20 Aralık 2016 Salı

Yalnış Olan Hədis Əhlinin Üslubu Deyil, Bidət Əhlinin Yaltaqlığıdır!


Müəllif: Əbu Muaz Seyfullah
Tərcümə: Darul İttiba


1- Səfinə radıyallahu anhdan:
Nəbi sallallahu aleyhi və səlləm naxışlarla bəzənmiş bir evə girməzdi " [Səhihdir. İbn Hibban (8/91); Hakim (2/186); Əhməd (5/220-222); İbn Macə (3360); Əbu Davud (3755); Təbərani (7/84)]

2- Əbu Sələbə əl-Huşəng radıyallahu anhdan:
"Bir adam barmağında qızıldan bir üzük olduğu halda Nəbi sallallahu aleyhi və səlləmin yanına oturdu. Rəsulullah sallallahu əleyhi və səlləm əlindəki dəyənəklə adamın əlinə vurdu. Sonra da adama əhəmiyyət vermədi. Adam da üzüyünü çıxarıb atdı ..." [Həsəndir. İbn Hibban (1/410); Tahavi (4/261); Əhməd (4/195); Nəsai (8/171)]

3- Əbu Səid əl-Xudri radıyallahu anhdan:
"Bir adam barmağında qızıldan bir üzük olduğu halda Nəcran'dan Rəsulullah sallallahu aleyhi və səlləmin yanına gəldi. Nəbi sallallahu aleyhi və səlləm üzüyü görüncə adamdan üz çevirdi. Adam da Rəsulullah sallallahu əleyhi və səlləmdən heç bir şey soruşa bilmədi. Bunun üzərinə adam, xanımının yanına geri döndü və ona vəziyyəti izah etdi. Xanımı: "Səndə bir hal var. Rəsulullah sallallahu aleyhi və səlləmin yanına qayıt və üzüyü də at " dedi. Adam gəlib Rəsulullah sallallahu aleyhi və səlləmin yanına girmək üçün izn istədi. Ona icazə verdi. Adam salam verdi, Nəbi sallallahu aleyhi və səlləm də salamı aldı. Adam: "Ey Allahın rəsulu! Məndən nə üçün üz çevirdin? " deyə soruşdu. Rəsulullah sallallahu əleyhi və səlləm: "Sən mənə barmağında atəşdən bir köz olduğun halda gəldin." Buyurdu. Adam: "Ey Allahın rəsulu! O halda mən indi sizə daha çox atəş közü gətirdim "dedi. Çünki adam Bəhreyndən bəzəkli əşyalar gətirmişdi. Nəbi sallallahu əleyhi və səlləm: "Gətirdiyi şeylər bizdən bir şeyi zənginləşdirməyəcək və bizim yanımızda Harrənin daşlarından fərqsizdir. Lakin onlar dünya həyatının keçici zövqüdür "buyurdu. Adam: "O halda səhabələrinin içərisində mənə bir üzr bəyan et ki, sənin hər hansı bir şey səbəbiylə mənə əsəbiləşdiyini sanmasınlar" dedi. Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm ayağa qalxıb adama üzr bəyan etdi və aralarında keçən vəziyyətin üzüklə bağlı olduğunu bildirdi. Adam: "O halda üzüyü nədən düzəltdirim?" dedi. Rəsulullah sallallahu əleyhi və səlləm: "Dəmir, gümüş və ya tuncdan" buyurdu. " [Səhihdir. İbn Hibban (7/411); Əhməd (3/14); Nəsai (8/170)]

4- Cabir b. Abdillah radıyallahu anhuma'dan:
"Nəbi sallallahu aleyhi və səlləm Ömər b. əl-Xəttab radiyallahu anhdan Məkkənin fəthi ilində Muhassab vadisində ikən, Kəbəyə çatmasını, orada olan bütün surətlərin silinməsini əmr etdi. Çünki Nəbi sallallahu aleyhi və səlləm Kəbənin içindəki bütün şəkillər silinincəyə qədər oraya girməmişdir. "
[Səhihdir. İbn Hibban (7/540); Əbu Davud (4156); Beyhəqi (7/268); Əhməd (3/335, 336, 383, 396)]

5- Kumandanlardan birini bir kimsə tərifləməyə başlayınca Miqdad b. Əsvəd radıyallahu anh onun üzərinə torpaq atmağa başlamış və "Nəbi sallallahu aleyhi və səlləm bizə məddahların üzünə torpaq saçmamızı əmr etdi" demişdir.
[Səhihdir. Muslim (Zühd 68)]

6- İbn Abbas radiyallahu anhuma Ərəfatda camaatın təlbiyə gətirmədiklərini görüncə bunun səbəbini soruşmuş, xalqın Müaviyədən qorxduqları üçün təlbiyə gətirmədiyini öyrənincə dərhal çadırından çıxmış və: "Ləbbeyk, Allahummə Ləbbeyk. Onlar Əli radıyallahu anha olan qəzəblərindən ötrü sünnəti tərk edirlər!" dedi.  [Səhihdir. Nəsai, (3006)]

7- İbn Ömər radıyallahu anhuma'nın azadlı nökəri ona Mədinədən getmək istədiyini, zamanın pisləşdiyini söyləyincə, İbn Ömər radıyallahu anhuma: "Yerində otur! Axmaq! Çünki mən Rəsulullah sallallahu əleyhi və səlləmi "Əgər bir kimsə Mədinənin şiddət və çətinliyinə qatlanarsa, qiyamət günündə mən ona şahid yaxud şəfaətçi olaram" buyurarkən eşitdim." demişdir. [Səhihdir. Muslim (Həcc 482)]

8- Abdullah b. Ömər radıyallahu anhuma oğlunun, xanımını məscidə göndərməyəcəyi ilə əlaqədar sözü üzərinə, daha əvvəl heç kimə söymədiyi şəkildə söymüşdür.  [Səhihdir. Abdurrazzak (3/147, 5107); Əhməd (2/127, 140, 143)]

9- Biri İbn Ömər radıyallahu anhuma'ya Ramazanda təravihi imamın arxasında qılımmı?" deyə soruşdu. O da ona Quranı oxuyub oxumadığını soruşdu. Adam bəli deyincə: "Elə isə niyə eşşək kimi susursan? Get evində qıl "dedi. [Səhihdir. Abdurrazzaq (4/263)]

10- Umar b. Rueybə, Bişr b. Mərvanı Cümə günü minbərdə əllərini qaldıraraq dua edərkən görüncə: "Allah bu əllərin bəlasını versin Rəsulullah sallallahu əleyhi və səlləmi minbər üzərində gördüm; işarə barmağından başqasını qaldırmazdı "demişdir. [Səhihdir. Muslim (həcc 53)]

11- Əbu Bəkrə radiyallahu anh Rəsulullah sallallahu aleyhi və səlləmin daş atmağı qadağan etdiyinə dair hədisi izah edərkən əmisinin oğlu daşı almış və: "Bunu mu qadağan etdi?" deyərək atmış, Əbu Bəkrə radiyallahu anh də bunun üzərinə: "Diqqət et! Mən sənə Rəsulullah sallallahu əleyhi və səlləm xəbər verir və qadağan etdiyini deyirəm, sən isə hələ də atırsan. Vallahi yaşadığım müddətcə artıq səninlə danışmaram" demişdir. [Səhihdir. Əhməd (5/46); Muslim (sayd 54)]

12- İbn Ömər radıyallahu anhuma məsciddə hədis rəvayət edərkən orada olan bir qissəciyə kürəyini dönərək oturmuş, o qissəci əllərini qaldırıb dua etmiş, İbn Ömər radıyallahu anhuma isə əlini qaldırmamışdır. [Həsəndir. Abdurrazzak (3/218)]

13- Müaviyə b. Əbi Süfyan, qızıl və ya gümüşdən hazırlanmış su qabını öz ağırlığından daha artıq satınca Əbud-Dərda radıyallahu anh: "Mən Rəsulullah sallallahu əleyhi və səlləmi eşitdim, O belə edilməsini qadağan etdi. Ancaq misli mislinə satılmasına icazə verdi "dedi. Müaviyə: "Mən bunda qorxu olduğunu sanmıram" dedi. Əbud-Dərda: "Bunun etdiyini qınayıb məni dəstəkləyəcək bir kəs yoxdurmu? Mən ona Rəsulullah sallallahu əleyhi və səlləmdən hədis rəvayət edirəm, o isə öz fikirini söyləyir. Mən sənin olduğun yerdə artıq qala bilmərəm ... " demişdir. [Səhihdir. Malik (sehr 33); Şafii, ər-Risalə (s.192)]

14- İbn Ömər radıyallahu anhuma Əbu Eyyub radıyallahu anhı evinə dəvət etdi. Əbu Eyyub divarda bir pərdə asılı olduğunu gördü. İbn Ömər: "Divara pərdə (divar xalçası kimi) asma barəsində qadınlar bizə qalib gəldi" deyincə, Əbu Eyyub: "Bunu hər kəsdən gözləyərdim, amma səndən gözləməzdim. Vallahi sənin yeməyini yeməyəcəyəm "deyərək geri döndü. [ Səhihdir. Buxari (Nigah 76)]

15- İbn Məsud radıyallahu anh bir evdə surət görüncə geri dönmüşdür. [Səhihdir. Buxari (Nigah 76)]

16-  Mərvan b. Hakim sünnədə olanın əksinə olaraq bayram namazında xütbəni önə alınca Əbu Səid radıyallahu anh bunun səbəbini soruşdu. Mərvan bu vəziyyətin tərk edildiyini söyləyincə Əbu Səid radıyallahu anh üç dəfə: "Əsla olmaz! Allaha and olsun ki, siz mənim bildiyimdən daha xeyirlisini edə bilməzsiniz" deyərək oradan ayrılmışdır. [Səhihdir. Muslim (Salatu'l-iydəyn 9)]

17- Aişə radıyallahu anha yanında qalan bir ailənin evində nərd olduğunu öyrənincə: "Əgər o nərdi çıxarmasanız, mən sizi evimdən qovacağam" demişdir. [Həsəndir. Malik (ru'yə 6); Şərhu-Sunnə (12/385); Buxari, Ədəbul-müfrəd (1274)]

18- Ömər radıyallahu anh, Əbu Bəkr radıyallahın bacısını, ölü ardından fəryadla ağladığı üçün yanından uzaqlaşdırmışdır.  [Səhihdir. Buxari (husumət 5)]

19- Ömər radıyallahu anh bir adamın başında pişik dərisindən bir papaq görüncə onu alıb cırmış və "Mən bunu ancaq leş olaraq görürəm" demişdir. [Munqatı. Abdurrazzaq (1/71)]

20- Huzeyfə radıyallahu anh Mədaində ikən özünə gümüş qabda su gətirən birinin əlindən stəkanı alıb sahibinə atmış və "Bunu ilk dəfə etmədim. Mən onu gümüş stəkanla su verməkdən qadağan etmişdim. Lakin o bundan əl çəkmədi. " demiş və bununla əlaqədar olan hədisi rəvayət etmişdir. [Səhihdir. Əhməd (5/396, 397, 398, 400)]

21- İbn Ömər radıyallahu anhuma özünə gümüş qabda su verilsə o qabı sındırardı. [Səhihdir. Abdurrazzaq (Mamərin Cami kitabı (11/70)]

    Şübhəsiz ki, Rəsulullah sallallahu əleyhi və salləm və səhabələrinin, hüccət çatmış kəslərin sünnəyə müxalif davranmalarına qarşı yuxarıda zikr edilənlərin və daha burada zikr etmədiyim bir çox rəvayətlərdə rəftarları ortadadır.

   Video çəkilişləri edən və surətlərini nəşr etdirən sapdırıcı şeyxlərin və onları dinləyənlərin sələfilik iddiaları harada, surət olan bir evə girməyi belə qəbul etməyən bu ümmətin sələfi harada?!

   Qadınların qarşısına çıxaraq söhbət edən haramxor həvapərəstlər, mütəvatir naslar və icma ilə sabit olmuş pərdə hicabını həvalarıyla ortadan qaldıran, hətta qadınların da kişilərin qarşısına çıxıb dərs verə biləcəyini iddia edən sələfilik təqiyyəsi edən xəbis mötəzilə şeyxləri harada, qadından daha zərərli bir fitnə ünsürü qoymadığını söyləyən Nəbi sallallahu əleyhi və səlləm ilə Onun ancaq pərdə arxasından hədis rəvayət edən xanımları harada?!

   Yaxşılığı əmr etmə və pisliyi qadağan etmə vacibini aradan qaldırıb rahatca günah işləmə mühiti yaratmaq üçün "Əvvəl tövhid" şüarını pis əməllərinə alət edən, fiqhi məsələlərdə zəlalətlərini bu şüarla gizləməyə çalışan, sünnələrin əhya edilməsini fitnə olaraq görən, sünnəyə riayət edilməsindən ötrü "rüsvay olduq" tufanı qoparan əyyamçı saxta sələfilər harada, yuxarıda hallarından nümunə verdiyimiz Nəbi sallallahu aleyhi və səlləm və səhabələri harada?!

   Fitrə sədəqəsinin pul ilə verilə biləcəyini, qadının məhrəmsiz səfərə çıxa biləcəyini, avamın belə kafir ölkələrində yaşaya biləcəyini, (seçkilərdə) səs vermədən istifadə etmənin imandan (!) olduğunu, bidət əhlinə qarşı yumşaq davranılacağını, tövhid (!) uğrunda hər cür güzəştə gedilə biləcəyini, cürbəcür kəlam və fəlsəfə oyunlarıyla gündəmə gətirən yol kəsicilər harada, "iman söz və əməldir" deyən, Məhəmmədin Rəsulullah sözüylə ittiba olmadan tövhid etibarsızdır deyən, Allah və Rəsulunun əmrlərindən heç bir şeyi əhəmiyyətsiz, faydasız və kiçik görməyən Əhli-Sünnə mənhəci harada?

   Xocalarının xatiri üçün Allah Rəsulunun sünnəsini görməməzlikdən gələn, mütəşabehlərə yapışıb möhkəmləri rədd edən, Hədis əhlinin sünnəyə uyğun dəvət metodunu "Üslupsuz (!)"  görən, batili rədd edəcəyi yerdə, batilə qarşı çıxanla məşğul olub: "elm əhli heç belə edərmi, yaraşar mı?" deyən və bu samandan iddianın altından mikroplu su axıdan anlayış harada, Allah və Rəsulunun önünə kimsəni keçirməyən, keçən olarsa kim olursa olsun; əlləri, dilləri və ürəkləriylə ona mane olan Səhabə və tabiinin anlayışı harada?!


   İxtilaflardan ibrət alınması lazım olarkən, həvalarının göstərdiyi istiqamətdə ixtilafı nümunə göstərən anlayış harada, Allah Azzə və Cəllənin ixtilafı qınaması və iman edənlərə ixtilaflarını Allah və Rəsuluna ərz etməyi əmr etməsi harada?!

Hiç yorum yok: