Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba
Sual:
Son zamanlarda
toylarda bəzi qadınların bədən xəttlərini müəyyən edən darlıqda, bəzisi sinə və
ya kürəyin bir qismini göstərəcək dərəcədə üst tərəfi və ya alt tərəfi açıq
olan geyimlər geydikləri müşahidə olunmaqdadır. Qadınların, yalnız qadınlar arasında
olduğu səbəbiylə bu cür paltarlar geyməsinin dindəki hökmü nədir? Qadının vəlisinə
bu mövzuda düşən vəzifə nədir?
Cavab:
Müslimin Səhihində
Əbu Hüreyrə radıyallahu anhdan rəvayət Rəsulullah sallallahu aleyhi və səlləmin
belə buyurduğu sabit olmuşdur:
"İki sinif
insan vardır ki, onlar cəhənnəmlikdirlər; Bunlardan biri əllərində inək quyruğu
kimi qamçılar olub insanları döyəcəklər. Digəri; bədənlərini müəyyən edəcək
paltar geyən, bu paltarlarla kişiləri meylettirmək üçün nazlanaraq yeriyən, saçlarını
dəvə hörgücü kimi başlarında yığan qadınlardır ki, bunlar cənnətə girə bilməyəcək
və çox uzaq məsafələrdən belə hiss edilən cənnətin qoxusunu, hiss edə bilməyəcəklər.
"[Səhih. Malik (Libas, 7); Müslim (2128); Əhməd
(2/355, 440); Deyləmi (3783); Beyhəqi (2/234); Şuabul-İman (7801); İbn Hibban
(16/500); Təbərani, Əvsat (2/224); Darimi (İstizan, 15)]
Rəsulullah
sallallahu aleyhi və səlləm: "geyinmiş çılpaqlar" buyurmuşdur. Yəni
üzərlərində fərz olan təsəttürü təmin etməyən, ya qısa, ya şəffaf və ya dar
paltarlar vardır.
Sinənin üst tərəfinin
açıq olması bunlardandır. Çünki bu, Allahu Təalanın: "Baş örtüklərini
yaxalarının üzərinə endirsinlər" əmrinə ziddir. Qurtubi təfsirində belə
demişdir: "Qadın sinəsini örtmək üçün hicabı yaxası üzərinə endirər."
Sonra Aişə radıyallahu anhadan bu əsəri zikr edir: "Qardaşı Abdurrahman b.
Əbi Bəkrin qızı Hafsa, Onun yanına boynunu müəyyən edən nazik bir baş örtüyü ilə
girincə Aişə radıyallahu anha onu alıb cırdı və: "Ancaq örtücü olan
qalınlıqda hicab örtülər" dedi. [Səhih. Beyhəqi
(2/235); Muvatta (1625); İbn Sad (8/71, 72); İbn Abdilbərr, əl-İstizkar (1690);
Şərhu-Sunnə (6/24); Albani, Cilbabul Mər`ə (s.126); Qurtubi təfsiri (12/230)]
Təmim qəbiləsindən
üzərlərində bədəni göstərən nazik paltar olan bir qadın camaatı Aişə
radıyallahu anhanın yanına gəlmişdılər, Aişə radıyallahu anha onlara dedi ki;
"Əgər siz Allaha iman edənlərdənsinizsə, (bilin ki)
nazik paltar mömin xanımlara əsla yaraşmaz." [Qurtubi
(14/244)]
Başqa bir xəbərdə rəngli
və nazik bir örtüyü olan bir gəlin yanına girdiyində Aişə radıyallahu anha:
"Belə geyinən bir qadın Nur surəsinə iman etməmişdir" demişdir. [Qurtubi (14/244)]
Aişə radıyallahu
anhanın yanına üzərində nazik baş örtüyü olan bir qadın girincə, Aişə
radıyallahu anh o örtüyü alıb cırdı və belə dedi: "Allahın Nur surəsində nə endirdiyini
bilmirsənmi ?" Bunun üzərinə ona öz ximarını (hicabı) geydirdi. " [Səhih. Dürrul-Mənsur (7/287); Səid b. Mansur və İbn Mərduyədən.]
Qadının vəlisinin
haram olan hər paltardan əngəlləməsi, açıq-saçıq olaraq və ya qoxu sürünmüş
olaraq çıxmaqdan qadağan etməsi lazımdır. Çünki heç kimin heç kim yerinə ödəniş
edə bilməyəcəyi, vasitəçilik edə bilməyəcəyi, kömək görməyəcəyi qiyamət günündə
qadından məsul olan, onun vəlisidir.
Allah hamımızı sevib razı olduğu şeyə müvəffəq etsin.
Hiç yorum yok:
Yorum Gönder