1 Aralık 2016 Perşembe

Elm Tələbinə Yeni Başlayanlar Haqqında


Yazı sahibi: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


Sual:
   Elm tələbəsi hansı kitablardan başlamalı və sonra necə irəliləməlidir?

   Şeyx Muqbil b. Hadi rahiməhullahın cavabı;
   “Yeni başlayan elm tələbəsi əgər Quran qiraəti və yazısı gözəldirsə, Fəthul Məcid Şərhu Kitabit Tövhidi oxumalıdır. Bu önəmli bir kitabdır. Yenə Şeyxul İslam İbn Teymiyyənin “əl Əqidətul Vasitiyyə”, qardaşımız Muhəmməd b. Abdilvəhhab əl Vəsabinin “əl Qavlul Mufid”, “Buluğul Məram” və “Riyazus Salihin” kitablarını oxumalıdır. Bu kitabları oxduğun zaman digər kitablara özün keçərsən. Əgər gücün çatırsa, Quran əzbərləmək ən fəzilətli və ən gözəlidir.

   Ərəb dilinə gəlincə, ərəb olmayan qardaşlarımız üçün bu həqiqətən çox önəmlidir. İnsan ərəb olmaya bilər və ərəbcəni də yaxşı bilməyə bilər. Bəzən İslami bir görünüm ilə biri sənin yanına gələr, Quranı olmayacaq bir şəkildə təfsir edər. Eyniylə, Mötəzilədə meydana gəldiyi kimi.
   [Töhfətul mucib (s. 156)]

Link:   http://www.muqbel.net/fatwa.php?fatwa_id=2828

Hiç yorum yok: