22 Ocak 2017 Pazar

Qadınların Qızıl Zinətləri Taxmalarının Məkruhluğu!

Tərcümə; Darul İttiba


   Sevban radiyallahu anh belə dedi; “Hubeyrənin qızı Rasulullah səllallahu aleyhi va səlləmin yanına əlində böyük üzüklər olduğu halda girdi. Rasulullah səllallahu aleyhi va səlləm əlindəki çubuqla onun əlinə vurmağa başladı və; “Allahın əlinə atəşdən üzük taxması səni sevindirərmi?” buyurdu. Hubeyrənin qızı vəziyyəti şikayət etmək üçün Fatimə radiyallahu anhanın yanına girdi. Rasulullah səllallahu aleyhi va səlləm də Fatimə radiyallahu anhanın yanına girdi. Sevban dedi ki; Mən də Rasulullah səllallahu aleyhi va səlləmin yanında idim. Fatimə radiyallahu anha boynundakı zənciri çıxararaq; Bunu mənə (ərini qəsd edərək) Həsənin atası hədiyyə etdi, dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Ey Fatimə! İnsanların Muhəmmədin qızı Fatimənin əlində atəşdən bir zəncir var demələri səni sevindirərmi?” buyurdu. Sonra qızını şiddətlə qınadı və oturmadan çıxdı. Fatimə radiyallahu anha o zənciri satdı, yerinə bir kölə aldı və onu azad etdi. Bu xəbər Rasulullah səllallahu aleyhi va səlləmə çatdığında; “Fatiməni atəşdən qurtaran Allaha həmd olsun” buyurdu.” [Səhih. Nəsai (5155); Əhməd (5/278); Hakim (4725); Təbərani (1448); Albani, Ədəbuz Zifaf (244)]

   Aişə radiyallahu anhadan belə rəvayət edilmişdir; “Nəbi səllallahu aleyhi va səlləm əlimdə qızıldan iki bilərzik gördü və mənə; “Onları tulla...” buyurdu.” [Səhih. Nəsai (5158); Xatib, Tarixu Bağdad (8/459); Bəzzar (3007); Təbərani (23/641); Albani, Ədəbuz Zifaf (232)]

   Ummu Sələmə radiyallahu anha belə dedi; “Boynumda arpa dənələri şəklində qızıl boyunbağı vardı. Nəbi səllallahu aleyhi va səlləm içəri girdi. Onu istəmədiyini göstərərək ondan üzünü çevirdi. Bunun bəzəyinə baxmayacaqsan?, dedi. Rasulullah səllallahu aleyhi va səlləm; “Onun bəzəyindən üzümü çevirirəm” buyurdu. Ummu Sələmə radiyallahu anha dedi ki; Onu qopartdım, Rasulullah səllallahu aleyhi va səlləm mənə üzünü çevirdi və; “Biriniz gümüşdən bir zinət taxsa, onu zəfəranla saraltsa və o şəkildə istifadə etsə nə zərəri olar.” buyurdu.” [Səhih. Əhməd (26744); Təbərani (23/968); Abdurrazzaq (11/71); Hərbi, Qaribul Hədis (5/30); Albani, Ədəbuz Zifaf (s. 244)]

   Əli radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm qızıl və ipğyi əlinə aldı, minbərə çıxaraq belə buyurdu; “Bu ikisi ümmətimin kişilərinə haramdır.” [Səhih. Əhməd (1/115); Əbu Davud (4057); İbn Hibban (12/251)]


   Bu hədis haramlığın kişilərə xas olduğunu göstərir. Bu halda qadınlar haqqındakı qadağa məkruhluq səviyyəsinə düşməkdədir. Hədisin bəzi rəvayət yollarında “Qadınlarına halal edilmişdir” ziyadəsinə gəlincə, bu ziyadə münkərdir. Ziya əl Maqdisi, bu qismin, Əli radiyallahu anhdan rəvayət edən Abdullah əl Qafikiyə aid bir müdrəc olduğuna işarə etmişdir. [Ziyaul Maqdisi, əl Muxtarə (1/332)]

Hiç yorum yok: