15 Aralık 2016 Perşembe

Sübh Azanının İki Dəfə Olması Və İlk Azanda Təsvib

Tərcümə: Darul İttiba


   Abdullah b. Məsud radiyallahu anhdan: Nəbi (Səllallahu aleyhi va səlləm) belə buyurdu: "Birinizi Bilalın azanı sahurundan əngəlləməsin. Çûnki o gecə namazı qılanlarınızın istirahət etməsi və yatanları xəbərdar etmək üçün gecə azan oxuyur ( və ya nida edir). Bu, fəcr (və ya sübh) vaxtı ûçün deyildir." Barmağını yuxarı qaldırıb aşağı endirərək: "Belə oluncaya qədər" dedi. Hədisin ravisi Zubeyr dedi ki: "İki işarət barmağından birini digərinin ûzərinə qoydu, sonra sağına və soluna uzatdı." [Səhih. Buxari (621); Muslim (1093)]

   Aişə radiyallahu anhadan, rəvayət edir ki: "Bilal radiyallahu anh gecə azan oxuyurdu. Rəsulullah (Səllallahu aleyhi va səlləm) dedi ki: "İbni Ummu Məktum azan oxuyana qədər yeyin, için. Çünki o, fəcr doğana qədər azan oxumaz." [Səhih. Buxari (1918)]

   Bir rəvayətdə belə keçir: "İbni Ummu Məktum kor idi. İnsanlar ona "Sübh oldu, sübh oldu" demədikcə azan oxumazdı." [ Səhih. Buxari (617)]

Təsvib: Sübhün ilk azanında "Həyyə aləl fələh dedikdən sonra "əs sələti xayrun minən nəvm" deyə iki dəfə söylənməsidir. Bu ikinci azanda deyilməz: İbn Ömər radiyallahu anhumadan: "(Sübh) İlk azanda həyyə aləl fələh dedikdən sonra müəzzin iki dəfə: "əs sələtu xayrun minən nəvm: namaz yuxudan xeyirlidir." deyərdi." [Həsən. Beyhəqi (1/423); Təhavi, Şərhu Məanil Asar (1/137)]

   Əbu Məhzurə radiyallahu anhdan: "Nəbi (Səllallahu aleyhi va səlləm) buyurdu ki: "Sübhün ilk azanında:"Əs sələtu xayrun minən nəvm, əs sələtu xayrun minən nəvm" de. [ Səhih. Əbu Davud (105)]

   Sübhdə fəcrdən əvvəl və fəcr doğarkən olmaq ûzrə iki azan oxunması və ilk azanda təsvib edilməsi Ramazan ayına xas deyildir və bu an tərk edilmiş sünnətlərdəndir. Bu sünnətin yerini bir bidət almışdır. Zamanımızda sûbh həm tək azan oxunmaqda, həm bu azan fəcr doğmadan əvvəl oxunmaqda və həm də təsvib edilməkdədir. Ramazan ayında isə imsaq ûçûn sübh azanı oxunması lazım olduğu vaxtdan, yəni fəcri sadiqdən təxminən bir saat əvvəl oxunmaqdadır.

    Allah bizi bu bidətdən qurtarsın və salamatlığa çıxarsın.


  [Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” kitabından alıntı]

Hiç yorum yok: