19 Aralık 2016 Pazartesi

Təqlidə Cevaz Verənlərə Sual !

 Tərcümə: Darul İttiba


  İbn Hazm rahiməhullah belə deyir:
"Allah, sizi –mükəlləf olma səbəbiniz olan- ağıldan məhrum etdimi?
  Halbuki Allah belə buyurur:
"Onlar Qur'an barəsində düşünməzlərmi? Yoxsa qəlbləri qıfıllıdır? " {Muhəmməd 24}

"Ey iman gətirənlər! Siz özünüzə baxın. " {Maidə 105}

"Hər kəsin qazanacağı yalnız özünə aiddir." {Ənam 164}

"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi ölçüdə mükəlləf edər." {Bəqərə 286}

   Əgər gücünüz yetməsəydi Allah sizi Quranın ayələrini anlamaq və onları düşünməklə məsul tutardımı? Əgər idrakınızın Peyğəmbəri anlamağa kifayət olmasaydı; nə ona izah etməyi əmr edərdi, nə də sizə itaəti əmr edərdi. Bundan başqa, necə olur ki, Allahın kəlamını anlamada qeyri-kafi qalan ağılınız, Əbu Hənifənin, Şafinin və Malikin sözlərini anlaya bilir. Dində ağılı çatmadığı üçün təqlid ilə məmur olan ümmət təqlid üçün hansı müftünü, hansı səbəbdən seçəcək və bu mövzuda ağıl bunu  necə anlayacaq.”
[İbn Hazm, əl-Ehkam (c. II, s. 848, s. 823)]

"Avam təqlidinə cəvaz verənlərə ayrıca bu sualı vermək lazımdır:

Avam kimi təqlid etməlidir? "Məmləkətin ən məlumatlı alimini" desələr, belə deyərik:
   Əgər ölkədə iki fərqli görüşə sahib olan alim varsa -ki çox vaxt bu belədir- nə edəcəyik? Onlardan istədiklərimizdən görüşünümü alacağıq? Şübhəsiz ki, bu yeni bir din əldə etmə kimi olar. Birinin halal dediyi bir məsələyə digərinin haram deməsi, iki ayrı din anlayışının varlığı deyilmi? İndoneziyadakıların Maliki, Yəmənlilərin Şafini, Xorasanlıların Əbu Hənifəni təqlid etdiklərini nəzərə alsaq, -adı çəkilən imamların fərqli anlayışlarından yola çıxaraq- hər məmləkətin ayrı dini olmuş olar. Bu, dində əsassızlıq mənasını verər. Halbuki bu, Allahın muradına ziddir. O bunu belə ifadə etmişdir:

  "Hələ Quran haqqında gərəyi kimi düşünmeyeceksin mi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda uyğunsuzluqlar olardı. " {Nisa 82}

   İbn Hazm belə deyir: "Sizin təqlid etdiyiniz imamla başqalarının təqlid etdiyi imam arasındakı fərq nədir?
   [İbn Hazm, əl-Muhalla (c.I, s. 18, 65)]

   Ya da "sizinlə təqlid etdiyiniz kimsə arasındakı fərq nədir?
   [İbn Hazm, əl-Əhkam (c. II, s. 838)]

   Əgər, aradakı fərqin elm və fəzilət olduğunu söyləsəniz; hər iki mövzuda da Peyğəmbər sallallahu aleyhi və səlləmdən daha üstün olan kimsə yoxdur, deyərik. Digər tərəfdən, imanda və əməldə kimin daha fəzilətli olduğuna dair bir fikir irəli sürmək mümkün deyilkən, muqallid, təqlid etdiyi kimsənin ən fəzilətli kimsə olduğunu haradan biləcək? Bundan başqa, Quranın nüzuluna və Peyğəmbərin hökmlərinə şəxsən şahid olmuş olan Əbu Bəkir, Aişə, Əli, Ömər, Muaz və İbn Məsudun; Sufyan əs Səvri, Əvzai, Malik, Əbu Hənifə, Əbu Yusif, Şafi və s., səhabədən daha alim və daha fəzilətli olduğu hər mömin tərəfindən tərəddüdsüz bilinən bir xüsusdur. Elə isə onlar varkən niyə məzhəb imamlarını təqlid etdin? "Onlardan sonra bunlar gəldiyi üçün"-desə, "bunlardan sonrakıları nə üçün təqlid etmirsən? Əgər "onlardan sonra olma" bir fəzilətdirsə, təqlid etdiklərindən sonra gələnlərin də fəzilətli olması lazımdır. Onları niyə təqlid etmirsən? "
 [İbn Hazm, əl-Əhkam (c. II, s. 839)]


İbn Qeyyim rahiməhullah təqlidçilər haqqında belə deyir:
   "Siz sabah Allahın hüzurunda qulların cinayətləri, nigahları, malları və cəzalarıyla əlaqədar məsələlərdə təqlidə əsaslanaraq verdiyiniz hökmlərdən və Allahın dinində bu halaldır, bu haramdır deyə verdiyiniz fətvalardan ötrü sorğuya çəkiləcəyinizi bilirsiniz. Allah "bu fətvaları nəyə əsasən verdiniz" deyə soruşsa, necə cavab verəcəksiniz? Bəziniz, "İmam Məhəmməd," Kitabul- Asl "adlı əsərində İmam Əbu Hənifə və İmam Əbu Yusifin fikirlərini rəvayət etmişdir. Biz də o kitabdakı görüşə görə fətva verdik "deyəcək, kiminiz də arxasından getdiyi digər imamların əsərlərini zikr edəcək. Beləcə Allah və Rəsulundan təbəqə-təbəqə aşağı endiyinizi etiraf edəcəksiniz. Halbuki, dinin qaynaqları bəllidir. Allahın hüzurunda bunlardan başqası dəlil olaraq qəbul olunmaz.


[İbn Qeyyim, İlamul-Muvaqqin (s. 188)]

Hiç yorum yok: