20 Temmuz 2017 Perşembe

Məzhəb Təəssübkeşliyinin Fəsadlarından!

Məzhəb təəssübkeşləri tez-tez tövhid diyarını pis şəkildə xatırlayırlar. Lakin, indiki tövhid diyarında öz məzhəbçi həmfikirlərinin hicrətin 6-cı əsrindən başlayaraq törətdikləri əməllərdən nədənsə heç danışmırlar. Bir namazı dörd dəfə, bəzən isə beş dəfəyə qılmaqla hamının namazı qılıb qurtarması baş tuturdu. Halbuki, indi bir imamın arxasında hamının namazı eyni vaxtda qurtarır.

Deməli, Abbasi xilafətinin son vaxtlarında, hicrətin 6-cı əsrində Kəbə ətrafında hər məzhəb üçün bir məqam inşa edilmişdi. Hər məzhəbin tərəfdarları özlərinə ayrılmış xüsusi yerdə namaz qılırdılar və bir məzhəb nümayəndəsi digərinin arxasında durub namaz qılmırdı. Korkoranə "məzhəb təəssübkeşliyi" insanları bir-birinin arxasında namaz qılıb bir ümmət olmaqdan belə yayındırmışdı.


Kəbədə «Mizyab»la üzbəüz yerdə hənəfilər («Hicri İsmail» tərəfdən uzanan, yağış suyunun axması üçün düzəldilən kiçik kanala deyilir), «Yəmən küncü» ilə üzbəüz yerdə malikilər, «İbrahim məqamı»nın arxasında şafilər, «Qara daş» və «Yəmən küncü» arasındakı məsafə ilə üzbəüz hənbəlilər namaz qılırdılar. Namazları ardıcıl qılırdılar. Əvvəlcə şafilər, sonra hənəfilər, sonra malikilər, sonra da hənbəlilər namazlarını qılırdılar. Zeydlər üçün də bir yer ayrılmışdı. Lakin, məğrib namazı vaxtı vəziyyət daha da acınacaqlı olurdu. Məğrib namazının vaxtı qısa olduğundan məzhəblər namazlarını eyni vaxtda dörd müxtəlif yerdə, dörd imamın arxasında qılmalı olurdular. Bu zaman isə səslər bir-birinə qarışırdı. İnsanlar namazda tez-tez çaşır və səhv səcdəsi etməyə məcbur olurdular.

Kəbənin yanında "məzhəbçilərin" törətdikləri bu bidətdən danışanlardan biri də ibn Cubeyr olmuşdur ki, o, hicrətin 579-cu ilində həcc ziyarətində şahidi olduğu qarışıqlıqdan ətraflı şəkildə danışmışdır. «Rihlətu ibn Cubeyr» kitabı, 70-ci səhifəyə baxa bilərsiniz.

O qeyd etmişdir ki: «Bəzən maliki (məzhəbindən olan) şafi və hənəfi imamın səsinə tabe olub rukuya gedir və ya hansısa başqa (məzhəbdən olan) imamın səsiylə salam verirdi (yəni, öz imamını qabaqlayırdı)

Sən hər bir kəsin səhv səcdəsi etməkdən qorxduğu üçün sakitcə öz imamını (və ya imamın sözlərini təkrarlayan) müəzzinin səsini dinlədiyini görərdin.

Bununla yanaşı bir çox insanlar səhv səcdəsi edirdilər.» (Rihlətu ibn Cubeyr, səh 70)

Bu bidət, alimlərin çəkindirməsinə baxmayaraq uzun müddət, beş əsr boyunca məzhəb təəssübkeşləri tərəfindən davam etdirilmişdir. Hal-hazırda isə Allaha həmd olsun ki, Kəbədə bu bidət yoxdur və ümmət bir imamın arxasında namaz qılır.»

(Ətraflı bax, Tərixu iməratul-Məscidil-Haram, səh 233)


Yazdı: Sahib Əsədov

Nəsihəti Tərk Etmək İcazəli Deyildir!

İmam Bərbəhari -Allah ona rəhmət etsin- belə deyir:

"Müsəlmanların dinlərinə aid olan məsələlərdə, onlara nəsihət etməyi gizlətmən (tərk etmən) sənə halal deyildir. Nəsihət etdiyin insanlar istər yaxşı işlər görüb saleh əməllər edən olsun istərsədə günahkar (bir tayfa, heç bir halda sənə onlara nəsihəti tərk etmək icazəli deyildir.)
Kim nəsihət etməni gizlədərsə O, artıq müsəlmanlara ğışş etmiş (onları aldatmışdır)
Müsəlmanlara ğışş edən (onları aldadan bu etdiyi əməliylə) artıq dinə xəyanət etmişdir, Dinə xəyanət edən kəs isə artıq Allaha, Rəsuluna və mömünlərə xəyanət etmişdir."

شرح السنة رقم ٧٦ ص ٨٥

9 Temmuz 2017 Pazar

Müsəlmanın Müsəlman Üzərindəki Haqqları!

İbn Muflih (rahimahullah ) buyurur:

Müsəlmanın müsəlman üzərində haqqlarındandır ki:

*Eybini ortsün
*Xatasını bağışlasın
*Gözünün yaşına rəhm etsin
*Səhvini keçsin
*Üzrünü qəbul etsin
*Qeybətinə izn verməsin
*Daimi nəsihət etsin
*Dostluğun qorusun
*Tapşırığın yerinə yetirsin
*Dəvətinə icabət etsin
*Hədiyyəsini qəbul etsin
*Əlaqələri gücləndirsin
*Nemətinə təşəkkür etsin
*Gözəl köməklik etsin
*Ehtiyacın ödəsin
*İstəyində tanışlıq etsin
*Asqırdıqda cavab versin
*İtirdiyini tapmağa kömək eləsin
*Dostluq eləsin düşmənlik yox
*Ona zülm edənə qarşı kömək eləsin
*Başqasına zülmdən onu qorusun
*Və Bu işdə onunla razı olmasın
*Onu alçaltmasın
*Özünə istədiyini onada istəsin
*Özünə istəmədiyini onada istəməsin

[Ədəbuşşəriyyə (1/290)]