17 Ocak 2017 Salı

Naməhrəm Qadınla Tənha Qalmağın Haramlığı!

Tərcümə; Darul İttiba


    Uca Allah belə buyurur; “Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.” {Nur 30}

    Rasulullah səllallahu aleyhi va səlləm də belə buyurmuşdur; “Gözün zinası baxmaqdır.” (Yəni, Allahın baxılmasını haram etdiyinə baxmaqdır) [Səhih. Buxari rəvayət etmişdir. Fəthul Bari (11/26)]

   Qız istəyənin və həkimin baxması kimi şəri bir ehtiyac səbəbiylə baxmaq bunun xaricindədir.

   Qadının da məhrəmi olmayan bir kişiyə baxması haramdır. Uca Allah belə buyurmuşdur; “Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar.” {Nur 31}

   İbn Abbas radiyallahu anhumadan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Bir kişi, bir qadın ilə yanlarında məhrəmləri olan bir kəs olmadan tənha qalmasın.” [Səhih. Buxari (3006, 5233); Muslim (1341)]

    Bu hədisdən, qadının yanında məhrəmi olduğu zaman kişilərin qadınların yanına girə biləcəyi bir məna çıxarıla bilməz. Qəsd edilən, ancaq evlərində ərləri olmadığı zaman ayrı otaqlarda olsalar belə, qadınların evlərinə girməməkdir. Çünki bir birinə naməhrəm olan qadın ilə kişi eyni ev içində olarsa, ayrı otaqlarda və ya pərdə arxasında olsalar belə, şeytanın vəsvəsələrinə səbəb olar. Pislik etməsələr belə, ittihama məruz qalarlar.

   Amir b. Rabia radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Diqqət edin! Bir qadınla  kişi tənha qaldıqda üçüncüləri şeytan olar.” [Səhih. Tirmizi (2165, 2254); İbn Macə (2363); İbn Əbi Şeybə (7/457)]

   Uqbə b. Amir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Sizi qadınların yanına girməkdən çəkindirirəm.” Ənsardan biri dedi ki; “Ya Rasulullah! Ərin qohumlarına nə deyirsən?” Buyurdu ki; “Ərin qohumları ölüm(kimi çəkinilməsi lazım olan bir hal)dür.” [Səhih. Buxari (4934); Muslim (2172)]

   Cərir radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləmdən anidən (yad qadına) baxışın hökmünü soruşdum; “Gözümü dərhal başqa tərəfə çevirməyimi əmr etdi.” [Səhih. Muslim (2159); Əbu Davud (2148); Tirmizi (2776); Hakim (2/396)]


   Əli radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Ey Əli! Bir baxışına baxış əlavə etmə, çünki birincisi lehinədirsə, ikincisi lehinə deyildir.” [Həsən. Əbu Davud (2149); Tirmizi (2777); Əhməd (1/159, 3/308, 5/351, 357); İbn Hibban (12/381); Ziya əl Muxtarə (2/108); Hakim (2/212); Bəzzar (2/369, 10/92)]

Hiç yorum yok: