2 Aralık 2016 Cuma

Tövhid Kəliməsinin Əzəməti



   İmran b. Husayn radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm müşriklərə qarşı müsəlmanlardan mütəşəkkil bir ordu göndərdi. Əsgərlər müşriklərlə qarşılaşınca aralarında çox şiddətli bir savaş oldu. Müşriklər məğlub oldular. Sonra mənim yaxınlarımdan bir nəfər müşriklərdən birinə nizə ilə hücum etdi. Müşrik dərhal; “Əşhədu ən lə iləhə illəllah, mən müsəlmanam.” dedi. Fəqət müsəlman əsgər ona nizəsini saplayıb öldürdü. Bunun üzərinə yoldaşım Nəbi səllallahu aleyhi va səlləmin yanına gəlib; “Həlak oldum ey Allahın Rəsul!” dedi. Nəbi səllallahu aleyhi va səlləm də; “Nə etdin?” deyincə, adam da etdiyini danışdı. Bu dəfə Nəbi səllallahu aleyhi va səlləm; “Qəlbini yarıb baxdınmı?” dedi. Adam; “Ey Allahın Rəsulu! Əgər qəlbini yarsaydım içindəkini bilə bilərdimmi?” deyə soruşdu. Nəbi səllallahu aleyhi va səlləm; “Sən adamın həm sözünü qəbul etmirsən, həm də qəlbindəkini bilmirsən. Belə bir şey ola bilərmi?” dedi. Sonra Nəbi səllallahu aleyhi va səlləm o adam haqqında bir şey söyləmədi. Adam da az bir müddət yaşadı. Nəhayət öldü. biz onu dəfn etdik. Ertəsi günü adamın cəsədi torpaq üstündə görüldü. İnsanlar: “Bəlkə də bir düşmən qəbrini qəbrini qazıyıb əziyyət vermək üçün çıxarıb.” dedilər. Onu yenidən dəfn etdik. Gənclərimizə məzar başında növbə tutmalarını söylədik. Buna baxmayaraq, cəsədi yenidən məzarından çölə atıldı. Biz növbətçi gənclər yuxulayıb düşüncəsiylə bir daha dəfn etdik. Bu səfər məzarı özümüz nəzarətə götürdük. Ertəsi gün yenə cəsədi qəbirdən çölə atıldı. Biz bu halı Rasulullah səllallahu aleyhi va səlləmə xəbər verdik. Nəbi səllallahu aleyhi va səlləm; “Bu torpaq ondan daha şərli insanları qəbul edir. Fəqət, Allahu Təala sizə, “Lə iləhə illəllah” kəliməsinin hörmətini və böyüklüyünü dərs vermək istədi.” buyurdu.
   [İbn Macə, Fitən (1 №: 3930)]


   Busayri “Misbahuz Zucacə”də və əl Albani “Səhihu Sunəni İbn Macə”də həsən dedilər.

Hiç yorum yok: