7 Kasım 2016 Pazartesi

Ağıllı Kimsənin Xəyalları!

   Tərcümə: Darul İttiba

    İbn Qeyyim rahiməhullah deyir ki;

  Fikir və xəyalların ən ucası, ən dəyərlisi və faydalısı Allah və axirət günü üçün olanıdır. Allah üçün olanı beşdir:

   1. Uca Allahın endirdiyi Quranın ayələrini, bunlarla bağlı olan şeyləri təfəkkür etmək, uca Allahın muradını, nə demək istədiyini anlamağa çalışmaq. Çünki Allah onu əslində  bunun üçün endirmişdir. Sadəcə oxumaq üçün deyil. Hətta oxumaq buna bir vəsilədir.

   Sələfdən bir zat; “Quran onunla əməl edilmək üçün endirilmişdir. Elə isə oxumasını da bir əməl edin özünüzə (tərəqqi edin)” demişdir.

   2. Kainatda müşahidə edilən, görülən (varlığının və ucalığının) ayələrini təfəkkür edib onlardan ibrət almaq, onlarla adlarına, sifətlərinə, hikmətinə, ehsanına, yaxşılığına və comərdliliyinə çatmaq. Necə ki, Uca Allah da qullarını ayə və nişanələrini təfəkkür və tədəbbür etməyə və zehni onunla məşğul etməyə təşviq etmiş, bunlardan qafil qalanı qınamışdır.

   3. Uca Allahın yaratdıqlarına yaxşılıqlarını, ehsanlarını yağdırdığı nemətləri və rəhmətinin, bağışlamasının və səbrinin genişliyini təfəkkür etmək.

   Bu üç qism qəlbdə Allahı tanıma, Allah sevgisi, qorxusu və ümidini yaradır.
   Zikrlə(dil ilə) yanaşı, daima bu düşüncə içərisində olmaq qəlbi yaxşıca Allah haqqında elmə və sevgisinə boyayar.

   4. Nəfsin qüsurlarını, fəlakətlərini və edilən əməllərin qüsurlarını təfəkkür etmək. Bu düşüncə çox faydalıdır, hər xeyrin qapısıdır. Nəfsi əmmarəni (pisliyi əmr edən nəfs) qırmaqda təsirlidir. O qırılınca mutmain (Allahın zikriylə tətmin olub durulmuş) nəfs həyata keçər, valilərini və ordu başçılarını öz xeyri üçün dörd bir yana göndərər.

   5. Vaxtın, anın vəzifəsini düşünüb bütün gücüylə vaxtını dəyərləndirmək. Çünki arif olan adam, vaxtının adamıdır! Onu zay etdiyində bütün məsləhətləri zay olar. Çünki bütün məsləhət və xeyirlər ancaq vaxtdan doğar. İnsan öz vaxtını dəyərləndirməyincə onun yerini əbədiyyən doldura bilməz. 

   Şafi rahiməhullah deyir ki; "Sufilərlə yoldaşlıq etdim, onlardan sadəcə bu iki cümləni qazandım. Biri; "Vaxt qılıncdır. Sən onu kəsərsənsə nə əla, kəsməzsən o səni kəsər." idi. İkincisi; "Nəfsini haqq ilə məşğul etməzsənsə, o səni batil ilə işğal edər." idi.


   İnsanın zamanı həqiqətədə onun ömrüdür. Zaman insanın əbədi nemətlər içində cənnətdəki yaşamının da qaynağıdır, şiddətli əzabdakı (cəhənnəmdəki) sıxıntılı yaşamında o buluddan daha sürətli keçər.İnsanın hansı vaxtı Allah üçün və Allahla keçirsə, onun həyatı və ömrü də elə odur. Onun xaricindəki isə ömürdən sayılmaz, onun xaricindəki həyatı, heyvanlarınkı kimidir. İnsan vaxtını qəflət, əyləncə və lazımsız xəyallarda xərcləyərsə, ən xeyirli vaxtı yuxu və boş-boş oturmaq ilə keçirdiyi vaxtdırsa... Onun ölümü yaşamından daha xeyirlidir!

İbn Qeyyim, Dərd və Dəva (s. 197)



Hiç yorum yok: