabından, Təfsir kitabından, keçmiş hekayələrdən və ya Nəbi səllallahu aleyhi va səlləmin sirasından (zəif olaraq nəql edildiyi üçün) heç bir şeyi qəbul etmərik. Burada onları rədd etdiyimiz, ya da onlara ehtiyacımızın olmadığını qəsd etmirik. Qəsd edilən alimlərimizin araşdırmalarından və əsərlərindən yararlanmamızın şərtə bağlı olduğu və bu şərtdə hökmün səhih bir dəlilə sahibliyidir.

6.   Qurandan və ya səhih və güvənilən hədislərdən nümunələr  vermədən kitablarımızı yazmaz, söhbət və xütbələrimizi vermərik. Və bir çox kitabdan və nəsihət edənlərdən yayılan uydurma hekayələri, xürafələri və zəif və ya uydurma hədisləri sevmərik.

7.    Biz heç bir müsəlmanı Allaha şərik qoşmaq, namazın tərki və yadin dəyişdirməsi xaricində heç bir günahından dolayı təkfir etmərik.

8.   Biz quranın Allahın Kəlamı olduğuna inanarıq, Quran yaradılmamışdır.

9.   Biz Uca Allaha dəvətdə, Ona ibadətdə səmimiyyətdə, şirkdən, bidətlərdən və Ona itaətsizlikdən çəkindirməkdə və bunlara qarşı olan bütün qruplara və camaatlara nəsihətdə Kitab, Sünnə və ümmətin sələfinin üzərinə olduğu yolda bir mənhəcə sahib olan qruplarla birlikdə olmaq məcburiyyətində olduğumuza inanırıq. Bu birliyi təqva və yaxşılıq üzərinə olmaq və lazım gəldikdə pisliyə və yalnışa və pis və fəsad insanlarla birliyə qarşı qarşılıqlı tövsiyyə etməkdədir.

10.      Biz müsəlman dövlət başçılarına müsəlman olduqları müddətcə üsyan etmənin doğru olduğunu düşünmürük və qiyamın sülh və uzlaşmanı gətirəcəyinə inanmırıq. Bu cür hadisələrin və səylərin tam tərsinə cəmiyyəti pozduğunu düşünürük.

11.       Biz günümüzdəki partiyaların və qrupların çoxunun müsəlmanların ayrılığının və onların zəifliyinin səbəbi olduğunu düşünürük. Buna görə də məqsədimiz insanları düşüncələrindəki kor koruna təqlid çağırışlarından, məzhəbçilik qaranlığından və qruplaşma ruhundan qurtarmaqdır.

12.      Allahın Kitabını və Rasulullah səllallahu aleyhi va səlləmin sünnətini anlamaqda ölçümüz hədis alimlərindən olan bu ümmətin sələfinin anlayışıdır, müəyyən şəxsiyyətlərin kor təqibçiliyi deyildir. Biz haqqı haradan gəlirsə gəlsin alarıq. Və bilirik ki, cəmiyyətə Allahın qadağan etdiklərini gətirmələrinə baxmayaraq, Sələfi təqib etdiyini iddia edənlərdən Sələfilik bəridir. Biz gənc nəsli bütün bu bəhs etdiklərimizdən təmizlənmiş şəkildə İslam üzərinə yetişdirməyin onlara əvvəldən etibarən inancsız qərb təhsilinin təsirlərindən uzaq, doğru İslami təhsil verməkdən keçdiyinə inanırıq.

13.      Biz siyasətin dinin bir parçası olduğuna inanırıq və kim siyasəti dindən ayırmağa çalışırsa, o dini pozmağa çalışır və fitnə yaymağa çalışır.

14.      Biz müsəlmanların Allahın Kitabına və Rasulunun sünnətinə dönmədikcə heç bir zəfərə və ya şərəfə sahib ola bilməyəcəyinə inanırıq.

15.      Biz dini bəzi xüsusları vacib, bəzilərini lazımsız deyə ayıranlara qarşıyıq. Və bizə görə bu çox təhlükəli və həlak edici yoldur.

16.      Biz Sünnənin elmini dəyərsiz görən və ona dəyər verməyib bunun zamanı olmadığını iddia edənlərə qarşıyıq. Eyni şəkildə Peyğəmbərimizin Sünnəsini yaşamağı kiçik görənlərə və dəyər verməyənlər də qarşıyıq.

17.      Bizim dəvətimiz və əqidəmiz bizə özümüzdən, malımızdan və övladımızdan daha sevimlidir. Bu səbəblədir ki, bir gümüş və ya qızıl qarşılığında dəvətimiz və əqidəmizdən dönmərik. Biz deyərik ki, heç kim bizim dəvətimizi dirhəm və dinar qarşılığında almaq üçün boş yerə ümidlənməsin.

18.      Biz Sünnəni təqib edən günümüz alimlərini sevərik və onlardan faydalanmağa çalışarıq və onların vəfat etməsinə görə çox kədərlənərik.

19.      Allahın Kitabı və Onun Rasulunun Sünnətindən dəlili olmadığı müddətcə heç bir fətvanı qəbul etmərik.

  Budur, bunlar bizim əqidəmizə və dəvətimizə qısa bir baxış idi. İndi əgər kim buna qarşıdırsa, o zaman biz haqq olan nəsihəti almağa və əgər yalnışdırsa onu rədd etməyə və əgər inadçı bir şəkildə bizə qarşı dayanarsa, ondan imtina etməyə hazırıq və Allah ən yaxşı biləndir.


  [ Bu açıqlama Şeyx Muqbil b. Hadinin “Tərcumətu Əbi Abdirrahmən Muqbil Hədi əl Vadi” (s. 135-142) kitabından tərtib edilmişdir.]

18 Ocak 2017 Çarşamba

Əhli Sünnə İçindəki İxtilafların Səbəbləri!

1- Niyyətin dəyişməsi, cahillik, azğınlıq və şeytan;

   Şeyxülislam İbn Teymiyyə, “İqtizaus Sıratil Mustaqim”də (1/148) belə demişdir: "İki tərəf arasında qınanmış olan ixtilafın səbəbi bəzən niyyətin dəyişməsidir. Nəfsləri azğınlıq, həsəd, yer üzündə üstünlük arzusu və bənzər xüsusiyyətlərin olması, başqasının sözünü və ya hərəkətini pisləməyi yaxud ona qalib gəlib üstünlük təmin etməyi yaxud nəsəb, məzhəb, məmləkət və ya yoldaşlıq kimi mövzularda özünə uyğun olanı dəstəkləməyi tələb edir. Çünki bu yollardan özünə yaxın gördüyü görüşlərin yayılıb tutulması ona şərəf və mövqe qazandırar. İnsanlar arasında bu tip tutumlar nə qədər məşhurdur! İxtilafın bu növü zülmdür, haqq sərhədini aşmaqdır.

   Bəzən də ixtilafı qızışdıran səbəb, ya tərəflərin aralarındakı ixtilaf mövzusunun gerçək mahiyyətini bilməmək və ya mübahisə edən tərəflərdən birinin qarşı tərəfin söykəndiyi dəlili qavraya bilməməsi, ya da tərəflərdən birinin öz dəlil və hökmünün haqlılıq payını bilməməsidir. Demək ki, cəhalət və zülm bütün pisliklərin anasıdır.

   Necə ki, Allah Azzə və Cəllə buyurur: "Lakin bu əmanəti insan yükləndi. Heç şübhəsiz, o çox zalım və çox cahildir. " (Əhzab 72)

   Alləmə Muqbil b. Hadi rahiməhullah “Nəsihət Li Əhlis Sunnə” risaləsində (s.196) belə demişdir: "Əhli sünnəyə nəsihətim ayrılıq və ixtilaf səbəblərindən uzaqlaşmalarıdır. Əhli sünnənin əqidəsi birdir, istiqamətləri birdir, burada cəhalət, azğınlıq və şeytan kimi səbəblər olması xaricində ayrılıq və ixtilafın uyğun görülməsi mümkün deyildir. Səhihi Müslimdə gələn hədisdə belə buyurulur: "Şübhəsiz ki, şeytan namaz qılanların ərəb yarımadasında özünə ibadət etmələrindən ümidini kəsmişdir. Ancaq aralarını pozma mövzusunda ümidlidir. "

  2- Anlayış qüsuru və pis arzu:

    Alləmə İbn Useymin, Səhihul Buxari şərhində (1/126) "halal bəllidir" hədisini açıqlayarkən belə demişdir: "Çoxluğa şübhəli gələn şeylərin səbəbi, ya insanların ümumuna, ya elm və anlayışları əskik olan və ya bəyənilməyən xasiyyətləri olan elm tələbələrinə məsələnin qapalı gəlməsidir . Çünki bu qapalılığın birinci səbəbi, elm əskikliyidir. Yüz hədis əzbərləyənin, min hədis əzbərləyən kimi olmadığı məlumdur. İkincisinin elmi daha çoxdur.

   İkinci səbəbi, anlayışdakı qüsurdur. Kişi daha çox əzbərləyincə onda daha çox elm var kimidir. Ancaq onda anlayış yoxdur. Yenə bu da məsələlərin qapalı gəlməsinə səbəb olur. Çünki o nasları olduğu kimi anlamaz.


   Üçüncüsü,  pis arzudur. Naslara inandığı kimi şərh verər. Bunlar Quran və ya sünnə haqqında öz düşüncələrinə uyğun danışar, nasları inandığı şeyə uyğun salmağa çalışır. Ona, inandığı şeyə zidd bir nas gəldiyində boynunu çevirər. Bəzən nassı rədd edər. Amma Allahın özünə elm, anlayış və səmimi niyyət verdiyi kimsə, nasları özünə uydurmaz, naslara ittiba edər. Qəlbi, qəlibi, əzaları və sözləriylə dəlili tələb edər. Bu adətən haqqa isabət edər, (doğruya) çatması üçün ona haqq asanlaşdırılmışdır.

Dəyyusluq!


   İbn Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Üç sinif insana Allaha Cənnəti haram etmişdir; İçki mübtəlası, ata-anasına pislik edən və ailəsində fuhşa göz yuman dəyyus.” [Səhih. Əhməd (2/69, 128); Nəsai (2562); Bəzzar (2/258, 12/269); Təbərani (12/302); Ziya, əl Muxtarə (1/308); Beyhəqi (10/226); Hakim (1/144); Əbu Yala (9/408)]

   Dəyyusluğun çağımızdakı bir nümunəsi də evdən bir qadının və ya qızın, naməhrəm bir kişiylə telefonlaşıb, qarşılıqlı danışmalarına göz yummaqdır. Evindəki qadınların birinin (məhrəmi olmayan) naməhrəm bir kişiylə tənha qalmasına razı olmaqdır. Ayrıca, ailəsindən bir qadının tək başına- sürücü və b.- bir naməhrəmlə maşına minməsinə izn vermək və şəri təsəttürləri olmadan çölə çıxmalarına, gəlib keçənin onları seyr etməsinə razı olmaqdır. Pislik və həyasızlıq yayan jurnal və filmləri gətirib bunları evə salmaqdır.


   Əli b. Əbi Talib radiyallahu anh, qadınlar ilə kişilərin qarışmasına qarşı çıxaraq belə demişdir; “Heç utanmırsınızmı? Heç qısqanmırsınızmı? Eşitdiyimə görə qadınlarınız bazarlara çıxır və insanlara arasına qarışırmış! Qısqanmayanda xeyir yoxdur.” [Həsən. Əhməd (1/133); İbnul Cevzi, Əhkamun Nisa (s. 110); Bəğavi, Şərhus Sunnə (9/270); İbnul Əsir, ən Nihayə (3/286); Rustəhdən; Kənzul Ummal (8735)]

17 Ocak 2017 Salı

Naməhrəm Qadına Toxunmaq Haramdır!

Tərcümə; Darul İttiba


   Makıl b. Yəsar radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Kişinin başına dəmirdən mismar vurulması, ona halal olmayan bir qadına toxunmasından xeyirlidir.” [Səhih. Təbərani (20/212); Ruyani (3/466); Albani, Səhiha (226)]

   Naməhrəm bir qadınla əl ilə görüşmək şübhəsiz ki, əlin zinasındandır. Rasulullah səllallahu aleyhi va səlləm belə buyurur; “Gözlər zina edər, əllər zina edər, ayaqlar zina edər, cinsiyyət üzvü zina edər.” [Səhih. Əhməd (1/412); Səhihul cəmi (4126)]

    Rasulullah səllallahu aleyhi va səlləmdən daha təmiz qəlbli biri olmamasına baxmayaraq, o, belə buyurmuşdur; “Şübhəsiz mən, qadınlarla əl verib görüşmərəm.” [Səhih. Əhməd (6/357); Səhihul Cəmi (2509)]

   Və belə buyurmuşdur; “Mən, əsla qadınların əlinə toxunmaram.” [Səhih. Təbərani (24/342); Səhihul Cəmi (7054); əl İsabə (4/354)]


   Aişə radiyallahu anhadan; “Allaha and olsun ki, Rasulullah səllallahu aleyhi va səlləmin əli (məhrəmi olmayan) qadın əlinə heç dəymədi. Qadınlarla sadəcə sözlü olaraq beyətləşərdi.” [Səhih. Muslim (3/1489)]

Naməhrəm Qadınla Tənha Qalmağın Haramlığı!

Tərcümə; Darul İttiba


    Uca Allah belə buyurur; “Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.” {Nur 30}

    Rasulullah səllallahu aleyhi va səlləm də belə buyurmuşdur; “Gözün zinası baxmaqdır.” (Yəni, Allahın baxılmasını haram etdiyinə baxmaqdır) [Səhih. Buxari rəvayət etmişdir. Fəthul Bari (11/26)]

   Qız istəyənin və həkimin baxması kimi şəri bir ehtiyac səbəbiylə baxmaq bunun xaricindədir.

   Qadının da məhrəmi olmayan bir kişiyə baxması haramdır. Uca Allah belə buyurmuşdur; “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.” {Nur 31}

   İbn Abbas radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Bir kişi, bir qadın ilə yanlarında məhrəmləri olan bir kəs olmadan tənha qalmasın.” [Səhih. Buxari (3006, 5233); Muslim (1341)]

    Bu hədisdən, qadının yanında məhrəmi olduğu zaman kişilərin qadınların yanına girə biləcəyi bir məna çıxarıla bilməz. Qəsd edilən, ancaq evlərində ərləri olmadığı zaman ayrı otaqlarda olsalar belə, qadınların evlərinə girməməkdir. Çünki bir birinə naməhrəm olan qadın ilə kişi eyni ev içində olarsa, ayrı otaqlarda və ya pərdə arxasında olsalar belə, şeytanın vəsvəsələrinə səbəb olar. Pislik etməsələr belə, ittihama məruz qalarlar.

   Amir b. Rabia radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Diqqət edin! Bir qadınla  kişi tənha qaldıqda üçüncüləri şeytan olar.” [Səhih. Tirmizi (2165, 2254); İbn Macə (2363); İbn Əbi Şeybə (7/457)]

   Uqbə b. Amir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Sizi qadınların yanına girməkdən çəkindirirəm.” Ənsardan biri dedi ki; “Ya Rasulullah! Ərin qohumlarına nə deyirsən?” Buyurdu ki; “Ərin qohumları ölüm(kimi çəkinilməsi lazım olan bir hal)dür.” [Səhih. Buxari (4934); Muslim (2172)]

   Cərir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləmdən anidən (yad qadına) baxışın hökmünü soruşdum; “Gözümü dərhal başqa tərəfə çevirməyimi əmr etdi.” [Səhih. Muslim (2159); Əbu Davud (2148); Tirmizi (2776); Hakim (2/396)]


   Əli radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Ey Əli! Bir baxışına baxış əlavə etmə, çünki birincisi lehinədirsə, ikincisi lehinə deyildir.” [Həsən. Əbu Davud (2149); Tirmizi (2777); Əhməd (1/159, 3/308, 5/351, 357); İbn Hibban (12/381); Ziya əl Muxtarə (2/108); Hakim (2/212); Bəzzar (2/369, 10/92)]

16 Ocak 2017 Pazartesi

Nəsihətlə Qeybət Arasındakı Fərq!

Müəllif: Əbu Muaz
Tərcümə: Darul İttiba


    Nəsihət Müsəlman bir kimsəni bidətdən, fitnələrdən, qarışıqlıqlardan qorumağı məqsədləyər. Danışıqlarında, rəftar və əlaqələrində sənə danışırsa ona bildiyin şeyləri söyləməyin nəsihətdir.

    Ona elçi olaraq gələn Müaviyə və Əbu Cəhm haqqında Rəsulullah sallallahu əleyhi və səlləm ilə müşavirə edən Fatimə bt. Qaysa Rasullullah sallallahu əleyhi və səlləm: "Müaviyəyə gəlincə, o səni doydurmaz. Əbu Cəhmin də çiynindən dəyənək düşməz" demişdir.

   Bir səhabə Rəsulullahla səfərə çıxan ashabdan birinə; "Qövmünün yurdlarından uzaqlaşınca, onu qoru" demişdir.

   Qeybət, Allah, Rəsulu və müsəlman qulları üçün nəsihət ədasıyla edilərsə, hər növ gözəllikləriylə Allaha yaxınlaşdıran şey olar.

    Yox, əgər, qardaşını pisləmək, şəxsiyyətini pozmaq, ətiylə əylənmək və insanların gözündən salmaq üçün onu ayıblamaq şəklində olarsa bu, müşkil bir dərd olar. Atəşin odunu yediyi kimi, gözəl əməlləri yeyən atəş olar.


Nəsihət ilə məzəmmət etmək arasındakı fərq:

    Nəsihət, öyüd verdiyin kimsəyə, mərhəmət edərək, acıyaraq və ona fərqli davranaraq ehsan etməndir. Yəni nəsihət, mərhəmət və incəlikdən doğan ehsandır. Nəsihət edən adamın məqsədi, Allahın razılığını, rəhmətini çəkmək; Allahın qullarına ehsan etməkdir. Bu düşüncədə olan adam, son dərəcə lütfkar olur. Öyüd verdiyi kimsənin əziyyətinə, qınamasına səbr edər. Ona olan rəftarı, məharətli, şəfqətli həkimin xəstəsinə olan rəftarı kimidir. Həkim, xəstəsinin pis əxlaqına, kobud rəftarına və nifrətinə səbr edər; dərmanı ona içirmək üçün bütün yolları sınayar. Nəsihət verən adamın vəziyyəti də belədir.

   Məzəmmət edən kimsə isə, içindəki kinini qusaraq, xəyanət edərək və ona nəsihət edənə: "Ey, bunu bunu etmiş adam. Ey xəyanəti, pisliyi haqq etmiş adam" deyən kimsədir.

   Məzəmmət edən kimsənin xüsusiyyəti budur: Özünü sevən, özünün etdiyi kimi edən, yaxud özü kimi pislik işləyən bir adam gördüyündə ona qarşı çıxmaz, heç bir şey deməz. Bir çox bəhanələrlə arxaya çəkilər. Üzərinə bir az getdiyində: "O, necə olur ki günahkar olur? İnsan xəta edə bilər. Amma gözəl əməlləri pis əməllərindən daha çoxdur. Bundan başqa, Allah bağışlayandır, Rəhmlidir ..." deyər.

    Bu nə qəribə şeydir ki, qəzəbləndiyi kimsəyə qarşı deyil də, sevdiyi kimsəyə qarşı belə deyə bilir ?! Öyüd vermək surətiylə məzəmmət etməyin həzziylə, əfv və bağışlama ümid etmənin həzzi necə bir yerdə olar və  növbənöv bəhanələr irəli sürmək necə mümkün ola bilər?


   Nəsihət verənlə məzəmmət edən kimsə arasındakı fərqdən biri də budur: Nəsihət verən, nəsihətini qəbul etmədiyində sənə düşmən olmaz. "İstər qəbul et, istər qəbul etmə, Allah qatında mən mükâfatımı aldım" deyər, o kimsənin arxasından dua edər və insanlar arasında nəsihət etdiyi adamın qüsurlarından danışmaz. Məzəmmət edən kimsə isə bunun tam tərsidir.

14 Ocak 2017 Cumartesi

Bir Övlad, Atasından Aldığı Gündəlik Xərcliyi Sədəqə Etsə, Bunun Əcri Atasına, Yoxsa Oğluna Verilər?

Sual:

   Mən, bir tələbəyəm və (hər gün) atamdan cibxərcliyi alıram. Bu xərcliyimin bir qismi ilə bir məscid inşasına ortaq olmaq istədim. Bunun savabı atamınmı, yoxsa mənimmi olur? Çünki malın sahibi atamdır.


Cavab:

     Həmd yalnız Allaha məxsusdur. Nəfəqə və ehtiyacınız üçün atanızın sizə verdiyi maldan sədəqə etsəniz, Allah Təalanın lütf və ehsanı ilə bu sədəqə əcrinin hamısının sizin olması, bu malı qazanan və sizə xərcləyən atanıza da sizin savabınız kimi əcr verməsini ümid edirik.

   Necə ki, Aişədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər -sallallahu əleyhi və səlləm- bu mövzuda belə buyurmuşdur: "Bir qadın, ərinin evindən israf etmədən və ərinə zərər vermədən yedirərsə, ona (yedirməsinin / sədəqəsinin) savabı, ərinə də onun bir bənzəri (qazanmasının) savabı verilər (etdiyi sədəqə səbəbiylə əcri özünün, malı qazanması səbəbiylə bir o qədəri də ərinin olar). Xəzinədara da o qədər savab verilər. Onlardan heç biri digərinin savabından bir şey əskiltməz (ər bu savabı, o şeyi qazandığı üçün, qadın da xeyrdə xərclədiyi üçün haqq etmişdir). "

[Buxari (1440); Müslim (1024)]

    Bəzi rəvayətlərdə: "sədəqə etsə ..." bəzilərində də: "Pay versə ..." şəklində gəlmişdir.

   Buna görə bu infaq bu şərtlər daxilindədir:

    1. Bu xərcləmə, Həqiqi mal sahibinin malını ifsad etməyə istiqamətli olmamalıdır. Məsələn, övladın ya xanımın, malı infaq edən atanın və ya ərin malına zərər verməsi kimi.

    2. Adətin üzərində nəfəqə  verməyə məcbur olunmamasıdır. Əgər normadan çox nəfəqə verməyə məcbur edilmişsə, mal sahibinin icazəsinin alınması lazımdır.

[İbni Həcər, Fəthul-Bari, (c: 23, səh: 303)]



Şeyx Muhəmməd Saleh əl-Munəccid

13 Ocak 2017 Cuma

Toylarda Edilən Pisliklərdən Bəziləri!


Tərcümə: Darul ittiba


1.   Gəlinin gərdək gecəsi saç salonuna aparılması:

   Günümüzdə adət halına gəlmiş, qarşısı alınmaz həddə çatmış ən pis münkərlərdəndir. Belə ki, bunu edənlər deyil, etmək istəməyənlər  əngəllənməkdədir. Saç ustaları adətən kişilərdən ibarətdir. Bu cür yerlərdə nələr baş verdiyini hər kəs bilməkdədir. Müsəlman bir gənc qız bədəninə yad kişilərin toxunmasına necə izn verə bilər? Ailəsini qısqanmayan bir ər üçün bu çox utanc verici bir haldır!

2.   Gərdəyə hazırlamaq bəhanəsiylə qadınların, gəlinin övrət yerlərinə baxmaları:

   Heç bir qadının, başqa bir qadının övrət yerlərinə baxması caiz deyildir. Buharamdır. Çünki Rasulullah səllallahu aleyhi va səlləm; “Heç bir kişi, başqa bir kişiyə, heç bir qadın da başqa bir qadının övrət yerinə baxmasın.” buyurmuşdur. (Qadının qadına qarşı övrətinin, kişinin kişiyə qarşı övrəti kimi olduğu, yəni diz ilə göbək arası olduğu fikri doğru deyil. Buna dəlalət edən səhih və ya zəif bir dəlil yoxdur. Bu görüşün elmdən və dəlildən qoxusu belə yoxdur. Əksinə Kitab və Sünnət nasları, qadının qadınlara qarşı övrətinin; qadının məhrəmlərinə qarşı övrətiylə eyni olduğunu göstərir.(Dəstəmaz yerləri))

     Cahil qadınlar bir birinin övrət yerinə baxmaqdan çəkinməzlər. Bir biriylə qohum olmalarının bunu məşrulaşdırdığını düşünməkdədirlər. Yaxşı bilinməlidir ki, bir qız yeddi yaşına çatdıqda, onun övrət yerinə nə anasının, nə də bacılarının baxması caiz deyildir. [İbnul Cövzi, Əhkamun Nisa (76)]

3.   Evlilik mərasimlərinin, bir çox münkərlərin və günahların işləndiyi toy salonlarında və ya otellərdə edilməsində təkid edilməsi:

   Bu mərasimlərdə, israfla birlikdə bir çox günah işlənməkdədir. Müğənni qadın və kişilər çağrılmaqda, nəfslərə xitab edən, qəlblərə pislikləri yeridən musiqilər və sözlər söylənməkdədir. Bu mərasimlərində çoxunda qadın kişi qarışıq olmaqda, açıq şəkildə fuhuşa, çılpaqlığa və ancaq axirətdən nəsibsiz kimsələrin edə biləcəyi rüsvayçılıqlara götürən bir məclis olmaqdadır. Bu mərasimlərin haram olduğunda heç bir şübhə yoxdur.

4.   Açıq və dekolitə gəlinliklərin geyilməsi:

     Qadınların və məhrəmlərin xaricində, başqalarının da görə biləcəyi yerlərdə açıq paltarların və gəlinliklərin geyilməsi haramdır və caiz deyildir. Adət halına gələn ağ gəlinlik isə kafir Cermen toplumunun adətidir. Kafirlərə bənzəməkdən çəkinmək lazımdır.

5.   Bəy və gəlinin onlara ayrılmış bir küncdə kişilərin və qadınların ortasında oturmaları:

   Bu böyük bir xətadır. Bir çox haramı birdən işləməkdir. Bu haramlardan biri, qadınlarla kişilərin ən cazibədar paltarlar və zinətlərlə olduqları bir zamanda eyni yerdə olmaları və bir birilərini görmələridir. Rasulullah səllallahu aleyhi va səlləm; “Qadınların yanına girməkdən çəkinin!” buyurmuşdur. [Səhih. Buxari (5232); Muslim (2172)]

6.   Mərasimlərdə qadınların rəqs etməsi:

   Qadınların oyun və rəqsləri, kişilərin gördüyü yerdə etmələri pis münkərlərdəndir və haramdır. Fəqət sadəcə qadınlar görürsə, edilməməsi daha gözəldir. Çünki, adətən rəqslər, haram olan musiqilərin və mahnıların müşayiətində edilməkdədir. Oyun və rəqslər sadəcə qadınlar arasında edilsə belə, bir qadının orada olan və gözəl rəqs edən başqa bir qadın haqda ərinə danışmayacağından əmin olunmaz. Danışılanlar böyük fitnə və fəsada səbəb ola bilər.

7.   Mərasimlərdə şəkil və video çəkilməsi:

   Qadınların ətirləriylə, bəzəkləriylə, dekolite paltarlarıyla şəkillərinin çəkilməsi, video çəkilməsi çox çirkin və pis bir davranışdır. Böyük bir fitnədir. Övrət yerlərinin görünməsi və çəkilməsidir. Şər və fəsad toxumlarının əkilməsidir. Heç şübhəsiz, şəkil və videolar haramdır. Günahların açıq şəkildə işlənməsi bəladır. Bu mərasimlərdə olanlar, xüsusilə də qadınlar, bu kimi pis davranışları və günahları tərk etməlidirlər. Toy mərasimlərində Uca Allahın halal etdiyi davranışlar sərgiləməli və haramlardan çəkinməlidirlər.

8.   Toyun yeməyində israf:

   İnsanlar riyakarlıq üçün, xüsusilə də qadınların dürtmələri ilə toy yeməklərində həddi aşmaqda, bir birləriylə yarışmaqdadırlar. Dəvət olunanların sayından daha çox, ehtiyacdan daha artıq yeməklər və ziyafətlər hazırlamaqdadırlar. Daha sonra -aclığını yatışdıracaq kasıb tapılmadığı üçün (!!!)- bunlar zibilə atılmaqdadır. Uca Allah, Qurani Kərimdə 22ci ayədə israfı qınamış və: “İsraf etməyin, heç şübhəsiz Allah, israf edənləri sevməz” {Əhqaf 31} buyurmuşdur. Rasulullah səllallahu aleyhi va səlləm israfdan bizi çəkindirmiş və; “Yeyin, için, sədəqə verin, israf etməyin və kibirlənməyin. Heç şübhəsiz Allah, nemətini qulunun üzərində görməyi sevir.” buyurmuşdur. [Həsən. Nəsai (5/79); Hakim (4/135)]

9.    Toy günü gəlinin namazları tərk etməsi:

   Toy və gərdək gecəsi üçün hazırlanmaq adətən zöhr namazından sonra başlayır. Gəlin xanım çimir, geyiniz və makyajı edilir. Bu səbəblərlə namazlar unudulur. Halbuki, namazın tərki küfürdür.

10.                   “Xoşbəxt olun və oğul sahibi olun” deyərək gəlin və bəyin təbrik edilməsi:

    Bu söz, cahiliyyət zamanından qalma çirkin bir adətdir. Günümüzdə, evlənən gəncləri təbrik etmək və dua məqsədiylə söylənir. Bu ifadədən istifadə edərək evlənənləri təbrik etmək nəhy edilmişdir. Həsən rahiməhullahdan; “Aqil b. Əbi Talib, Casim oğullarından bir qadınla evlənmişdi. Orada olanlar onlara; “Xoşbəxtlik və oğlan övladlar diləyirik!” deyə təbrik etdilər. Bunun üzərinə Aqil; “Belə deməyin! Rasulullah səllallahu aleyhi va səlləmin söylədiyi kimi; “Allah bu evliliyi sizin haqqınızda xeyirli etsin və mübarək etsin” deyin.” dedi. [Səhih. Nəsai (3371); İbn Macə (1906); Albani, əl İrva (1923)]

   Peyğəmbərimiz səllallahu aleyhi va səlləmin belə deyilməsini qadağan etməsinin hikməti, bəlkə də cahiliyyət adətlərinə müxalifət etməkdir. Çünki o dönəmdə, qız uşaqlarının deyil, sadəcə oğlan uşaqlarının olması üçün dua edilərdi. Ayrıca, bu duada Allahın ismi zikr edilməməkdə, Ona həmd və səna edilməməkdədir.



  [Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” kitabından alıntı]

12 Ocak 2017 Perşembe

Üzr Sahibi Olmayanlar Üçün Vəliməyə Qatılmaq Vacibdir!

Üzr qəbul edilən hallardan bəziləri bunlardır;

   1. İçki, çalğı alətləri kimi münkərlərin olduğu bir yerdə verilən dəvətlərə qatılmaq caiz deyildir. Ancaq oradakı münkərlərə mane olmaq və dəyişdirmək məqsədiylə gedilə bilər. Münkərlər ortadan qaldırıldıqda, qatılmaq yenidən vacib olur.

   Əli radiyallahu anhdan; “Yemək hazırladım və Rasulullah səllallahu aleyhi va səlləmi dəvət etdim. Yeməyə gəldiyində evdə rəsmlər gördü və geri qayıtdı. Bunun üzərinə mən; “Ya Rasulullah! Anam atjm sənə fəda olsun, geri qayıtmana səbəb olan nədir?” dedim. Mənə; “Evdə, üzərində rəsmlər olan bir örtük var. Heç şübhəsiz, mələklər içərisində rəsm olan evə girməz” buyurdu.”  [Səhih. İbn Macə (3359); Əbu Yala (436)]

   Ömər radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu eşitdim; “Allaha və axirət gününə iman edən kəs, üzərində içki gəzdirilən süfrəyə oturmasın. Allaha və axirət gününə iman edən kəs, izarsız olaraq hamama girməsin.  Allaha və axirət gününə iman edən qadın da hamama girməsin.” [Həsən. Əhməd (1/20); Əbu Yala (251); Beyhəqi (7/266)]

   İbn Ömər radiyallahu anhuma, Huzeyfə radiyallahu anhı dəvət etdiyində, Huzeyfə radiyallahu anh, evdə əcəmlərə aid bir şey gördüyü üçün geri qayıtmışdır. [Səhih mövquf. Buxari (9/249); Əhməd, Kitabul Vəra (s. 137, No: 71); Təbərani (4/No: 3853)]

   Əbu Məsud radiyallahu anh evdə surət (rus daşıyan canlıya aid bir rəsm) gördüyündə geri dönərdi. [Səhih mövquf. Buxari (9/249); Beyhəqi (7/268)]

    2. Dəvətə sadəcə zənginlərin çağırılıb, kasıbların çağırılmaması halında dəvətə qatılmamaq caizdir. Əbu Hureyrə  radiyallahu anh belə demişdir; “Ən şərli yemək, zənginlərin çağırılıb, kasıbların çağırılmadığı vəlimə yeməyidir. Dəvətə qatılmayan kimsə, Allaha və Rasuluna üsyan etmiş olar.” [Səhih. Buxari (5177); Muslim (1432)]

   3. Dəvət sahibinin haramdan çəkinməyən, şübhəli şeylərdən çəkinməyən biri olması halında dəvətə qatılmamaq caizdir.

   4. Çətin hava şəraiti, düşmən qorxusu, mala və ya cana zərər gəlməsindən narahat olunması kimi dəvətə qatılmağa mane olan, şəri bir üzrün olması halında qatılmamaq caizdir.


   Evlənənlərə ediləcək dua!

   Əbu Hureyrə  radiyallahu anhdan: “Rasulullah səllallahu aleyhi va səlləm evlən bir kəsi təbrik edəcəyi zaman; “Allah, (evliliyinizi) hər ikinizə də mübarək etsin, bərəkəti ikinizin üzərinizə olsun və sizi xeyirlərdə birləşdirsin.” deyərdi.” [Səhih. Əhməd (2/381); Əbu Davud (2130); Tirmizi (1091); İbn Macə (1905); İbn Hibban (4052); Hakim (2/183); Beyhəqi (7/148)]

   Aişə radiyallahu anhadan; “Nəbi səllallahu aleyhi va səlləm mənimlə evləndikdə, anam məni evə gətirdi. Evə girdiyimizdə, Ənsardan bir qrup qadın vardı və mənə; “Xeyir və bərəkət üzrə gəldin və xeyirli qismətə qovuşdun.” dedilər.” [Səhih. Buxari (5156)]


   Evlənənlərə hədiyyə vermək!

   Ənəs radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm, Zeynəb radiyallahu anha ilə evləndiyi zaman, Umm Suleym radiyallahu anha ona tasdan bir ləyən içində hays yeməyi hədiyyə etdi.” [Səhih. Muslim (1428)]

11 Ocak 2017 Çarşamba

İbn Qeyyim Rahiməhullah Deyir Ki:


   İnsanlar Kitab və Sünnə ilə hökm verməkdən və onlarla mühakimə olmaqdan üz çevirib, yalnız bunların kafi gəlməyəcəyinə inandıqları və bunların xaricində görüşlərə, qiyaslara müraciət etdikləri, bunları və şeyxlərin fikirlərini gözəl saydıqları zaman;

    Bu kəslərin fitrətlərində bir dəyişmə baş göstərər. Ürəklərində zülm yaranar və anlayışlarında bir şikəstlik və ağıllarında bir qıtlıq meydana gəlir.

   Beləcə bu tip insanları bu xislətlər bürüyər və ona qalib gələr.

    Hətta kiçiklərə bunları öyrədər , yaşlıları isə buna sövq edərlər. Bunu pis bir iş olaraq da görməzlər. Bu elə bir hal alar ki;

Ø Artıq doğrunun yerini bidət,
Ø Ağılın yerini cəhalət,
Ø Rüşdün  yerini həva,
Ø Hidayətin yerini pozğunluq,
Ø Yaxşılığın yerini pislik,
Ø Elmin yerini cahillik,
Ø İxlasın yerini riya,
Ø Haqqın yerini batil,
Ø Doğrunun yerini yalan,
Ø Nəsihətin yerini vecsizlik və
Ø Ədalətin yerini də zülm alar.


[Əl-Fəvaid]

Kəbin Kəsilməsi Qaydası!

