2 Kasım 2016 Çarşamba

Çoxluq Haqqın Göstəricisi Deyil!


 Müəllif: Əbu Muaz Seyfullah Ərdoğmuş
Tərcümə: Darul İttiba


   Allahu Təala belə buyurmuşdur; "Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar." [Ənam 116]
   Allahu Təala, tək başına olmasına baxmayaraq İbrahim əleyhissələmi haqq deyə adlandırmışdır;"Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi." {Nəhl 120}

   İbn Abbas radiyallahu anhuma, Nəbi Səllallahu aleyhi va səlləmdən belə dediyini rəvayət etmişdir;"Ümmətlər mənə göstərildi. Yanında böyük bir qaraltı olan peyğəmbər gördüm. Yanında bir və ya iki nəfər olan peyğəmbər də gördüm. Yenə yanında heç kimin olmadığı peyğəmbər də vardı."
 [Səhih. Buxari (5378); Muslim (220) ]

   Əbu Hureyrə radiyallahu anh belə demişdir;"Muhacir qardaşlarımızı bazarlarda ticarət məşğul etdi. Ənsardan qardaşlarımızı da malları üçün işləmələri məşğul etdi. Lakin Əbu Hureyrə qarın toxluğuna, Rasulullah səllallahu aleyhi va səlləmin yanından ayrılmadı. Onların olmadığı yerlərdə oldu və onların əzbərləyə bilmədiklərini əzbərlədi."
 [Səhih. Buxari (118) ]

   Əbu Hureyrə radiyallahu anhın bu sözü söyləməsinin səbəbi, ona :"Sən heç kimin eşitmədiyi hədislər rəvayət edirsən, yəni cumhura müxalifət edirsən." demələri idi.
   Amr b. Meymun belə dedi;"Abdullah b. Məsuda :"Camaata qarşı nə edəcəyik?" deyilincə mənə belə dedi;"Ey Amr b. Meymun! Camaatın çoxu camaatdan ayrılmışdır. Camaat, tək başına olsan belə, ancaq Allahın itaətinə uyandır (digər rəvayətdə;"Tək başına belə olsan camaat, Kitab və Sünnətdir." dedi)"
[Səhih mövquf. Əl Ləlkai, Usulu Etiqadi Əhlis Sunnə (1/108); İbn Asakir , Tarixu Dıməşq (46/406); Əbu Şamə əl Məqdisi, əl Bəis (s. 22); Mizzi, Təhzibul Kəmal (22/264); Xatib əl Bağdadi, əl Fəqih val Mutəfəqqih (1171) ]

   İshaq b. Rahuya dedi ki;"Cahillərə səvadul azam (böyük qaraltı) nədir deyə sual versən, "İnsanlar camaatıdır." deyərlər. Bilməzlər ki, camaat , Nəbi Səllallahu aleyhi va səlləmin izinə və yoluna sarılan alimdir. Onunla bərabər olub, ona uyan camaatdır. Ona müxalifət edən isə camaatı tərk etmişdir."
 [ Səhih məqtu. Əbu Nuaym, Hilyətul Övliya (9/239); Şatibi, əl İtisam (2/28) ]

   İbn Hazm belə demişdir;"Bir kimsədə çoxluğun əlində olmayan sünnətlər ola bilər. Onun yanında başqalarında olmayan bir sünnət var və o kimsə buna görə fətva verirsə, çoxluğa zidd belə olsa isabətlidir."
 [ Əl İhkam (1/599) ]

   İbn Qeyyim belə deyir :" Camaata sarılmağı əmr edən hədisdə qəsd edilən haqqa sarılmaq və ona təməssuq edənlər az, müxalifləri çox olsa belə tabe olmaya davam etməkdir. Çünki, haqq, ilk camaat olan Peyğəmbər Səllallahu aleyhi va səlləmin zamanında üzərində olunan şeydir. Bidət əhlinin və sonrakıların çox oluşuna baxılmaz."
 [ İgasətul Ləhfan (1/69) ]

   Allamə Sıddıq Həsən Xan əl Kannuci rahiməhullah belə demişdir; "Bunu yaxşı bil ki çoxluğun səhih hədisə müxalifət etməsi onunla əməl etməyə zərər verməz. Çünki çoxluğun görüşü hüccət deyildir." [Qasımi, Qavaidut Təhdis (s. 91) ]

   Əl Əlbani rahiməhullah belə demişdir;"Allaha həmd olsun, biz haqqı, insanlardan söyləyənlərin çoxluğu ilə bilənlərdən deyilik. Haqq insanlarla bilinməz, ancaq insanlar haqq sayəsində bilinər."

[ Silsilətus Səhiha (5/420) ]

Hiç yorum yok: