8 Aralık 2016 Perşembe

Qadağa!



  Tərcümə: Darul İttiba


   Abdullah b. Məsud radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləm iki orucdan, iki namazdan, iki geyimdən, iki yemə şəklindən, iki nigahdan və iki satışdan qadağan etdi.
·     Qadağan olunan iki oruc; Fitr və qurban bayramlarında tutulandır.
·     Qadağan olunan iki namaz; sübh namazından sonra günəş doğuncaya qədər və əsr namazından sonra günəş batıncaya qədər olan vaxtlarda namaz qılmaqdır.
·     Qadağan olunan iki geyim; tək paltar içində ihtiba edərək özüylə səma arasında övrətini örtən bir şey olmadan, cinsi orqanını yerə dayaması və tək paltar geyinib bir tərəfini çiyninə atmaqdır. Buna “samma” deyilir.
·     Qadağan olunan iki yemə şəkli; Sağ əli sağlam olduğu halda sol əllə yemək və qarnı üzərinə üzüqoylu uzanaraq yemək.
·     Qadağan olunan iki satış; insanın: “mənə bunu sat ki, mən də sənə bunu satım.” deməsidir.
·     Qadağan olunan iki nigah isə; zina nigahı və xala üzərinə bibinin nigahlanmasıdır.” [Səhih. Əbu Abdillah əl Huseyn b. Harun əd Dubbi, əl Məclisul Hamsun min Əmali (əl yazma №: 5); Şəcəri, Əmali (2/91 №: 1701); Təbərani (10/101); Heysəmi, Məcmada (4/86) dedi ki; “Təbəraninin ricalı səhih ricalidir.”]

  Bu rəvayətdə qadağan olunan iki satış, iki şərtin qoşulduğu satış olaraq açıqlanmaqdadır. Bu da İbn Amr radiyallahu anhumanın rəvayət etdiyi; “Bir satışda iki şərt” qadağasıyla uyğun gəlməkdədir.


Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi”ndən alıntı

Hiç yorum yok: