İblisin yer üzündəki
dəstəkçiləri o kimsələrdir ki, onlar insanları elm almaqdan və dində alim
olmalarından uzaqlaşdırarlar.
Onların insanlara zərəri,
cinlərdən olan şeytanların zərərindən daha böyükdür.
Onlar (insanın) qəlbi
ilə Allahın doğru yolu arasına girərlər.
[مفتاح دار
السعاد (1/160)]
Deyirəm ki; Bu
eyni zamanda Tuğyanın(Tağutluq) ən yüksək mərtəbələrindəndir! Çünki elm almaq
bir ibadət, bundan insanları uzaqlaşdırmaq isə həddi aşmaqdır!
Tağut kəliməsinin məsdəri
olan “Tuğyan”: “Üsyan etmək, həddi aşmaq, azğınlıq və sapqınlıq” kimi mənalara
gəlməkdədir. [Bax: “T-ğ-y” Maddəsi: İbn Manzûr,
Lisânul-Ərəb; Firûzâbâdî, əl-Qâmûsul-Muhît; Zəbidî, Tâsul-Arus; Ragıb, Mufrədat;…
İbn Cövzî, Zâdul-Məsir (1/231-232); Qurtubî, əl-Câmiu li Əhkâmil-Qurân (3/281)
]
Həmçinin,
Şeyxulislam İbn Teymiyyə rahiməhullah belə demişdir; “Tağut, “fəlut” kökündə
olub “tuğyan”dan əmələ gəlmişdir. Tuğyan isə, həddi aşmaqdır. Bu da zülm və
haqsızlıqdır.” [İbn Teymiyyə, Mecmûul-Fətâvâ (28/200)]
İmam Bəğavi rahiməhullah tağut haqda belə demişdir; “Tağut, insanın tuğyan etməsinə səbəb olan hər
şeydir.” [Bəğavî, Məâlimut-Tənzîl (1/350)]
Qadı Bəydavi rahiməhullaha
görə isə tağut; “Tüğyanın zirvəsinə çatan, Allaha qulluğa əngəl olan şeydir.” [Bəydâvî, Envârut-Tənzîl (1/155)]
“Sözsüz ki, kafir
olanlar, insanları Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan
sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. Allah
onların bütün əməllərini puça çıxaracaqdır.” {Muhəmməd
32}
Hiç yorum yok:
Yorum Gönder