Tərcümə; Darul İttiba

    Bəy və ya onun yerinə talib olan vəlisi, iki adil şahidin önündə qızın vəlisinə; “Qızını mənə (və ya filan oğlu filana) bu qədər mehir qarşılığında verdinmi?” deyə soruşar. Bu suala “icab” deyilər. Qızın vəlisi də; “Verdim” deyər. Buna da qəbul deyilər. Bunun üzərinə Xütbətul  Xacə oxunar və nigah həyata keçmiş olar. Kəbin kəsilməsi üçün bir imamın olmasını şərt qoşmağın bir əsası yoxdur. Yenə çox yayılmış xətalardan biri də, kəbin kəsilməsi əsnasında evlənəcək olan qıza sual verilərək kəbinin kəsilməsidir ki, belə bir nigah batildir. Çünki qadın özünü evləndirə bilməz. Ayrıca qız, naməhrəmlərin qarşısına çıxa bilməz. Qızın razı olub olmadığını soruşmaq vəlisinin vəzifəsidir və nigah tələbi qızın vəlisinə deyilər. nigah əsnasında dəstəmazlı olmağı şərt qoşmaq bidətdir.


[Əbu Muaz Seyfullahın “Səhih İslam fiqhi” kitabından alıntı]

İnsanların Fəzilət Və Hörmətlərinə Aldanmadan, Haqqa uymaq!


   Yəmənli Şeyx əl-Müəllimi rahiməhullah, “Raful İştibah Ən Mənəl İbədəti vəl İləh” adlı kitabında (152-153) belə deyir:

   "Bunu yaxşı bil ki, Allahu Təala bəzi səmimi kəsləri başqalarının səhvi növündən şeylərlə imtahan edə bilər. Onun sözünü tərk edib haqqa tabe olacaqlar, yoxsa fəzilət və hörmətli olmalarına aldanacaklarmı deyə! Bəhsi keçən bu fəzilət sahibi insan üzrlüdür, hətta ictihadından və məqsədinin xeyr oluşundan, qüsur etməməsi səbəbindən əcr də qazanmış ola bilər.

   Ancaq Allahu Təalanın kitabından və Rəsulullah sallallahu aleyhi və səlləmin sünnəsindən həqiqi dəlillərə iltifat etmədən, o kimsənin ucalığına aldanıb tabe olan üzrlü deyil! Əksinə, o çox böyük bir təhlükədədir!

   Möminlərin anası Aişə radıyallahu anha Cəməl hadisəsindən əvvəl, möminlərin əmiri Əli radıyallahu anhı təqib etmək üçün Bəsrəyə getdiyi zaman, Həsən b. Əli və Ammar b. Yasir radıyallahu anhum, insanlara nəsihət etdilər. Ammar radıyallahın sözləri arasında bunlar var idi:
   "Vallahi o, Nəbi sallallahu aleyhi və səlləmin dünyada da, axirətdə də xanımıdır. Lakin Allah, özünə itaət edəcəksiniz, yoxsa onamı deyə sizi onunla imtahan edir! "


   Bu mənada ən əhəmiyyətli nümunələrdən bir digəri də Fatimə radıyallahu anhanın, atasının mirasını tələb etməsi hadisəsidir. Əbu Bəkr əs-Siddiq radiyallahu anh üçün bu böyük bir imtahan idi və Allah Azzə və Cəllə Onu bu barədə sabit etdirdi. "

Qadınların Məsciddəki Dərslərdən İstifadə Etməsi!



   Şeyx əl Albaniyə belə bir sual verildi;

   “Qadının namazı evində, yoxsa yaxınındakı məsciddə qılması daha xeyirlidir?”

   Cavab;

   Fəzilətli olanı qadının evində namaz qılmasıdır. Ancaq məsciddə dərs və ya xütbə varsa, qadının bundan istifadə etməsi üçün məsciddə namaz qılması daha fəzilətli olar. Amma sadəcə namaza gəlincə, evində qılması daha fəzilətlidir. Yəni evində qılması, məsciddə camaatla namaz qılmasından daha üstündür.”


   [Silsilətul Hədyi van Nur (kaset №; 4, fətva №; 2 dəqiqə:11:01)]

8 Ocak 2017 Pazar

İslamdan Sonra İnsana Verilən Ən Dəyərli Şey!


 Abdullah b. Mubərakdən;

Ø “İslamdan sonra insana verilən ən dəyərli şey nədir?” deyə soruşulduqda belə cavab verdi;
Ø “Ağıl hissi”
Ø “Əgər o olmasa?”  deyildi,
Ø “Gözəl ədəb” dedi.
Ø “Bəs əgər o da olmasa?” deyildi,
Ø “Onunla danışa biləcəyi Saleh bir dost”
Ø “Bəs o da olmasa?”
Ø “Uzun bir sükut”
Ø “Ya o da olmasa?”
Ø “Təcili bir ölüm!” dedi.


   [ İbn Qeyyim, Sevgi kitabı]

Evləniləcək Qadına Baxmanın Hüdudları!

  Tərcümə: Darul İttiba


   Muğirə b Şubə radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm zamanında bir qadınla evlənmək istədim. Rasulullah səllallahu aleyhi va səlləm; “O qadını gördünmü?” buyurdu. Mən də; “Xeyr” dedim. Bunun üzərinə; “Ona bax, çünki anlaşa bilməniz və bir birinizi sevə bilməniz üçün bu daha doğrudur.” buyurdu.” [Səhih. Əhməd (4/246); Tirmizi (1087); Nəsai (3235); İbn Macə (1866)]

   Hafiz b. Həcər belə demişdir; “Çoxluq, evlənəcək olan kəsin talib olduğu qadına baxmasında bir sıxıntı yoxdur dedilər. Üzü və əllərindən başqa heç bir yerinə baxa bilməyəcəyini söyləmişdirlər.” [Fətul Bari (9/182)]

   Şeyx Əhməd Şakir belə deyir; “Bu hədis kişinin evlənmək istədiyi qadına əsrimizdəki Avropalılara və şəhvətlərinə kölə olmuş dinsiz kafir və facirlərin oyuncaq edib dəlil gətirdikləri kimi baxa biləcəyi mənasına gəlməz. Onlar bunun səhih islami mənasından çıxarmaqdadırlar. Bu kafir və facirlər tamamilə görə biləcəyini caiz sayırlar. Hətta qadından görməsi caiz olmayan yerləri görməyi də əlavə edirlər. Haram olan xəlvətdə olur, qadınla yalnız qalırlar, əylənirlər, bunda bir sıxıntı görmürlər. Allah onları çirkinləşdirsin. Özlərini dinə nisbət edənlərin bunu etməsi daha böyük çirkinlikdir. Allah bizi bağışlasın və doğru yoluna yönəltsin.” [Təhqiqul Musnəd (14/236)]


[Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” kitabından alıntı]

6 Ocak 2017 Cuma

Rüşvət Almaq Və Vermək!

   Hakimə və ya idarəçiyə, haqlının haqsız göstərilməsi, ya da haqsız olan bir şeyə haqlıymış kimi muamələ edilməsi üçün rüşvət vermək günahdır. Qərarda haqsızlığa və haq sahibinə  zülm edilməsinə yol açar. Pislik yayılar. Uca Allah belə buyurur; “Mallarınızı öz aranızda haqsızlıqla yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə hakimləri ələ almağa çalışmayın.” {Bəqərə 188}


   Abdullah b. Amr radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Allahın lənəti rüşvət alan və rüşvət verənə olsun.” [Səhih. İbn Macə (2313); Səhihul Cəmi (5114)]

Uşaqlar Arasında Adil Olmaq!


   Numan b. Bəşir radiyallahu anhdan; “Atam məni Rasulullah səllallahu aleyhi va səlləmin yanına aparıb dedi ki; “Mən bu oğluma mənə aid olan bir köləmi verdim (bağışladım)” Nəbi səllallahu aleyhi va səlləm; “Bütün uşaqlarına da belə bir hədiyyə etdinmi?” deyə soruşdu. “Xeyir” deyincə; “Elə isə buna verdiyin köləni geri al!” buyurdu.” [Səhih. Buxari (2586); Muslim (1623)]

   Numan b. Bəşir radiyallahu anhdan; “Atam mənə malının bir qismini bağışladı. Anam Amrə bint Revaha dedi ki; “Nəbi səllallahu aleyhi va səlləmi şahid göstərmədikcə mən buna razı olmaram.” Bunun üzərinə mənə verdiyinə şahid tutmaq üzrə atam məni Rasulullah səllallahu aleyhi va səlləmə çatdırdı. Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Bunu bütün uşaqlarına da etdinmi?” “Xeyr” deyə cavab verincə, belə buyurdu; “Allahdan qorxun, övladlarınıza ədalətli davranın!” Atam qayıtdı, verdiyi o sədəqəni geri aldı.” [Səhih. Muslim (1623); Buxari (2587)]


   Başqa bir rəvayətdə; “Hamısına buna verdiyin kimi verdinmi?” buyurdu. “Xeyr” deyincə, Nəbi səllallahu aleyhi va səlləm; “Elə isə məni şahid tutma! Çünki mən ədalətsizliyə şahid olmaram.” buyurdu. [Səhih liğayrihi. Əhməd (3/326)]

Qardaşlıq!


İbn Hibban әl-Busti (rahimәhullah) buyurur:


"Ağıl sahibinin bilməsi vacibdir ki, qardaşlıq sevgisi ilə məqsəd bir yerə toplaşıb, bir yerdə yemək və bir yerdə içmək deyildir, çünki, qatırlar və eşşəklər də bir yerdə yemək və içmək üçün toplaşırlar. Oğrular da günah işləmək üçün insanlarla qaynayıb qarışırlar, lakin bu, onların məhəbbətini artırmır.


Lakin insanın riayət etməsi önəmli olan qardaşlıq sevgisinə səbəblər arasında orta ölçülü olmaq, alçaq səslə danışmaq, özünü az bəyənmək, həmişə təvazökar olmaq və ixtilafı tərk etmək vardır.


Öz xərclərini qardaşlarının üstünə yükləyərək onları bezdirməsi lazım deyildir, çünki süd əmər uşaq çox əmdikdə anası ondan yorular və onu buraxar.."


"Ravdatul-Uqalə va Nuzhətul-Fudalə" (səh. 88)

5 Ocak 2017 Perşembe

Harama Baxanın Qəlbi Təndirə Atılmış Qoyun Kimidir!

 İbnul Qeyyim rahiməhullah deyir ki;

   “Harama baxmaq şeytanın qəlbə girişinə qapı aralar. Çünki şeytanın baxışla birlikdə qəlbə girib ona nüfuz etməsi, havanın bir yerə girməsindən daha sürətlidir. Şeytan o baxışı bəzəyər, daima gözünün önünə gətirər. Onu qəlbin daima məşğul olduğu bir büt edər. Sonra onu xəyallara, xülyalara daldırar, təmənne etdirər, qəlbində şəhvət atəşi yandırar, üzərinə də ancaq bu görüntüylə əllə edilə biləcək günahlar odununu atar, nəhayət qəlb yamanca alışıb yanar.

   O alovlar, iniltilər və yanıqlar hər zaman bu atəşdən dolayıdır, çünki atəş qəlbin hər tərəfini əhatələmişdir. Qəlb təndirə atılmış qoyun kimidir. O səbəbdən haramlara baxmaqla həzz alanların cəzası da bərzəx aləmində ruhlarının bir atəşə qoyulub bədənləri dirildənə qədər orda tərk olunmaları şəklində olacaqdır. Səhihliyində ittifaq edilən bir hədisə görə Uca Allah bunu Rasulullah səllallahu aleyhi va səlləmə yuxusunda göstərmişdi.”

   Dərd Və Dəva

HARAM EŞQ HEKAYƏSİ VƏ NƏTİCƏSİ!

əl-Həraiti rəvayət edir; Əbu Miskin rəvayət edir:

"Təmim oğullarından bir gəncin dəvəsi itmişdi. Şeyban oğullarının torpaqlarında axtarmağa getdi. Orada günəş kimi gözəl və cazibədar bir qız gördü və ona vurulub aşiq oldu. Ailəsinin yanına qayıtdı, lakin ağılı yerində deyildi. Dözə bilmədi və təkrar qızın qəbiləsinə döndü. Gecə olunca, "Bəlkə onu görsəm sakitləşərəm" dedi. Onun yanına getdi, qız oturmuş, qardaşları isə ətrafında yatmışdılar. Ona: "Gözümün nuru, vallahi eşq ağılımı başımdan aldı, həyatım zindan olmuş vəziyyətdədir" deyincə (qız ona): "Tez get burdan və evinə qayıt! Yoxsa qardaşlarımı oyandıraram səni öldürərlər." qarşılığını verdi.  Gənc: "Ölüm mənim üçün içində olduğum vəziyyətdən daha asandır" deyincə qız: "Ölümdən daha çətin bir şey ola bilərmi?" deyə cavab verdi. Gənc: "Bəli, mənim sənin eşqindən düşdüyüm vəziyyət daha çətindir" deyincə qız: "Nə istəyirsən?" deyə soruşdu. Gənc: "Əllərini ver, qəlbimin üzərinə qoyum, ondan sonra Allah şahidim olsun gedəcəyəm."

   (Qız onun istədiyini) etdi, o da getdi. O biri gün olunca təkrar qayıtdı, qızı eyni şəkildə tapdı. (Qız) daha əvvəl söylədiklərini söylədi. Bu dəfə gənc: "İcazə ver dodaqlarını öpüm və gedim" dedi. Bunu da edincə qəlbinə atəş kimi (eşq) düşdü. Hər gecə onunla görüşməyə başladı. Qızın ailəsi və qardaşları ondan şüphələndilər. Dedilər ki: "Bu itə nə olub ki, atıyla gözləyib bizi izləyir?"
 
   Nəhayət o gecə gəlməsini gözlədilər. Qız ona, "Ailəm səni gözləyir, diqqətli ol, səhv etmə!" deyə xəbər göndərdi. O gecə yağış yağdı, gözləmələri bir işə yaramadı. Sonra buludlar itdi və ay çıxdı. Qız bəzəndi, saçlarını açdı, gözəlliyi xoşuna getdi və gəncin onu bu halda görməsini istədi. Sirrini bilən bir yoldaşına "Mənə kömək et, onun (gəncin) yanına gedək" dedi. Onu görməyə (qarşılamağa) çıxdılar. Gənc isə qızın xəbərdarlığı üzərinə, onu axtaranlardan qorxduğu üçün atının üstündə gəzirdi. Ay işığında gəzən iki nəfər gördü. Özünü axtaran kəslər olduqlarından əmin olaraq, bir ox çıxarıb (səhvən) sevgilisinin ürəyinə hədəfi çaşmadan isabət etdirdi. Qız qıpqırmızı qanlar içində üzüstə yerə yıxıldı. İztirab çəkə-çəkə öldü. Dəhşət içində ona baxa-baxa qaldı gənc. Sonra belə dedi:

  "Etdiyinə bayquş ötər, qədərə qarşı qoyulmaz.
   Ağla ki, qatili sənsən, ya səbr et və ya intihar et. "

   Sonra oxlarını bir araya gətirib şah damarlarına batıra batıra intihar etdi. "

  [ Etilâl əl-Qulub (no: 416 ); Yatılıl-Ahbar (4/134); Masâriu'l-Uşşâq (1/143); Zəmmul-həva (s.572)]


    Pis sonluqdan və haram olan eşqdən Allaha sığınırıq!

3 Ocak 2017 Salı

Müsabiqələr Və Yarışlar!

 Tərcümə; Darul İttiba  


Müsabiqələr və yarışlar üç növdür;
   Birincisi: Şəriətə uyğun bir qayəsi olanlar... Bunların mükafatlı, ya da mükafatsıw oynanması mübahdır. Dəvə və at yarışları, atıcılıq müsabiqələri kimi. Qüvvətli görüşə görə buna -Quran əzbəri kimi- şəri elmlərlə bağlı müsabiqələr də daxildir.

   İkincisi: Özü mübah olan (amma üzərinə mükafat qoyulması caiz olmayan) müsabiqələr... Namazları keçirmə, övrət bölgələrini açma kimi haramların işlənmədiyi futbol oyunları və qaçış yarışları buna nümunədir. Bunların mükafatsız olaraq oynanılması caizdir.

   Üçüncüsü: Özü haram olan, ya da harama götürən yarışlar... Məsələn; “Gözəllik yarışları” olaraq isimləndirilən fəsad müsabiqələri, içində üzə vurmaq olan -ki üzə vurmaq haramdır- boks oyunları, ya da qoç döyüşü, xoruz döyüşü... şəklində düzəldilən müsabiqələr...

   Allah Azzə və Cəllə möminlərin xüsusiyyətləri haqqında belə buyurmuşdur; “Boş işlərdən üz çevirənlər onlardır.” {Muminun 3}

   İbn Kəsir rahiməhullah, bu ayənin təfsirində belə demişdir; “Yəni batildən üz çevirərlər. Batil isə şirk, günahlar və faydası olmayan söz və əməllərin hamısını əhatə edər.”

   “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” {Furqan 72}

   Bu ayədə keçən zur'a şahidlik,  şirk, yalan şahidlik və müşriklərin əyləncələri kimi batil olan hər şeyi əhatə etməkdədir. Necə ki, Təbəri və Qurtubi təfsirlərində ümmətin sələfindən bu mövzuda bir çox rəvayətlər nəql edilməkdədir.

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Yarış (müsabiqə) səbəbiylə mükafat ancaq at və dəvə yarışdırmaqla, ox və bənzər şeyləri atmaqda verilər.” [Səhih. Əbu Davud (2574); Tirmizi (1700); Nəsai (6/226); İbn Macə (2887); Əhməd (2/276, 358, 425, 474); Şafi, əl Umm (4/229); İbn Hibban (Məvərid 1638)]

   Uqbə b. Amir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Adəmoğlunun yayıyla atdığı ox, atına təlim keçməsi və xanımıyla oynaşması xaricində hər əyləncəsi batildir.” [Həsən. Əbu Davud (2513); Tirmizi (1637); Nəsai (3578); İbn Macə (2811); Əhməd (4/144, 148); Hakim (2/104); Darimi (2449); Təbərani (17/341)]

   Bunun mənasına daxil olan silahlı təlim, qaçış yarışları və bənzərləri kimi insanın faydalanacağı, bədənini öyrəşdirəcəyi və düşmənə qarşı mübarizədə özünü qüvvətləndirən şeylər də belədir. İbnul qeyyim belə söyləmiş və bunu əlavə etmişdir; “Tənbəl insanların əyləndikləri nərd, şahmat, göyərçinlərlə oynama kimi əyləncə növlərinə gəlincə, bunlarda haqqa yardımcı olacaq bir ünsür yoxdur və bununla fərz olanları yerinə yetirmə istəyindən söhbət gedə bilməz. Bu, tamamilə sıxıntıdan ibarətdir.” [İbn Qeyyim, Təhzibu Sunəni Əbi Davud (3/371); Bəğavi, Şərhus Sunnə (10/383)]

   Ənəs radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Nə mən əyləncədənəm, nə də əyləncə məndəndir. Yəni nə batil məndəndir, nə də mən batildənəm.” [Həsən. Buxari, Ədəbul Mufrəd (785); Bəzzar (12/345); Təbərani, Əvsat (1/132); Beyhəqi (10/217); Beyhəqi, əl Ədəb (30); Darəkutni, əl Əfrad (37); İbn Asakir, Tarix (38/369); Əbu Ubeyd, əl Əmsal (s. 52); İbn Quteybə, Təvilu Muxtələfil Hədis (s. 293); İbnul Əsir, ən Nihayə (2/109); Muaviyə radiyallahu anhdan; Təbərani (19/343); İbn Əbi Hatim, əl İləl (2295); Cabir radiyallahu anhdan; əl İsmaili, Mucəm (№: 25); Beyhəqi (10/217); Deyləmi (5283); Muttalib b. Abdillah b. Hantəbdən mürsəl olaraq; Darəkutni, əl İləlDarəkutni ( (12/114)]



[Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” kitabından alıntı]

2 Ocak 2017 Pazartesi

Abdulqadir Qeylanidən Qızıl Nəsihətlər!


Allahın və Rasulallah səllallahu aleyhi va səlləmin əmrlərinə tabe olun; şəxsi arzularınıza və hissiyatınıza məğlub olaraq bidət yoluna üz çevirməyin! İtaət edin; cürbə cür və yalnış yollara ayrılmayın! ...

   Allahı tövhid edin; heç bir zaman şərik qoşmayın! ... Haqqı tənzih edin; ittiham etməyin ...

   Doğruluq qarşısında şübhəyə düşməyin; təsdiq edin. Hamınız qardaş olun, aranıza ədavət salmayın.

   Düzgünlükdən nifrət etməyin, daim Haqq yolu və yolçularını axtarın, usanmayın ...

   Sonuna qədər çalışın; gözləyin, ümidsizliyə düşməyin...

    Daima doğru yolda toplanın, bir birinizi sevin, aranıza sevimsizlik girməsin ...

   Etdiyiniz pislikləri tərk edin, tövbə edin; bir dəfə etdiyiniz səhvi ikinci dəfə etməyin! ..

   Daxilinizi və xaricinizi təmiz saxlayın. Uğursuz, çıxmaz, qaranlıq bataqlıqlara düşməyin ...

   Rəbbinizə itaət ilə ruhunuzu bəzəyin. Onun qapısından ayrılmayın.

   Ondan üz çevirməyin. Tövbənizi pozmayın ...

   Gecə-gündüz Allaha yalvarmaqdan bezməyin. Çünki rəhmət qapıları ancaq bu yolda açılar. Həqiqi səadəti bu yolda tapmanız mümkündür. Bu bataqlıq aləmindən ülvi, ruhani aləmə bu yoldan getməniz mümkündür. Haqqa vuslat ancaq bu yoldadır. Rahatlıq, dinclik və salamatlıq evinə buradan girilər. Elə bir salamatlıq evi ki, hər növ minik orada, gözün görmədiyi hər cür xoşluq oradadır ...

   Bu nemətlərdən bezməz, usanmaz, bol bol yeyər, içərsiniz. O yerdə sizin yoldaşlarınız Peyğəmbərlər, sıddıqlar, şəhidlər və salehlər olar...

   Allah cümləmizə nəsib etsin ...


[Abdulqadir Qeylani, Futuhul Qeyb]