1 Kasım 2016 Salı

Sələfin Hədisə Tabe Olub Öz Görüşlərini Tərk Etmələri

   
Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Əbu Bəkr radiyallahu anh ifq hadisəsində qızı Aişə radiyallahu anha haqqındakı sözlərinə görə Mistah b. Usasəyə etdiyi sədəqəni artıq verməyəcəyinə and içmişdi. Allahu Təalanın;"Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. " {Nur 22} ayəsi nazil olunca Əbu Bəkr radiyallahu anh belə dedi; " Vallahi ona köməyi artıq əsla geri çəkməyəcəm." [Səhih. Buxari (4750) ]

   Said b. əl Müseyyib belə deməkdədir;"Ömər radiyallahu anh insanlar arasında ayağa qalxdı və belə dedi; "Ey insanlar! Diqqət edin! Şübhəsiz ki rəy əshabı Sünnətin düşmənləridir. Hədisləri əzbərləməkdən aciz qalarlar. Onlardan birinə insanlar sual verdiyi zaman bilmirəm deməkdən utanarlar və şəxsi görüşləriylə Sünnətə qarşı inad edərlər. Beləcə həm azarlar, həm də bir çoxlarını azdırarlar. Ömərin nəfsi əlində olana and olsun ki Allah, dinini şəxsi görüşlərə ehtiyacsız buraxmadıqca Nəbisinin ruhunu almamış və vəhyi qaldırmamışdır. Şayət din rəy ilə alınacaq olsaydı, məstlərin üstünü deyil, altını məsh etmək daha layiq olardı. Bu kimsələrdən çəkinin və çəkindirin!" [Səhih mövquf. Hərəvi, Zəmmul Kəlam (267); İbn Qeyyim, İlamul Muvaqqin (1/55); Təlhisul Xabir (3/208) ]

   İbn Abbas radiyallahu anhuma insanlara həcdə təməttu etmələrini əmr edincə, bir nəfər etiraz edərək belə dedi;"Əbu Bəkr və Ömər radiyallahu anhuma təməttu həccini qadağan edirdilər." İbn Abbas radiyallahu anhuma da ;"Görürəm ki, həlak olacaqlar. Mən Rasulullah səllallahu aleyhi va səlləm dedi deyirəm, o isə Əbu Bəkr və Ömər qadağan etdi deyir!" [Səhih mövquf. Əhməd (1/337); Ziyaul Məqdisi , əl Muxtarə (10/331); İbn Abdilbərr, Cəmiu Bəyanil Elm (2/196); Xatib , əl Fəqih val Mutəfəqqih (373); İbn Hazm , Həccətul Vəda (369) ]

   İbn Ömər radiyallahu anhuma insanlara təməttu həccini əmr edərdi. Bəzi insanlar Ömər radiyallahu anhın etmədiyini dəlil gətirərək etirazı çoxaldınca İbn Ömər radiyallahu anhuma onlara belə dedi;"Allahın Kitabımı uyulmağa daha layiqdir, yoxsa Ömər?" [Səhih mövquf. Beyhəqi, Sunənul Kubra (5/21); İbn Abdilbərr, əl İstizkar (4/61); ət Təmhid (8/210); İbn Hazm, əl İhkam (2/147) ]

   Salim b. Abdullah b. Ömər deyir ki;"Məsciddə İbn Ömər radiyallahu anhuma ilə oturarkən Şamlılardan bir adam gəldi və ona həc zamanına qədər ümrədən faydalanmağı soruşdu. İbn Ömər radiyallahu anhuma dedi ki;"Bu gözəl bir şeydir." Həmin adam dedi ki;"Ancaq atan bunu qadağan edirdi." Adama belə dedi;"Təəssüflər olsun sənə! Rasulullah səllallahu aleyhi va səlləm bunu etmişkən atam bunu qadağan etsə, sən kimin,  Rasulullah səllallahu aleyhi va səlləmin əmrinə, yoxsa atamın qadağasına uyarsan? Dedi ki;"Rasulullah səllallahu aleyhi va səlləmin əmrinə uyaram." İbn Ömər radiyallahu anhuma , adama dedi ki;"O zaman qalx, get." [Səhih mövquf. Təhavi, Şərhu Məanil Əsər (1/372); Əbu Yala, Musnəd (3/1317); Əhməd , Musnəd (no; 5700); Tirmizi (2/82) ]

   İbn Abbas radiyallahu anhuma barmaqların diyəsi haqqında "Barmaqların diyəsi on ondur." dedi. Mərvan b. əl Hakəm ona birini göndərərək;"Barmaqlar haqqında on on diyəyə fətva verirsən? Halbuki mənə Ömər radiyallahu anhın barmaqların diyəsi haqqında sənin sözünün əksinə fətvası çatmışdır." dedi. İbn Abbas radiyallahu anhuma da belə dedi;"Allah Ömərə rəhmət etsin. Rasulullah səllallahu aleyhi va səlləmin sözü, Ömər radiyallahu anhın sözündən uyulmağa daha layiqdir." [ Səhih mövquf. Beyhəqi (8/93); əl Əlbani, İrvaul Galil (2271) ]


   Əbu Sələmə, Əbu Hureyrə radiyallahu anhdan, Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu nəql etdi;"Pendir artığı olsa belə, atəşin toxunduğu şeylərdən dolayı dəstəmaz almaq lazımdır."  İbn Abbas radiyallahu anhuma ona;"Ey Əbu Hureyrə! Yağdan dolayı və isidilmiş sudan dolayı dəstəmaz almalıyıq?" dedi. Əbu Hureyrə radiyallahu anh belə dedi; "Ey qardaşımın oğlu! Rasulullah səllallahu aleyhi va səlləmdən biq hədis eşitdiyin zaman ona misal gətirmə!" [ Səhih. Tirmizi (1/114); İbn Macə (1/63); Atəşdə bişən şeylərdən dolayı dəstəmaz almaq əmrinin nəsx edildiyi və bu əmrin müstəhəb olaraq qaldığı fiqhdə bilinən bir xüsusdur. Bu əsəri zikr etmədəki qayə, səhabənin rünnətə şəxsi görüs və ya qiyas kimi bəhanələrlə etiraz edilməsi xüsusundakı həssaslığa diqqət çəkməkdir. ]  

Hiç yorum yok: