25 Aralık 2016 Pazar

Eşq Xəstəliyi Və Pis Ölümə Aparan İbrətlik Eşq Hekayələri!

       Tərcümə: Darul İttiba

  İbn Qeyyim rahiməhullah deyir ki; Nəfslərdə zinaya əyilim var. Bunu edən çoxdur. Səbəbi isə çox vaxt EŞQdir. Qəlblərin fitrətində də aşiqlərə acıma hissi vardır. Çox insanlar aşiqə yardımı ibadət və Allaha yaxınlaşma vəsiləsi olaraq görürlər. Aşiq olduğu kimsə ona haram da olsa, insanlar belə düşünürlər. Çünki bu bizim fitrətimizə qoyulmuşdur. Bir də belə şeyləri qadınlar və xidmətçilər kimi ağılı az olanlar bizə bol bol danışarlar. Eyni zamanda bu günah iki tərəfin də razılığı ilə olar və bunda təcavüz, zülm və qəsb kimi nəfslərin xoşlamadığı şeylər baş verməz. Həmçinin, nəfslərdə onlara hökm edən şəhvət var. Bu səbəbdən hadisəni gözündə çox böyük və çirkin görməz. Qəlbini şəfqət bürüyər və bu onun cəzasını verməkdən çəkindirər. Bütün bunlar iman azlığından qaynaqlanmaqdadır.”

»     Birinə ölüm anında “Lə iləhə illəllah, de” deyildi. O isə dayanmadan “Müncab hamamına haradan getmək lazımdır?” deyirdi.
   Hafiz Əbu Muhəmməd deyir ki; “Bu şerin hekayəsi belədir; Bir nəfərin evinin qapısı hamamın qapısına bənzəyirdi. Bir gün evinin önündə dayanarkən oradan gözəl bir cariyə keçdi və; “Müncab hamamına haradan getmək lazımdır?” dedi. Adam; “Müncab hamamı buradır.” dedi. Cariyə öndən, adam da onun arxasından içəri girdi. Cariyə oranın adamın evi olduğunu və adamın onu aldatdığını anlayınca, onunla birlikdə olmaqdan sevinirmiş kimi davrandı və; “Yanımızda həyatımızı rəngləndirəcək və bizə ləzzət verəcək bir şeylərin olması doğru olmazmı?” dedi. Adam; “Bu dəqiqə istədiyin və arzuladığın hər şeyi gətirəcəyəm.” dedi və qapını qığıllamadan çıxıb getdi. Alacaqlarını alıb geri qayıtdıqda cariyənin çıxıb getdiyini gördü. Bunun üzərinə həmin adam qara sevdaya yaxalandı və daima onu zikr edər oldu. Yollarda və küçələrdə yeriyər və belə deyərdi; “Vaah, bir gün yorğun halda soruşan qadın; Müncab hamamına haradan getmək lazımdır.” deyə!
   Yenə bir gün belə deyərkən bir cariyə pəncərədən belə cavab verdi; “Onu əlinə keçirən kimi, evə bir gözətçi tapsaydın və ya qapını qıfıllasaydın.”
   Adamın sevdası daha da artdı və şiddətləndi. Bu hal üzrə davam etdi və dünyadakı son sözü də bu oldu.”

»     Hafiz Əbu Muhəmməd davamla belə deyir;....
   Rəvayət olunur ki, Misirdə azan və namaz üçün daima məscidə gedən itaət gözəlliyi üzrə və ibadət nuru olan bir nəfər vardı. Bir gün adəti üzrə azan üçün minarəyə çıxdı. Minarənin altında bir xristianın evi var idi. Oraya baxdı və xristianın qızını gördü. O an aşiq oldu. Azanı oxumadan aşağı endi. Evə, qızın yanına girdi.
·     Qız; “Nə olub, nə istəyirsən?” dedi.
·     Adam; “Səni istəyirəm.” dedi.
·     Qız; “Nə üçün?” dedi.
·     Adam; “Sən mənim ağlımı əsir aldın, qəlbimi oğurladın.” dedi.
·     Qız; “Səninlə zina etməyə əsla razı olmaram.” dedi.
·     Adam; “Elə isə səninlə evlənərəm.” dedi.
·     Qız; “Sən müsəlmansan, mən isə xristian. Atam heç vaxt məni sənə verməz.” dedi.
·     Adam; “Elə isə mən də xristian olaram.” dedi.
·     Qız; “Əgər elə olarsa, mən də evlənərəm.” dedi.
   Adam onunla evlənmək üçün xristian oldu və onlarla birlikdə evlərində qaldı. Eyni gün bir ara evin damına çıxdı. Oradan yıxılıb öldü. Beləcə həm qızı əldə edə bilmədi, həm də dinini itirdi.

·     Hafiz Əbu Muhəmməd davam edir; Deyilənə görə bir nəfər bir qadına aşiq oldu, ona vuruldu. Sevgisi qəlbinə elə yerləşdi ki, bu ona əzab verməyə başladı. Nəhayət yatağa düşdü. Digəri isə ondan uzaq durmağa başladı, daha da uzaqlaşdı. Aradakılar aralarında gedib gəldilər. Nəhayət digəri onu ziyarət etməyə söz verdi. İnsanlar gəlib ona bunu xəbər verdilər. O buna həddindən çox sevindi və kədəri, üzüntüsü yox olub getdi. Bu təyin olunan görüşü gözləyərkən ara düzəldənlər gələrək ona belə dedi; “Mənimlə birlikdə yolun yarısına qədər gəldi sonra geri qayıtdı. Onunla danışıb gəlməyə məcbur etdimsə də, “Mənimlə sevindi, nəşələndi. Şübhə yaradacaq bir vəziyyətə düşmək, günahla ittiham olunmaq istəmirəm.” dedi. Nə qədər məcbur etdimsə də qəbul etmədi və geri qayıtdı.” Bunu eşidən iztirablı adam yenidən xəstələndi və əvvəlkindən daha betər bir hala gəldi. Halı üzündən oxunurdu. Dedi ki;

    Ey Sənəm, ey xəstənin rahatlığı,
   Ey bir dəri, bir sümük qalmışın şəfası,
   Sənin razılığın könlüm üçün daha şirindir,
   Yaradanın və Cəlal sahibinin rəhmətindən!

   Ona; “Ey adam, Allahdan qorx!” dedim. “Bəli, elə dediyim kimidir!” dedi. Yanından qalxdım, daha evinin qapısından çıxmadan onun ölüm qışqırığını eşitdim.



   Uğursuz sondan Allaha sığınırıq!



   İbn Qeyyim rahiməhullahın “Dərd və Dəva” adlı əsərindən.

Hiç yorum yok: