6 Aralık 2016 Salı

Şeyx Muqbil Rahiməhullahın İttiba Tövhidinə Dəvəti


Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba



   Şeyx Abdulhamid əl Hacuri hafazahullah, Şeyx Muqbil rahiməhullahın bioqrafiyasını yazdığı əsərində, “Tövhidul Mutabəət” başlığı altında belə demişdir;

   “Allah, xalqı yaratmış, onlara özünə itaət etmələrini əmr etmiş, üsyan etmələrini qadağan etmiş, insanlara göndərdiyi rasullar vasitəsiylə onlara yolu açıqlamış və aydınlatmışdır;

    “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.” {Nisa 165}

   “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik.” {Nəhl 36}

   Onlar da Allahın fərz etdiyi şeyi yerinə yetirmişlər və dini təbliğ etmişlər. Allah onların hamısına salavat etsin. sonra dində bidətlər və ayrılmalar meydana gəlmişdir. Nəbi səllallahu aleyhi va səlləm bu hədisində bundan çəkindirmişdir; “Bu ümmət yetmiş üç firqəyə ayrılacaq, biri xaricində hamısı atəşdə olacaqdır.”

   Şeyx Muqbil rahiməhullah gəldiyində ayrılıq və parçalanma son həddinə çatmışdı. O, Allahın ona vacib etdiyi dəvət, təhsil və təlifi etmiş, İslama mənsub bir çox kimsənin zay etdiyi bu tövhidlə məşğul olmuşdur. Bu, Nəbi səllallahu aleyhi va səlləmə ittiba tövhididir. Bilindiyi kimi ittiba tövhidi, əməllərin qəbulunda şərtdir. Hər hansı bir əməlin qəbul edilməsi üçün o əməlin Allaha xalis olması və Rasulullah səllallahu aleyhi va səlləmə ittiba edilərək işlənməsi şərtdir.

   İttiba; Allahın yolu sayılır. Necə ki, Abdullah b. Məsud radiyallahu anhın rəvayət etdiyi hədisdə, Rasulullah səllallahu aleyhi va səlləm bir xətt çəkmiş, sonra bu xəttin yanına başqa xətlər də çəkmişdir. Sonra ilk xətt üçün; “Bu Allahın yoludur.” deyib ona dəvət etmiş, digər xətlər üçün də; “Bunlar, hər biri şeytanın dəvət etdiyi yollardır.” buyurmuş və bu ayəni oxumuşdur;

    “Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.” {Ənam 153}

   Allah Təalanı sevmənin əlaməti və Allahın günahları bağışlamasının səbəbi ittiba tövhididir. Çünki allah Təala belə buyurmuşdur;

   “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”  {Ali İmran 31}

   Bu, eyni zamanda cənnətə girmə səbəblərindəndir: Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Üz çevirənlər xaricində bütün ümmətim cənnətə girər.” Dedilər ki; “Üz çevirən kimdir ey Allahın Rasulu?” Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “Mənə itaət edən Cənnətə girər, mənə üsyan edən də üz çevirmişdir.”  Bunu Buxari, Əbu Hureyrə radiyallahu anhdan rəvayət etmişdir.

   Rasulullah səllallahu aleyhi va səlləmə ittiba, ibadətlərdə asanlıqdır. Necə ki, Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur; “Sizə əmr etdiyim şeyləri gücünüz yetdiyi qədəriylə yerinə yetirin.” Buxari və Muslim Əbu Hureyrə radiyallahu anhdan rəvayət etmişdir.

   Bunu əmr edən ayə və hədislər lap çoxdur. Bu zikr edilənlər ancaq təmbeh üçündür.

   Yenə Allah Azzə və Cəllə, Şeyx Muqbil vəsiləsiylə ittiba yolunu əhya etmiş, təqlid və bidətçilik yolunu söndürmüşdür. Şeyx Muqbil rahiməhullah, “İcabətus Sail” kitabında (327) belə demişdir;

   “Təqlid rasullara ittiba yolundan ümmətləri uzaqlaşdıran şeydir. Yenə təqlid, Muhəmməd səllallahu aleyhi va səlləmin ümmətindən bir çox kimsəni də, Kitab və Sünnətdən uzaqlaşdırmışdır.”

Hiç yorum yok: