Müəllif: Əbu Muaz
Tərcümə: Darul İttiba
Nəsihət Müsəlman
bir kimsəni bidətdən, fitnələrdən, qarışıqlıqlardan qorumağı məqsədləyər. Danışıqlarında,
rəftar və əlaqələrində sənə danışırsa ona bildiyin şeyləri söyləməyin nəsihətdir.
Ona elçi olaraq gələn
Müaviyə və Əbu Cəhm haqqında Rəsulullah sallallahu əleyhi və səlləm ilə müşavirə
edən Fatimə bt. Qaysa Rasullullah sallallahu əleyhi və səlləm: "Müaviyəyə
gəlincə, o səni doydurmaz. Əbu Cəhmin də çiynindən dəyənək düşməz"
demişdir.
Bir səhabə Rəsulullahla
səfərə çıxan ashabdan birinə; "Qövmünün yurdlarından uzaqlaşınca, onu
qoru" demişdir.
Qeybət, Allah, Rəsulu
və müsəlman qulları üçün nəsihət ədasıyla edilərsə, hər növ gözəllikləriylə
Allaha yaxınlaşdıran şey olar.
Yox, əgər,
qardaşını pisləmək, şəxsiyyətini pozmaq, ətiylə əylənmək və insanların gözündən
salmaq üçün onu ayıblamaq şəklində olarsa bu, müşkil bir dərd olar. Atəşin
odunu yediyi kimi, gözəl əməlləri yeyən atəş olar.
Nəsihət ilə məzəmmət etmək
arasındakı fərq:
Nəsihət, öyüd
verdiyin kimsəyə, mərhəmət edərək, acıyaraq və ona fərqli davranaraq ehsan etməndir.
Yəni nəsihət, mərhəmət və incəlikdən doğan ehsandır. Nəsihət edən adamın məqsədi,
Allahın razılığını, rəhmətini çəkmək; Allahın qullarına ehsan etməkdir. Bu
düşüncədə olan adam, son dərəcə lütfkar olur. Öyüd verdiyi kimsənin əziyyətinə,
qınamasına səbr edər. Ona olan rəftarı, məharətli, şəfqətli həkimin xəstəsinə
olan rəftarı kimidir. Həkim, xəstəsinin pis əxlaqına, kobud rəftarına və nifrətinə
səbr edər; dərmanı ona içirmək üçün bütün yolları sınayar. Nəsihət verən adamın
vəziyyəti də belədir.
Məzəmmət edən kimsə
isə, içindəki kinini qusaraq, xəyanət edərək və ona nəsihət edənə: "Ey,
bunu bunu etmiş adam. Ey xəyanəti, pisliyi haqq etmiş adam" deyən kimsədir.
Məzəmmət edən kimsənin
xüsusiyyəti budur: Özünü sevən, özünün etdiyi kimi edən, yaxud özü kimi pislik
işləyən bir adam gördüyündə ona qarşı çıxmaz, heç bir şey deməz. Bir çox bəhanələrlə
arxaya çəkilər. Üzərinə bir az getdiyində: "O, necə olur ki günahkar olur?
İnsan xəta edə bilər. Amma gözəl əməlləri pis əməllərindən daha çoxdur. Bundan
başqa, Allah bağışlayandır, Rəhmlidir ..." deyər.
Bu nə qəribə şeydir
ki, qəzəbləndiyi kimsəyə qarşı deyil də, sevdiyi kimsəyə qarşı belə deyə bilir
?! Öyüd vermək surətiylə məzəmmət etməyin həzziylə, əfv və bağışlama ümid etmənin
həzzi necə bir yerdə olar və növbənöv bəhanələr
irəli sürmək necə mümkün ola bilər?
Nəsihət verənlə məzəmmət
edən kimsə arasındakı fərqdən biri də budur: Nəsihət verən, nəsihətini qəbul
etmədiyində sənə düşmən olmaz. "İstər qəbul et, istər qəbul etmə, Allah
qatında mən mükâfatımı aldım" deyər, o kimsənin arxasından dua edər və
insanlar arasında nəsihət etdiyi adamın qüsurlarından danışmaz. Məzəmmət edən
kimsə isə bunun tam tərsidir.
Hiç yorum yok:
Yorum Gönder