22 Şubat 2017 Çarşamba

Sələfdən Faydalı Nəsihətlər!

Şeyx ibn Useymin rahiməhullah belə demişdir:
   Qəlb batil ilə məşğul olduğu zaman, orada haqqın məşğul olmasına yer qalmır. Necəki haqq ilə məşğul olduğu zaman batil ilə məşğul olmağa yer  qalmadığı kimi.  [Buluğul Məram (5/30)]

   Həmçinin belə demişdir:
   “Xeyr əhlindən olan insanlarla dostluq etməyə həris olki, sən haqq yoldan azdıqda onlar səni doğru yola yönəltsin, unutduqda xatırlatsin, cahil olduqda isə səni öyrətsin.„ [Şərh Səhih Buxari (1/62)]

   Sufyan əs-Sevri rahiməhullah Əli əs-Suləmi rahiməhullaha nəsihət edərək belə demişdir:
   Səni dünyadan uzaqlaşdırıb axirətə rəğbət bəsləyən kimsələrlə otur. Dünya söhbətlərinə dalmış və onun əhli olan kimsə ilə oturma. Həqiqətən onlar sənin dinini də, qəlbini də ifsad edəcəklər. Ölümü xatırlamağı çoxalt, və keçmiş günahların üçün Allahdan bağışlanma dilə. Ömrünün qalan hissəsi üçün Allahdan salamatlıq istə. [Hilyətul-Övliyə (7/82)]

   Ömər radıyallahu anhu belə demişdir:
   Sənə aid olmayan bir işə qarışma. Düşmənindən qaç. Sadiq (əmin) olduğun kimsədən başqa heçkimlə dostluq etme. Sadiq dost isə Allahdan qorxan kimsədir. Günahkar kimsə ilə dost olma ki ondan asiliyi öyrənməyəsən və ona sirlərini də vermə. Öz işlərində ancaq Allahdan qorxanlarla məsləhətləş. [Muvatta (1784)]

Hiç yorum yok: