21 Aralık 2016 Çarşamba

Qızıl Alqı Satqısı İlə Bağlı Bilinməsi Lazım Olan Bir Məsələ!

 Tərcümə: Darul İttiba


  Fərq ödəyərək, qızılı qızılla dəyişdirmək caiz deyildir. Verdiyi qızıl zinəti ilə aldığı qızıl zinəti arasındakı qiymət fərqini ödəyərək bir çox kimsə, zinətlərini zərgərə verib, fərqli qızıl zinətləri almaqdadır. Bu cür alqı satqı haramdır, caiz deyildir. aradakı fərq faizdir. Buna görə, qızıl qarşılığında qızıl satılması halında biri 18, digəri 21 əyar olsa belə, ağırlıqlarının bir birinə bərabər olması və tərəflərin ayrılmadan əvvəl qızılları təslim almaları şərtdir.

   Məsələn, bir qadın öz zinətini, 10.000 manata zərgərə satmağa, sonra da daha az qramda bir zinəti 10.000 manata almağa sözləşməsi və eyni zaman içərisində bu alqı satqını həyata keçirməsi caiz deyildir. Çünki bu alqı satqı görüntüdən ibarətdir və bu davranışla haram edilmiş olan bir iş məşrulaşdırılmağa çalışılmışdır. Fəqət bu alqı satqı, eyni zaman dilimində edilməzsə, yəni qadın öz zinətini zərgərə satıb pulunu aldıqdan sonra çıxıb gedər, başqa bir vaxt da yenidən gələrək başqa bir zinəti alarsa, caiz olar.

   İmam Əhməd b. Hənbəl rahiməhullah bu haqda belə deyir; “Bir qadın öz zinət əşyasını zərgərə satdıqdan sonra bazarda gəzər, istədiyi zinəti axtarar. İstədiyi zinətin sadəcə öz zinətini satdığı zərgərdə olduğunu anladıqdan sonra yenidən o zərgər dükanına qayıdaraq istədiyi zinəti ala bilər.” [İbn Useymin, əl Fətava ən Nisaiyyə (s. 90)]


[Əbu Muaz Seyfullahın “Səhih İslam Fiqhi” adlı kitabından alıntı]

Hiç yorum yok: