2 Aralık 2016 Cuma

Naşidləri Dəf İlə Söyləmənin Və Təmsillərin Hökmü



Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Şeyx Muqbil b. Hadi rahiməhullah belə demişdir;
   “Dini naşidlər fitnəyə səbəb olmursa, qadın kişi qarışıqlığı yoxdursa və Quran qiraətindən uzaqlaşdırmırsa sıxıntı yoxdur. Quran hafizi və ya məscidlərdə Allaha dəvətçi olan kimsə qəlbini naşidlərə bağladıqdan sonra sahib olduqlarını itirib, quran əzbərini unuda bilər. Bununla daima məşğul olunmamalıdır. Lakin bəzi zamanlar bunda sıxıntı yoxdur.

   Həm sonra bu, İslamı qorumaq üçün də edə bilər. Nəbi səllallahu aleyhi va səlləm, Hassan radiyallahu anha;
   “Onları hicv et! Ruhul quds səninlə bərabərdir!” buyurmuşdur.

   Yenə; “Şerin bəzisi hikmətdir.” buyurmuşdur.
   Digər bir hədisdə; “Sənin sözlərin onlara (müşriklərə) qarşı oxlardan daha zərərlidir.” buyurmuşdur. Və ya bu mənada buyurmuşdur.

   Şerlə təğanni etməkdə sıxıntı yoxdur. Lakin Qurandan yayındırmamalıdır. Mən deyirəm ki; Quran hafizi, yoxsa naşidlə məşğul olan daha fəzilətlidir? Əlbəttə Quran hafizi daha fəzilətlidir. Sünnət hafizi, yoxsa naşidlə məşğul olan daha fəzilətlidir? Əlbəttə sünnət mühafizi daha fəzilətlidir. Çünki Rasulullah səllallahu aleyhi va səlləm Quran haqqında belə buyurmuşdur;
“Quranı oxumada mahir olan kəs, seçkin səfərdə mələkləriylə birlikdədir. Çətinlik çəkərək oxuyana isə iki əcr vardır.” Buxari və Muslim, Aişə radiyallahu anhdan rəvayət etmişlər.

   Sünnət haqqıda bunları demişdir; “Sözümü dinləyən, onu anlayıb eşitdiyi şəkildə başqasına çatdıranın üzünü Allah aydınlatsın.”

   Təmsillərə (kino, teatr və s.) gəlincə, bu yalan üzərinə qurulmuşdur. Nəbi səllallahu aleyhi va səlləmin zamanında bu, dəvət vəsilələrindən olmamışdır. İmam Əhmədin Müsnədində İbn Məsud radiyallahu anhdan rəvayət etdiyi bu hədisin daxilinə girməsindən qorxulur; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Şübhəsiz Allah, bu üç kimsəyə buğz edər; “Sapıqlığa öndərlik edən kimsə, bir nəbi tərfindən öldürülən və ya bir nəbi öldürən kimsə və təmsil edən kimsə.”

   Bu hədisdə təmsil edən kimsə ilə sürət çəkənlərlə yanaşı məlum təmsilləri (teatr, film və s.) edənlərin də daxil olması ehtimaldır.

   Allaha həmd olsun, dəvət vəsilələri çoxdur. Bəzisini yerinə yetirməyə gücümüz yetməzsə, digər yolları əngəlləmək mümkün deyildir. Yardım istəniləcək olan Allahdır.

   Sual:
     Dəf vuraraq naşid oxumanın hökmü nədir?

   Cavab:
    Bunda sıxıntı olmadığını umuram. Haram olan şey isə musiqidir. Rasulullah səllallahu aleyhi va səlləm; “Nigahı dəflə elan edin.” buyurmuşdur. Yenə bir qadın; “Ey Allahın Rasulu! Allah səni geri gətirərsə, başının üzərində dəf çalmağı nəzir etmişdim.” dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Nəzir etdinsə et, etmədinsə etmə.” buyurdu. Şayət bu günah olsaydı, Nəbi səllallahu aleyhi va səlləm o anda; “Günah olan xüsusda nəzir etmək yoxdur” buyurardı və bunu qəbul etməzdi...

   [Qaratul Əşritə (2/483-484)]

Hiç yorum yok: