7 Aralık 2016 Çarşamba

Vəhhabilik İftirası Atanlara Qarşı Səbr Etmək Lazımdır!



Yazı sahibi; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba


  Şeyx Muqbil rahiməhullah belə dedi;
   “Dəvət edilən kimsələrə qarşı səbr etmək lazımdır. Dəvət edilən kimsələr arasında cahillər, həsəd edənlər, inad edənlər və günahkarlar da vardır. Kimisi də bizə “Vəhhabi” deyir! Allah şahiddir ki, bizə vəhhabi deyilməsi zülmdür. Şeyx Muhəmməd b. Abdilvəhhabı təqlid etdiyimiz tək bir məsələ də bilmirəm! Biz Şeyxul İslam İbn Teymiyyə və İbn qeyyimin kitablarına, şeyx Muhəmməd b. Abdilvəhhabın kitablarından daha çox güvənirik. Allah hamısına rəhmət etsin.

     Allahu Təala belə buyurmuşdur; “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.” {Əraf 199}

   “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!”– deyərlər.” {Furqan 63}

   “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.”  {Qəsas 55}

   Onlara sünnəti öyrət ki, Allah sənə yardımcılar nəsib etsin. Gözəl bir səbrlə səbr et.”


[Rəful Lisam (s. 115-116)]

Hiç yorum yok: