7 Aralık 2016 Çarşamba

Yalan Şahidlik


[İmam Zəhəbi, Kəbəir (on altıncı günah)]

   Allahu Təala belə buyurmuşdur; “Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə oradan ləyaqətlə ötüb keçərlər.” {Furqan 72}

   Bəzi hədislərdə yalan yerə şahidlik etmək, Allaha şərik qoşmaqla birlikdə sayılmışdır.

   Allahu Təala buyurur ki; “Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin.” {Həcc 30}

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurur; “Qiyamət günü yalançı şahidin cəhənnəmlik olduğu yəqinləşmədən onun ayaqları yerindən tərpənməz.” [Hakim və zəhəbi rəvayət etdilər və səhih dedilər.]

   Yalançı şahid bir çox böyük günahı bir yerdə işləyir. Bu günahlardan birincisi, yalan və iftiradır.

   Allahu Təala belə buyurur;
   “Həqiqətən, Allah həddi aşanı, yalançını doğru yola yönəltməz.” {Mömin 28}

   Bir hədisdə isə belə buyurulur; “Mömin hər əxlaq üzərinə yaradıla bilər. Xəyanət və yalan üzrə isə əsla.”

   İkincisi, əleyhində şahidlik etdiyi şəxsə zülm etməkdir. Çünki onun şəhadətiylə adamın malı, canı və şərəfi qəsb edilir.

   Üçüncüsü, lehinə şahidlik etdiyi insana zülm etməkdir. Çünki bu şahidlik səbəbiylə haram bir malı almış və beləcə Cəhənnəmə haqq qazanmışdır.

   Rasulullah səllallahu aleyhi va səlləm belə buyurmuşdur;
   “Haqqınız olmadığı halda şahidlərin ifadəsinə baxaraq birinizə müsəlman qardaşının malından bir şey verdiyim təqdirdə onu almasın. Çünki ona bir atəş parçası vermiş oluram.” [Buxari, Muslim, Malik, Muvatta]

   Dördüncüsü, başqasının malı, canı, qanı, namusu, şərəfi Allah tərəfindən o kəsə haram edildiyi halda onu halal etməkdir.
   “Hər müsəlmanın malı, qanı və namusu digər müsəlmana haramdır.”  [Buxari, Muslim]

   Başqa bir hədisdə Rasulullah səllallahu aleyhi va səlləm belə buyurur;
   “Sizə günahların ən böyüyünü göstərimmi? Allaha şərik qoşmaq, ana-ataya əziyyət etmək, yalan danışmaq və yalan şahidlik etməkdir.” Bu son dediyini o qədər çox təkrar etdi ki, “kaşki susaydı” dedik.” [Buxari]


Hiç yorum yok: