Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba
Cavab: Bəyənilən, qadının
üz, əllər və saç daxil olmaq üzrə bütün bədənini yadlara qarşı örtməsidir.
Çünki Allahu Təala: "Baş örtüklərini yaxaları üzərinə endirsinlər"
buyurmuşdur.
Bu isə ancaq üzün,
saçın və digər yerlərin örtülməsiylə mümkün olar. Rəsulullah sallallahu aleyhi
və salləmin: "Qadın tamamilə övrətdir" hədisinə görə, bunları göstərməsi
haramdır. Fitnə, bunlara baxıldığına görə meydana gəlməkdədir. Üzün və əllərin
açılmasının caiz olduğunu göstərən rəvayət isə səhih deyil.
Qadının qardaşları,
ataları kimi məhrəmlərinə və qadınlara qarşı övrəti isə öz özlüyündə görünən
xaricində açması caiz olan; başı, üzü, əlləri, boynu və ayaqlarıdır.
Əbu Ubeydə b.
Abdullah b. Zem'a'dan: "Anası Zeynəb bt. Əbi Sələmə, əz-Zübeyr b. əl-Avvam
radıyallahın xanımı Əsma bt. Əbi Bəkri əmizdirmişdi. Zeynəb bt. Əbi Sələmə dedi
ki:
"Zübeyr mən daranarkən
yanıma girər, saç hörüklərimdən birini tutar və belə deyərdi: "Mənə bax. Rəbbimə
and olsun ki, o mənim atam, doğanlar qardaşlarımdır. Harrə günündən əvvəl
Abdullah b. əz-Zübeyr mənə elçi göndərib qızım Umm Gülsümü Həmzə b. əz-Zubeyri
istədi. Həmzə, Zübeyrin Kəlb qəbiləsindən olan xanımından olma oğlu idi. Elçiyə
dedim ki:
"Bu evlilik onun üçün uyğun olarmı? O ancaq bacısının
qızıdır." Beləcə Abdullah b. əz-Zubeyrə xəbər göndərdim. Dedi ki: "Sən
yalnız buna mane olmaq istəyirsən. Mən sənin qardaşın deyiləm. Sənin
qardaşların Esmanın doğduqlarıdır. Zübeyrin Esmadan başqa xanımlarından olan
uşaqları sənin qardaşın deyil. Göndər və soruş." Bunun üzərinə mən də
birini göndərib soruşdum. Rəsulullah sallallahu aleyhi və səlləmin səhabələri və
möminlərin anaları oraya toplaşdı. Onlar dedilər: "Süd əmizdirmə, kişilər
tərəfindən heç bir şeyi (evliliyi) haram etməz." Bunun üzərinə qızımı
onunla nigâhladım. Ölənə qədər onun yanından ayrılmadı." [Həsən. Şafii Müsnəd (886); İbn Əbi Şeybə (17647); Darəkutni
(4/180)]
Bu hədis, qadının məhrəmləri
yanında saçlarını göstərə biləcəyinə dəlalət edər.
İbn Kəsir Təfsirində
belə demişdir [Təfsiru İbn Kəsir (3/283)]:
"Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsində, qadınlar
üçün edilən və ucları geniş olan niqablar nəzərdə tutulur. Bunlar Cahiliyyə
dövrü qadınlarının adət və görünüşlərinə müxalifət etsinlər deyə sinələrini
örtmək üzrə qadınların sinələri üzərinə qoyular. Cahiliyyə dövrü qadınları belə
etməzdilər. Əksinə qadın, kişilər arasında sinəsi açıq olaraq gəzər, sinəsini hər
hansı bir şeylə örtməzdi. Bəzən olurdu ki boynunu, saç hörgülərini və
qulaqlarındakı sırğaları da açıqda buraxardı. Allahu Təala mömin qadınlara, istər
görünüşləri ilə və istərsə də hallarıyla örtünüb gizlənmələrini əmr etmişdir.
Necə ki başqa bir ayədə belə buyurulur:
"Ey peyğəmbər;
Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki: cilbablarını üzərlərinə
çəksinlər. Bu, onların tanınması və incidilməmələri üçün daha doğrudur. "{Əhzab, 59}
Burada da:"
Baş örtüklərini yaxalarının üstünə salsınlar "buyurmuşdur. Xumr sözü ximar
sözünün çoxluğudur. Ximar isə başı örtən, bu gün insanların örtük / niqab
dedikləri örtüyüdür.
Səid b. Cubeyr, ayənin bu hissəsini belə açıqlayır:
"Baş örtüklərini (ximarlarını) sinə və boyunları
üzərinə örtüb bağlasınlar ki hər hansı bir qismi görünməsin." [Səhih Maqtu. İbn Əbi Xatim (14407)]
Buxarinin Aişə
radıyallahu anhadan rəvayətində O belə demişdir:
"Allah, ilk mühacir qadınlara rəhmət etsin. Allahu Təala:
"Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsini endirəndə,
onlar parçaları kəsdilər (böldülər) və bunlarla başlarını və üzlərini örtdülər.
"[Səhih. Buxari (4758)]
Yenə Buxarinin Aişə
radıyallahu anhadan rəvayətində o belə demişdir:
"Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsi
nazil olduqda, onlar paltarlarını gğtürüb yanlarından yardılar və bunlarla
başlarını və üzlərini örtdülər." [Səhih. Buxari
(4759)]
İbn Əbi Hatim rəvayət edir: Safiyyə bt. Şeybə radıyallahu
anhə -dən:
"Biz Aişə radıyallahu anhanın yanında ikən Qureyşin
qadınlarını və üstünlüklərini yada salmışdıq. Aişə radıyallahu anha belə dedi:
"Şübhəsiz ki, Qureyş qadınlarının üstünlüyü vardır.
Allaha and olsun ki, mən Allahın kitabını təsdiqdə və nazil olanlara imanda
Ənsar qadınlarından daha üstününü və daha güclüsünü görmədim. Nur surəsində
"Baş örtüklərini yaxalarının üstünə salsınlar" ayəsi nazil oldu.
Kişiləri evlərinə dönüb Allahu Təalanın onlara qadınlar haqqında nazil etdiyini
oxudular. Hər kəs bu ayəni arvadına, qızına, bacısına və qohumuna oxudu.
Onlardan heç bir qadın qalmayıb, paltarlarına doğru yönəldilər və bunlarla
başlarından aşağı örtündülər ki Allahu təalanın kitabından endirmiş olduğuna
iman etmiş və onu təsdiq etmiş olsunlar. Səhər namazda Rəsulullah sallallahu əleyhi
və səlləmin arxasında başdan aşağı örtülü olaraq dayandılar. Sanki başları üzərində
qarğalar vardı."b Hədisi bir başqa kanaldan olmaqla Əbu Davud, ayrıca
Safiyyə bt. Şeybədən rəvayət etmişdir. [Səhih. İbn Əbi
Xatim (14406); Əbu Davud (4100)]
İbn Cərir (ət-Təbəri),
Aişə radıyallahu anhadan rəvayət edir: "Allahu Təala ilk mühacir qadınlara
rəhmət etsin. Allahu Təala "Baş örtüklərini yaxalarının üstünə
salsınlar" ayəsini endirəndə onlar çölə çıxarkən geyilən paltarlarının ən
sıx toxunmuş olanlarını ortalarından yardılar və bunlarla üzlərini örtdülər."
Aişə radıyallahu anhanın bu sözünü Əbu Davud, İbn Vəhb kanalıyla rəvayət
etmişdir. [Səhih. Təbəri (18120); Əbu Davud (4102)]
Hiç yorum yok:
Yorum Gönder