8 Aralık 2016 Perşembe

Faizdən Çəkinin!


Tərcümə: Darul İttiba


Uca Allah buyurur ki;

    “Sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun Elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.” {Bəqərə 275-279}

   İbn Məsud radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Faizi yeyən, yedirən, katiblik edən və bilərək şahidlik edənlər Muhəmməd səllallahu aleyhi va səlləmin diliylə qiyamət gününə qədər lənətlidirlər.” [Səhih. Əhməd (1/393); Nəsai (5102); Əbu Davud (3333); Tirmizi (1206); İbn Macə (2277)]

   Cabir radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm faiz yeyənə və yedirənə, faizi yazana və şahid olanlara lənət etdi və belə buyurdu; “Hamısı da eynidir.” [Səhih. Muslim (1598)]

   Əbu Hureyrə radiyallahu anh belə dedi; “Faiz yetmiş iki qismdir. Ən aşağısı insanın anasına yanaşması kimidir.” Sonra dedi ki; “Əlbəttə siz, Kitab əhlini addım addım təqib edəcəksiniz.” [Həsən liğayrihi mövquf. Təbərani, Musnəduş Şamiyyin (254)]

   Abdullah b. Məsud radiyallahu anhdan mərfu olaraq gələn hədisdə Rasulullah səllallahu aleyhi va səlləm bu böyük günahın çirkinliyini açıqlamağa çalışır. Belə buyurur; “Faiz yetmiş üç qismdir. Ən sadəsi insanın anasıyla nigahlanması kimidir. Və faizin ən pisi müsəlman bir kimsənin şərəfinə(namusuna) dil uzatmaq kimidir.” [Səhih. Hakim (2/43); İbn Macə (2275); Beyhəqi, Şuab (7/363); əs Səhiha (1871)]

    Abdullah b. Hanzala radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm belə buyurdu; “İnsanın bilərək yediyi bir dirhəm faiz otuz altı zinadan daha pisdir.” [Səhih. Əhməd (5/225); Əl Albani, əs Səhiha (1033)]

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurur; “Faiz çoxluq gətirsə belə, şübhəsiz ki nəticədə bir azlıq olacaqdır.” [Səhih. İbn Macə (2279); Hakim (2/43); Səhihul Cəmi (3542)]


Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” kitabından alıntı

Hiç yorum yok: