Tərcümə: Darul İttiba
Ənəs b. Malik
radıyallahu anhdan rəvayət olunduğuna görə o belə demişdir:
"Rəsulullah
sallallahu aleyhi və səlləm (hicrətdən sonra Məkkədən) Mədinəyə gəldiyində, Mədinəlilərin
(Novruz günü ilə MİHRİCAN günü deyə) oynayıb əyləndikləri iki günləri vardı. Rəsulullah
sallallahu əleyhi və səlləm:" Bu günlər nədir? " deyə soruşdu. Mədinəlilər:
"Biz (İslamdan əvvəl), cahiliyyət dövründən bu yana bu günlərdə əylənirik"
dedilər. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
"Şübhəsiz ki, Allah sizə, o iki günün yerinə (dünya və axirətdə) daha
xeyirli olan iki bayramı: qurban bayramı ilə Ramazan bayramını vermişdir.
" [Səhih.
Əbu Davud (1134); Nəsai (1556); əl-Albani əs-Sahiha (2021)]
Abdullah b. Amr radıyallahu anhuma'dan rəvayət olunduğuna
görə, o belə demişdir: Hər kim, əcəm ölkəsindən
keçsə (başqa bir rəvayətdə: Müşriklərin diyarında iqamət etsə), onlarla birlikdə
onların Novruz və Mihrican bayramlarını qeyd etsə və ölənə qədər bu hal üzrə
onlara bənzəsə, qiyamət günü onlarla bərabər həşr olunar. " [Səhih mövkuf. Beyhəqi
(9/234); Hakim ət-Tirmizi, Nəvadirul Üsul (1/255); Dulabi, əl-Kuna (3/1048);
İbn Qeyyim, Ahkamu Əhli'z-Zimmə (1 / 723-724)]
Ömər b. Əl-Xəttab radıyallahu anhdan rəvayət olunduğuna görə
o belə demişdir:
"Bayram günlərində, kilsələrində müşriklərin yanlarına
girməyin. Çünki Allahın lənəti, onların üzərlərinə enməkdədir." [Səhih mövkuf.
Abdurrazzaq (1/411); Beyhəqi (9/234); Beyhəqi, Şuab (7/43); Əbul Qasım əl-Xurafi,
Fəvaid (no: 24)]
Ömər b. əl-Xəttab
radıyallahu anh yenə belə demişdir: "Bayramlarına qatılma mövzusunda
Allahın düşmənlərindən çəkinin (onlardan uzaq durun)." [Səhih mövquf. Buxari, Tarix (4/14); Beyhəqi (9/234)]
Ömər b. Əl-Xəttab
radıyallahu anh belə demişdir: Allahın düşmənləri olan yəhudi və xristianların
bayramlarından çəkinin. Çünki onların bir araya gəldikləri yerlərdə üzərlərinə
qəzəb enər, sizə də isabət etməsindən qorxuram. Onların dil üslublarını öyrənməyin.
Əks halda əxlaqınız onların əxlaqına bənzəyər. " [Səhih
mövquf. Beyhəqi, Şuabul-İman (7/43); Məkrizi, əl-Məvayə vəl-Etibar (1/330); İbn
Kəsir, Musnədu'l-Faruq (2/494)]
Elm əhlinin icması
ilə müsəlmanın, yeni il kimi dini bayramlarında kafirlərlə bir araya gəlməsi və
bu bayramlara iştirak etməsi caiz deyil. Çünki bunda onların etdiklərinə razı
olmaq və kömək etməkdən söhbət gedir. Necə ki, Allah Təala belə buyurmuşdur:
"Günah işləmək
və düşmənçilik etmək üçün kömək göstərməyin." {Maidə
2}
Şübhə yoxdur ki,
onların batil bayramlarına qatılmaq, günahda yardımlaşmaq olub haramdır.
Əl-Kəttani, belə
deyər: "Elm əhli, dinlərinin şüarlarında onlarla birlikdə olmağın caiz
olmadığında ittifaq etmişdirlər. Əbdülməlik b. Həbib, el Vadıhada dedi ki:
İbnul Qasımdan Xristianların bayramlarını qeyd etmək üçün mindikləri gəmiyə
minməyin hökmü soruşuldu. Üzərində toplandıqları şirklərindən ötrü üzərlərinə qəzəb
enməsindən qorxulduğu üçün bunu çirkin gördü və bunun onların dinlərinə təzim mənasına
gəlib, şirklərində kömək etmək olduğunu ifadə etdi ... Bunun Malik və digər
alimlərin görüşü olduğunu söylədi. Bu mövzuda ixtilaf edən kimsə bilmirəm.
" [ed-Devahiyu'l-Mudhiyədə (s.85)]
Yenə elm əhlinin
icması ilə bu bayramlarında onları təbrik etmək və dünyəvi bayramlarında
iştirak etmək də haramdır. Çünki bunlar bizim dinimizdə bidət və haram olan
bayramlardır. Yenə içində dini və ya dünyəvi bayram olan bu günləri bayram (tətil,
bayram günü) etmək də haramdır. Çünki bu qadağa bənzəmədəndir. [Əl-iktizâ (1 / 426-640, 2 / 581-616); Şeyx Əbdüləziz b. Baz,
Fətava (s.894); əl Vəla vəl-Bəra (s.331)]
İbn Qeyyim rahiməhullah
belə deyir: "Onları özlərinə xas, küfr şüarlarından ötrü təbrik etmək
ittifaqla haramdır. Məsələn bayramlarında və oruclarında "Təbrik edirəm,
bayramınız mübarək olsun " və buna bənzər sözlər söyləməkdə olduğu kimi.
Bunu söyləyən kimsə küfrdən salamat qalsa belə, bu etdiyi haramdır. Bu eynilə
bütə səcdə etmələrini təbrik etmək kimidir." [Ahkamu
Əhliz-Zimmə (1/162)]
Şeyx Muhəmməd b. Useymin rahiməhullah belə demişdir:
"Müşriklərin etdiklərinə şəxsən qatılsa da qatılmasa da, onları bu şəkildə
təbrik etmək haramdır. Əgər biz onları bayramlarında təbrik etsək bizim də
onlardan fərqimiz qalmaz. Çünki o bizim bayramımız deyil. Bu Allahın razı
olduğu bir bayram deyil. Bunu istər dinlərindən bir bidət olaraq uydurmuş
olsunlar, istərsə dinlərinə görə qanuni olsun fərq etməz, İslam bunları nəsh etmiş,
ortadan qaldırmışdır ... Müsəlmanın bu kimi bayramlar münasibəti ilə edilən dəvətdən
razı olması da haramdır. Çünki onlara iştirakı ifadə etməsindən ötəri, bu
onları təbrik etmənin ən irəli ölçüsüdür. Yenə müsəlmanların kafirlərə bənzəmələri,
bu münasibətlə mərasimlərinə qatılmaları, hədiyyə alıb vermələri, şirniyyat və
ya yemək paylamaları, tətil etmələri haramdır ... Hər kim bunlardan birini etsə
günahkardır. İstər gözəl rəftar üçün, istər sevgidən ötəri, istər çəkindiyinə
görə və ya istərsə başqa bir səbəblə etmiş olsun, vəziyyət dəyişməz. Çünki bu,
Allahın dinində taviz vermək və müdahənədə olmaq olub, kafirlərin nəfslərini
dinləriylə öyünmələrində dəstəkləməkdir. " [Mecmuu
Fətava (3/45, 46)]
Hiç yorum yok:
Yorum Gönder