İbnul Qeyyim rahiməhullah
sələfin şiddətlə çəkindirdiyi kəlam elminin nə olduğu xüsusunda müəlliminin və
özünün görüşlərini belə dilə gətirir;
“Şeyximiz belə
demişdir: Bu ümmətin sələfinin və imamlarının, həm özünün və həm də ashabının pislənib
qınanmasında və onun qadağan edilməsində, həm də ərbabının cahil hesab edilib
bidətçi və sapıq elan edilməsi xüsuslarında ittifaq etdikləri kəlam, üzərinə
sifətləri, uluvvu və Ərşə istivanı inkar məsələlərini qurduqları, onlar sayəsində
Quranı yaradılmış qəbul etdikləri və yenə onlar sayəsində Allahın axirət
yurdunda görüləcəyini, Quranla danışdığı kimi birbaşa qullarıyla danışdığını, hər
gecə dünya göyünə endiyini və qiyamət günü qullar arasında hökm vermək üçün gələcəyini
inkar etdikləri bu batil yollardır. Kəlamcılar bu mövzularda doğru olmayan bir
sıra yollar tutmuşlar və yalan ehtiva edən bir səra məsələlərlə istidlal etmişlər.
Beləcə, bu doğru olmayan yollar, onları elə məsələlərlə məcburi olaraq üzbəüz
qoymuşdur ki, nəticədə onlar ucbatından Kitab və Sünnətin naslarıyla açıq ağla
müxalifət etmək məcburiyyətində qalmışlar.”
[əs Səvaiqul Mürsələ (4/1266-1267)]
Hiç yorum yok:
Yorum Gönder