25 Aralık 2016 Pazar

Qadının Qadına Qarşı Övrəti!

Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


   Qadının, qadınlar qarşısındakı övrəti, qadının məhrəmlərinə qarşı olan övrəti kimidir. Qadının, eyni zamanda dəstəmaz üzvləri olan zinət yerlərini öz cinsindən olan qadınlara göstərməsi caizdir. Qadınların arasında olduğu səbəbiylə qadının örtüyünü açması isə caiz deyil. Allahın dinində bunun yeri yoxdur.
   Qadının qadına qarşı övrətinin, kişinin kişiyə qarşı övrəti kimi olduğu, yəni diz ilə göbək arası olduğu fikri doğru deyil. Buna dəlalət edən səhih və ya zəif bir dəlil yoxdur. Bu görüşün elmdən və dəlildən qoxusu belə yoxdur. Əksinə Kitab və Sünnət nasları, qadının qadınlara qarşı övrətinin; qadının məhrəmlərinə qarşı övrətiylə eyni olduğunu göstərir. Bunu dəstəkləyən şeylərdən biri də cariyənin övrət baxımından Hürrün (azad qadının) övrətinin yarısı qədər olmasıdır.

   Abdullah b. Amr radıyallahu anhuma'dan: Nəbi sallallahu əleyhi və səlləm belə buyurdu:
"Biriniz, xidmətçisi olan köləsini və ya işçisini evləndirdiyi zaman göbək ilə diz arasına baxmasın." [Həsən. Əbu Davud (4114); Əhməd (2/87); Beyhəqi (2/226); əl Albani həsən demişdir.]

   Beyhaki dedi ki: "Səhih olan, cariyənin evləndikdən sonra artıq ağasına, azad qadının da məhrəmlərinə, iş  görərkən görünən qismdən başqasını göstərməməsidir."

   İbn Teymiyyə rahiməhullah dedi ki: "Hicab, cariyələrə deyil, azad qadınlara məxsusdur. Möminlərin Nəbi sallallahu aleyhi və sallam və xəlifələrinin zamanındakı adətləri, azadların örtünməsi, cariyələrin isə açıq olmasıdır. Ömər radıyallahu anh üzünü örtən bir cariyə gördüyü zaman onu döyər və belə deyərdi:
 "Hürlərəmi bənzəməyə çalışırsan ey alçaq!" [Səhih. Beyhəqi (2/226); Təlhisul-Xabir (468); İbnul-Həcc, əl-Mədxal (1/145); Şeyx əl Albânî rahiməhullah: "Ömər radıyallahu anhdan sabitdir" demişdir. Əl-Hicab (s.45)]

    Cariyələr başını, əllərini və üzlərini açıq buraxardılar... Yenə ümmət üçün fitnədən qorxulduğu zaman cariyələrin üzərinə örtü endirmiş və örtmüşlərdir. Onlara baxmaqdan və onların baxmasından çəkinmək lazımdır. Kitab və sünnədə cariyələrə baxmanın və onların örtünməyi tərk edib zinətlərini göstərmələrinin mübah olduğunu göstərən bir dəlil yoxdur. Lakin Quran, azadların əmr etdiyi şeyi cariyələrə əmr etməmişdir... Vəziyyət belə olduğuna görə cariyənin açılması və ona baxmaq bir fitnədir. Belə olmasa belə, bunun qarşısını almaq lazımdır. Kişinin kişilərə və qadının qadınlara qarşı vəziyyəti də belədir. Əgər bir qadın, qadınlar üçün fitnə olursa və bir kişi, kişilər üçün fitnə olursa, ismətin qorunması üçün baxışları endirməyə dair əmr onlara baxmaq haqqında da keçərli olur. "

   Ömər radıyallahu anhın bu hərəkəti, üzü örtmənin azad qadınlara xas olduğunun ən qüvvətli dəlillərindəndir. Azad qadınlar üzlərini örtməklə cariyələrdən ayrılırlar.

   Allah Təala belə buyurmuşdur:
"Mömin qadınlara da söylə: Onlar da gözlərini haramdan çəkinsinlər və iffətlərini qorusunlar. Özbaşına kənarda zinətlərini göstərməsinlər və baş örtülərini yaxalarının üzərinə qoysunlar. zinətlərini; ərlərindən, atalarından, yaxud ərlərinin atalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, öz qadınlarından, əlləri altındakılardan (kölə və cariyələrindən), qadına ehtiyacı olmayan iqtidarsız kişilərdən, təbii olan xidmətçilərdən və qadınların övrət yerlərini hələ bilməyən uşaqlardan başqasına göstərməsinlər . Zinətlərini gizlədikləri şeylərin görünməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə edin də, nicat tapasınız. "  (Nur 31)


    Dəlil olma yönü budur: Allahu Təala məhrəmləri zikr etdikdən sonra və mülkiyyəti altında olanlardan əvvəl qadınları zikr etmişdir. Bu səbəbdən dolayı, qadınların qadınlara qarşı hökmü, ayədə onlardan əvvəl və sonra zikr edilənlərlə eynidir.

Hiç yorum yok: