Fətvanın Sahibi: Favzan.
Fətvanın №-si: “Də'vət” 1466 cəmadis-səni. 1415h
Sual: Qiymətli daşları və malları oğurlayanı ifşa etmək üçün falçılardan və gözbağlayıcalardan kömək kimi istifadə etmək olarmı?
Cavab: İtmiş malları və başqa şeyləri soruşmaq üçün falçıların və sehrbazların yanına getmək olmaz. Çünki peyğəmbər –sallallahu aleyhi və səlləm- o şeyi qadağan etmiş və onu edəni çox şiddətli təhdid edərək belə demişdir: “Kim kahinə (falçıya) gedərsə onun namazı qırx gün qəbul olmaz.”
Başqa bir hədisdə isə bu cür demişdir: “Kim falçıya gedərsə və onun dediyini təsdiq edərsə o, Muhəmməd –sallallahu aleyhi və səlləm-ə nazil edilənə (Qur'ana) küfür etmiş olar.” Çünki onların yanına gedib sual vermək, onlara yardım etmək və həmin batil şeyləri dəstəkləmək sayılır. Bu da müsəlmanın əqidəsinə xələl gətirir. Əqidə də dinin əsasıdır. Əgər onda xələl olsa bütün dinə xələl gələcək. Allahdan başqa güc və qüvvət sahibi yoxdur. Vacib olan isə falçıları və sehrbazları təkzib etmək və onlara qarşı mübarizə aparmaqdır.
Hiç yorum yok:
Yorum Gönder