1 Kasım 2016 Salı

İmamların İttiba İlə Bağlı Sözləri


Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


      Əbu Hənifə belə dedi;"Hədis səhihdirsə mənim məzhəbim də odur." [Səhih məqtu. İbn Abidin, Haşiyə (1/258); İbn Həcər , Təlhisul Xabir (1/20); Saleh əl Fullani, İkazul Himəm (s.62); Abdurrahim əl İraqi, Mustəhrəc ələl Mustədrək (s. 15); əl Ləknəvi, Umdətur Riayə (1/63); əl Əlbani, Sıfatus Saləh (s. 46) ]

   Yenə belə demişdir;"Heç kimin haradan aldığımızı bilmədən bizim görüşümüzü qəbul etməsi halal deyildir." [Səhih məqtu. İbn Abdilbərs, əl İntiqa (s. 145); Abbas əd Dövri, Tarixu İbn Main (1/77); İbn Qeyyim, İlamul Muvaqqin (2/306); İbn Abidin, Haşiyə ələl Bəhrir Raiq (6/293); əl  Əlbani, Sıfatus Saləh (s. 46) ]

   Malik belə demişdir;"Mən sadəcə bir insanam. Xəta da edərəm, isabət də edərəm. O halda görüşümə baxın, bütün Kitab və Sünnətə uyğun olanlarını qəbul edin, Kitab və Sünnətə uyğun olmayan bütün görüşlərimi də tərk edin." [ Səhih məqtu. İbn Abdilbərr, Cəmiu Bəyanil Elm va Fadlih (1/775); İbn Hazm , əl İhkam (6/149); əl Fullani, İqazul Himəm (s. 72); əl Əlbani, Sıfatus Saləh (s. 48) ]

   Şafi belə demişdir; "Müsəlmanlar, özünə Rasulullah səllallahu aleyhi va səlləmdən bir sünnət açıqca çatan kimsənin onu tərk edib insanlardan birinin görüşünü ala bilməyəcəyi xüsusunda icma etmişdirlər."   [Səhih məqtu. İbn Qeyyim, İlamul Muvaqqin (2/282); Saleh əl Fullani, İqazul Himəm (s. 68); əl Əlbani, Sıfatus Saləh (s. 50) ]

   Yenə belə demişdir :"Sizə Rasulullah səllallahu aleyhi va səlləmin hədisi səhih olaraq çatarsa onu alın və mənim görüşümü tərk edin." [ Səhih məqtu. İbn Hibban (5/496); Beyhəqi, Şuabul İman (5/497); İbn Asakir , Tarix (3/15); İbn Qeyyim, İlamul Muvaqqin (2/363); Fullani, İkaz (s. 100); əl Əlbani, Əslu Sıfatis Saləh (1/28) ]

   Yenə belə demişdir;" Kitablarımda Rasulullah səllallahu aleyhi va səlləmin Sünnətinə müxalif bir şey tapsanız, Rasulullah səllallahu aleyhi va səlləmin Sünnətiylə əməl edin, mənim sözlərimi tərk edin." [Səhih məqtu. Həravi, Zəmmul Kəlam (3/47/1); Xatib, əl İhticac biş Şafi (8/2); İbn Asakir (15/9/1); Nəvəvi, əl Məcmu (1/63); İbnul Qeyyim (2/361); Fullani (s. 100) ]

   Başqa bir rəvayətdə də;"Ona tabe olun və başqa heç kimin sözünə iltifat etməyin." [Səhih məqtu. Əbu Nuaym, əl Hilyə (9/107); İbn Hibban (3/284) ]

   İmam Əhməd belə demişdir;"əl Əvzainin görüşü, Malikin görüşü və Əbu Hənifənin görüşü, bütün bunlar bir görüşdür sadəcə. Mənə görə bunların hamısı birdir. Dəlil ancaq rəvayətlərdə gələnlərdir." [Səhih məqtu. İbn Abdilbərr, Cəmiu Bəyanil Elm (1/1082); əl Əlbani, Əslu Sıfatis Saləh (1/32) ]

   Yenə belə demişdir;"Kim Rasulullah səllallahu aleyhi va səlləmin hədisini rədd edərsə, o həlak olacağı bir uçurumun kənarındadır (deməkdir). " [İbnul Cövzi, Mənakibu İmam Əhməd (s. 182) ]

   İbn Teymiyyə belə demişdir;"Allahın onlara ən böyük nemətlərindən biri, Kitab və Sünnətə sarılmalarıdır. Səhabə və onlara gözəlliklə uyan Tabiin arasında üzərində ittifaq edilən əsaslardan biri, heç kimin Qurana zidd olan görüşü, zövqü, əqli görüşü, qiyası və kəşfinin əsla qəbul edilməməsidir." [Məcmuul Fətava (13/28) ]

   Yenə belə demişdir;"Hədisdə imamlıqla məşhur olan, Şafi, Əhməd , İshaq, Əbu Ubeyd və digər hədis imamları kimi imamların yolu, nə xəbəri məsələlərdə, nə dini mövzularda, nə üsulda və nə də digər məsələlərdə səhih hədislərdən heç birini rədd etməmələridir. Onlar qiyasa, ağla və ya mücərrəd olaraq Quranın zahirinə zidd olduğu zənniylə səhih hədisi rədd etməzlər." [Cəvabul Etirazatil Mısriyyə Ələl Futyal Həməviyyə (s. 85) ]

   İbn Teymiyyə başqa bir yerdə belə demişdir;"Kim olursa olsun, bir kimsəni müəyyənləşdirərək, görüş və əməldə ona uymaq üçün dostluq və düşmənlik edən kimsə;"dinlərini parçalayan və firqə firqə olan.." {Rum 32} kimsələrdəndir." [Məcmuul Fətava (20/8)]

   Yenə belə demişdir;"Heç kimin Nəbi Səllallahu aleyhi va səlləm xaricində bir şəxsi ümmət üçün müəyyənləşdirib onun yoluna dəvət etməsi, onun adına dostluq və düşmənlik etməsi mümkün deyil. Ümmət belə bir şeydə birləşməz. Tam tərsi, bu özlərinə bir şəxs və ya görüş müəyyənləşdirib ümmətin arasını ayıran, bu görüş ûzərinə dostluq edən və ya bu nisbət adına düşmənlik edən bidət əhlinin işidir." [Dəru Təaruzil Əqli van Nəql (1/149) ]


   Hafiz ibn Rəcəb rahiməhullah deyir ki, "Özünə Rasulullah səllallahu aleyhi va səlləmin əmri çatan hər kəsin etməli olduğu , bunu ümmətə bəyan etmək, onlara nəsihət edib bu əmrə tabe olmaları üçün çalışmaqdır. İstəyir bu, ümmətdə böyük bir zatın görüşünə tərs olsun. Çünki Rasulullah səllallahu aleyhi va səlləmin əmri, xəta edərək müxalifət edən böyük bir zatın Sünnətə zidd əmrindən təzim edilməyə və uyulmağa daha layiqdir. Bu etibarla səhabələr və onlardan sonra gələnlər səhih sünnətlərə müxalifət edənləri tənqid etmişlərdir. Bəzən bəlkə də tənqidlərində kobud ifadələr də istifadə etmişdirlər. Bu, o kimsədən nifrət etdikləri üçün deyildir. Tam tərsi, onu sevdikləri və hörmət etdikləri üçündür. Ancaq nə olursa olsun, Rasulullah səllallahu aleyhi va səlləmi daha çox sevməkdədirlər. Onun əmri də bütün məxluqatın əmrinin üstündədir. Əgər Rasulullah səllallahu aleyhi va səlləmin əmri ilə bir başqasının əmri zidd gələrsə, Rasulullah səllallahu aleyhi va səlləmin əmri alınmalı və ona tabe olunmalıdır. Onun əmrinə müxalif olana duyulan hörmət, Rasulullah səllallahu aleyhi va səlləmin əmrinə tabe olmağa maneə olmaz. Hər nə qədər o kəs xətasında bağışlanmış olsa da. Qaldı ki, o bağışlanmış olan zat, Rasulullah səllallahu aleyhi va səlləmin müxalif əmri ona gəldikdə öz görüşünə müxalifət edilməsinə etiraz da etməz." [Fullani, İqazul Himəmin taliqində nəql etmişdir. (s. 93) ]

Hiç yorum yok: