11 Ocak 2017 Çarşamba

İnsanların Fəzilət Və Hörmətlərinə Aldanmadan, Haqqa uymaq!


   Yəmənli Şeyx əl-Müəllimi rahiməhullah, “Raful İştibah Ən Mənəl İbədəti vəl İləh” adlı kitabında (152-153) belə deyir:

   "Bunu yaxşı bil ki, Allahu Təala bəzi səmimi kəsləri başqalarının səhvi növündən şeylərlə imtahan edə bilər. Onun sözünü tərk edib haqqa tabe olacaqlar, yoxsa fəzilət və hörmətli olmalarına aldanacaklarmı deyə! Bəhsi keçən bu fəzilət sahibi insan üzrlüdür, hətta ictihadından və məqsədinin xeyr oluşundan, qüsur etməməsi səbəbindən əcr də qazanmış ola bilər.

   Ancaq Allahu Təalanın kitabından və Rəsulullah sallallahu aleyhi və səlləmin sünnəsindən həqiqi dəlillərə iltifat etmədən, o kimsənin ucalığına aldanıb tabe olan üzrlü deyil! Əksinə, o çox böyük bir təhlükədədir!

   Möminlərin anası Aişə radıyallahu anha Cəməl hadisəsindən əvvəl, möminlərin əmiri Əli radıyallahu anhı təqib etmək üçün Bəsrəyə getdiyi zaman, Həsən b. Əli və Ammar b. Yasir radıyallahu anhum, insanlara nəsihət etdilər. Ammar radıyallahın sözləri arasında bunlar var idi:
   "Vallahi o, Nəbi sallallahu aleyhi və səlləmin dünyada da, axirətdə də xanımıdır. Lakin Allah, özünə itaət edəcəksiniz, yoxsa onamı deyə sizi onunla imtahan edir! "


   Bu mənada ən əhəmiyyətli nümunələrdən bir digəri də Fatimə radıyallahu anhanın, atasının mirasını tələb etməsi hadisəsidir. Əbu Bəkr əs-Siddiq radiyallahu anh üçün bu böyük bir imtahan idi və Allah Azzə və Cəllə Onu bu barədə sabit etdirdi. "

Hiç yorum yok: