Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba
"Mömin
qadınlara da söylə: Onlar da gözlərini haramdan çəkinsinlər və iffətlərini
qorusunlar. Özbaşına kənarda zinətlərini göstərməsinlər və baş örtülərini yaxalarının
üzərinə qoysunlar. zinətlərini; ərlərindən, atalarından, yaxud ərlərinin
atalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından,
qardaşlarının oğullarından, bacılarının oğullarından, öz qadınlarından, əlləri
altındakılardan (kölə və cariyələrindən), qadına ehtiyacı olmayan iqtidarsız
kişilərdən, təbii olan xidmətçilərdən və qadınların övrət yerlərini hələ bilməyən
uşaqlardan başqasına göstərməsinlər . Zinətlərini gizlədikləri şeylərin görünməsi
üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey möminlər! Hamınız Allaha tövbə
edin də, nicat tapasınız. " { Nur 31}
Allahu Təala bu ayədə
əmiləri və dayıları zikr etməmişdir. Bunun səbəbi əmi və dayıların məhrəmi
olmaması deyil. İkrimə və Şabi belə demişlər:
"Bu ayədə əmi və
dayı zikr edilməmişdir. Çünki onlar öz oğullarına vəsifləndirirlər. Qadın əmi və
dayı yanında hicabı (üzünü) aça bilməz. " [Səhih
Maqtu. İbni Əbi Şeybə (4/13); Əhməd, Ahkamun-Nisa (31)]
Ərə gəlincə; bütün bunlar (bu qadağalar) onun üçündür və qadın
bir başqasının hüzurunda olmadığı şəkildə onun üçün bəzənib geyinər.
Alimlər belə
demişdirlər: Ayədə halal olmayan şeylərdən baxışları qısmaq və Allahın haram
etdiyi şeylərdən fərci qorumaq əmr edilmiş, qəsdsiz olaraq öz-özlüyündə görünən
xaricində zinəti göstərmək qadağan edilmişdir.
Bu ayə məhrəmlərə göstərilə biləcək sərhədi yalnız zinət
olaraq açıqlayır.
Naməhrəmlərə gəlincə;
"Öz özlüyündə görünən istisna, zinətlərini göstərməsinlər və baş örtüklərini
yaxalarının üzərinə çəksinlər" buyurulmuşdur.
Yenə burada gizli
zinətləri ərlərindən, atalarından və ayədə zikr edilənlərdən başqalarına göstərməkdən
qadağa var. Ayədə qadının gizli zinətlərini bu kəslərə göstərməsinin mübah
olduğu bildirilməkdədir. Ayənin özləri haqqında nazil olduğu zamandakı
qadınların ənənəsində məhrəmləri yanında göstərdikləri gizli zinətlər nə idisə,
onları, bu ayədə sayılan kəslərə göstərə bilər. Qadının ərinə qarşı batini zinətlərini
göstərməsi isə daha başqa dəlillər ilə xüsusiləşdirilmişdir.
İbni Məsud
radıyallahu anh; Ayədəki "öz özlüyündə görünən istisna olmaqla zinətlərini
açmasınlar" ifadəsi haqqında deyir ki;
"Ziynət iki
cürdür; görünən zinət və yalnız ərinin görə biləcəyi gizli zinət. Görünən zinət;
Ərəb qadınlarının geyməyi adət etdikləri paltarlarının üzərinə geydikləri
örtüklər ilə paltarlardır. Gizli zinət isə ərindən başqasına göstərməsi caiz
olmayan; sürmə, üzük, bilərzik kimi şeylərdir. " [Səhih.
İbni Əbi Şeybə (4/284); Təfsiru Abdirrəzzaq (4/495); İbn Əbid-Dunya, əl-İyal
(404); Tahavi, Şərhi Məanil-Asar (4/332); Təbəri (17/256, 264); Təbərani (9 /
228); İbnu Qatan, Kitabun-Nazar (s136); İbn Həbib, Gayə və Nihayə (s.215)]
Digər rəvayətdə ləfzi belədir:
"Ziynət iki cürdür: Ziynətuz-Zahira (açıq zinət) ki, o
paltardır. Digəri isə gizlənən xalxal, sırğa və bilərziklərdir. " [Səhih. Təbəri (17/256); İbn Əbi Xatim (14395)]
Yenə İbn Məsud radıyallahu anh; "Zinətlərini
öz-özlüyündə görünən istisna olmaqla" cümləsindəki zinət paltardır. Necə
ki "Məscidə hər çıxışınızda ziynətinizi " {Əraf
31} ayəsində də paltar nəzərdə tutulur
"demişdir. [Səhih. Təbəri (17/257)]
İbn Abbas radıyallahu anhuma dedi ki:
"Ayədə keçən görünən zinət; üz, göz sürməsi, əldəki
xına və üzükdür. Bunlar evinə gələn insanlara görünər." [Həsən. İbn Cərir ət-Təbəri (17/259)]
İbn Abbas radıyallahu anhuma'nın nəzərdə tutduğu kəslər,
qadının yanına girə bilən əri xaricindəki məhrəmləridirlər.
Bunu ayrıca bu ləfızlə
rəvayət etdilər: "İbn Abbas radıyallahu anhuma "zinətlərini göstərməsinlər"
ayəsi haqqında; "Qadın xalxalını, qolluğunu, boğazını və saçlarını ərindən
başqasına göstərə bilməz" dedi.” [Həsən. İbn Əbi
Hatim (8/2576); İbn Abdilbərr, ət-Təmhid (16/230); Beyhəqi (7/94); Təbəri
(17/267)]
Bu İbn Əbi Xatimin ləfzidir. Beyhakinin ləfzi belədir:
"Bu insanlara göstərə biləcəyi zinətləri sırğaları,
boyunbağısı, bilərzikləridir. Xalxal, pazubəndi, boynunu və saçlarını isə
yalnız ərinə göstərə bilər." [Həsən. Təbəri
(17/264, 267)]
İbn Abbas radıyallahu anhuma'dan digər rəvayət bu şəkildədir:
"İbn Abbas;
"Zinətlərini göstərməsinlər" ayəsi haqqında: əl və üzü (göstərməsinlər)
deməkdir "dedi. [Səhih. İbn Əbi Şeybə (4/283); İbn
Əbi Hatim, Təfsir (8/2574)]
Ayədə "zinətlərini
ərlərindən, atalarından ... başqasına göstərməsinlər" cümləsiylə nəzərdə
tutulan zinəti, İslam alimləri açıqlamışdırlar.
Beyhəqi dedi ki: "Qadının bu ayədə sayılan kəslərə göstərə
biləcəyi zinətlər; sırğaları, gərdanlığı, bilərzikləri və saçıdır. Xalxal,
pazubənd və sinəsini isə ərindən başqasına göstərə bilməz. Mucahid dedi ki:
"Bunlar sırğalar, dirsəklər və ayaqlarıdır." [Beyhəqi, Sünən (7/151)]
Hiç yorum yok:
Yorum Gönder