Rasulullah səllallahu
aleyhi va səlləm buyurdu ki; “Müsəlmanın, salehə xanımına baxdığında sürur(sevinc)
hiss etməsi, ona bir şey əmr etdiyində itaət etməsi, öz yoxluğunda iffətini
mühafizə etməsi, insanın faydalandığı şeylərin ən xeyirlilərindəndir.” [Səhih. Bənzəri; İbn Macə (1857); Nəsai (6/68); Əbu Davud (1664); Hakim (1/567)]
Ata b. Əbi Rabah radiyallahu
anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Müsəlman kimsə
üçün saleh bir qardaşdan sonra, faydalandığı şeylərin ən xeyirlilərindən biri
salehə xanımdır ki, ona baxdığı zaman sevinc hiss edər, bir şey əmr etdiyində
itaət edər və özünün yoxluğunda iffətini və malını mühafizə edər.” [Mürsəldir. Muttasıl rəvayəti
üçün bax; İbn Macə (1857); ət Ticani, Töhfətul Arus (s. 52, №: 84); Məcməuz Zəvaid
(4/272); Qutul Qulub (4/304)]
Əbu Hureyrə radiyallahu anhdan;
Rasulullah səllallahu aleyhi va səlləmdən; “Qadınların ən fəzilətlisi
hansıdır?” deyə soruşuldu. Buyurdu ki; “Ona baxıldığında sevinc hiss edilən,
bir əmr verildiyində itaət edən, özü haqqında və malı haqqında çirkin gördüyü
şey ilə sənə müxalifət etməyəndir.” [Nəsai (6/68);
bunu Quteybə- Leys- İbni Aclan- Said əl Maqburi- Əbu Hureyrə radiyallahu anh sənədi
ilə muttasıl olaraq, yaxın bir ləfzlə rəvayət etmişdir. Hakim (2/175); Beyhəqi
(7/82); Əhməd (2/251, 432)]
Loğman Həkimin
(quran və hədislərdə onun oğluna etdiyi nəsihətlər vardır. Bax; Loğman surəsi
12-19 ayələr.) belə dediyi rəvayət edilir; “Ey oğlum! Dünyadan əldə edəcəyin
şeylərin ilki, salehə bir qadın və saleh bir dost olsun. Salehə xanımın yanına
girdiyində rahat olarsan və onun yanından çıxdığında saleh yoldaş ilə rahatlıq
taparsan. Bunu bil ki, şübhəsiz sən bir gün bunlardan birini qazana bilsən, bir
gözəllik əldə etmiş olarsan.
Pis qadından və pis
dostdan çəkin! Pis qadının yanına girdiyində rahatlıq tapa bilməzsən və onun
yanından çıxıb pis dostun yanına getdiyin zaman da rahatlıq tapmazsan. Bunu bil
ki, şübhəsiz sən bir gün bunlardan birini qazansan, bir pislik qazanmısan deməkdir.”
[Şarani, Hüququl Uhuvvət (s. 151)]
Davud aleyhissələmin
belə dediyi rəvayət edilmişdir; “Allahım! Xanımımı pis bir zövcə etmə ki, mən də
pis bir adam olmayım!”
Abdurrahman b. Avf radiyallahu
anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Bu üç şey Adəmoğlunun
səadətindəndir; salehə bir xanım, geniş ev, rahat minik.” [Bənzəri Sad b. Əbi Vaqqasdan; Əhməd (1/168); Təbərani (1/19)]
Hiç yorum yok:
Yorum Gönder