26 Aralık 2016 Pazartesi

Ölçü Və Çəkidə Hiylə Etmək!

Allahu Təala belə buyurmuşdur; “Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın. Düz tərəzi ilə çəkin. İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin. Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!” {Şüara 181-184}

   Abdullah b. Ömər radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm bizə yönələrək belə buyurdu; “Ey Mühacirlər camaatı! Beş şey vardır ki, onlarla mübtəla olacağınız zaman (heç bir xeyir qalmaz). Mən sizin o şeylərə çatmağınızdan Allaha sığınıram: Bir millətin içində zina - fuhuş ortaya çıxıb nəhayət o millət bu günahı açıq aşkar işlədiyində, mütləq içlərində taun xəstəliyi və onlardan öncə gəlib keçmiş millətlərdə meydana gəlməmis xəstəliklər yayılar. Ölçü və çəkini əskik edən hər millət mütləq qıtlıq, keçim sıxıntısı və başlarındakı hökmdarın zülmü ilə cəzalandırılarlar. Mallarının zəkatını verməkdən imtina edən hər millət mütləq yağışdan məhrum qalarlar. (Quraqlıq cəzasıyla cəzalandırılar) və heyvanlar olmasa, onlara yağış yağdırılmaz. Allahın əhdini və Rasulunun əhdini (yəni düşmənlə etdikləri andlaşmanı) pozan hər millətin başına mütləq Allah özlərindən olmayan düşməni musallat edər və düşmən o millətin əlindəkinin bəzisini alar. Və imamları (yəni dövlət adamları) Allahın Kitabı ilə əməl etməyib Allahın endirdiyi hökmlərdən işlərinə gələni seçdikcə (yəni digər hökmləri yerinə gətirmədikcə) Allah onların əzabını öz aralarında verər. (Yəni iç fitnə, fəsad və anarxiya kimi əzablarla cəzalandırar.)”

[Həsən. İbn Macə (4019); Hakim (4/540); Əbu Nuaym (3/333); Beyhəqi (3314); əl Albani, əs Səhiha (106)]

Hiç yorum yok: