18 Ocak 2017 Çarşamba

Əhli Sünnə İçindəki İxtilafların Səbəbləri!

1- Niyyətin dəyişməsi, cahillik, azğınlıq və şeytan;

   Şeyxülislam İbn Teymiyyə, “İqtizaus Sıratil Mustaqim”də (1/148) belə demişdir: "İki tərəf arasında qınanmış olan ixtilafın səbəbi bəzən niyyətin dəyişməsidir. Nəfsləri azğınlıq, həsəd, yer üzündə üstünlük arzusu və bənzər xüsusiyyətlərin olması, başqasının sözünü və ya hərəkətini pisləməyi yaxud ona qalib gəlib üstünlük təmin etməyi yaxud nəsəb, məzhəb, məmləkət və ya yoldaşlıq kimi mövzularda özünə uyğun olanı dəstəkləməyi tələb edir. Çünki bu yollardan özünə yaxın gördüyü görüşlərin yayılıb tutulması ona şərəf və mövqe qazandırar. İnsanlar arasında bu tip tutumlar nə qədər məşhurdur! İxtilafın bu növü zülmdür, haqq sərhədini aşmaqdır.

   Bəzən də ixtilafı qızışdıran səbəb, ya tərəflərin aralarındakı ixtilaf mövzusunun gerçək mahiyyətini bilməmək və ya mübahisə edən tərəflərdən birinin qarşı tərəfin söykəndiyi dəlili qavraya bilməməsi, ya da tərəflərdən birinin öz dəlil və hökmünün haqlılıq payını bilməməsidir. Demək ki, cəhalət və zülm bütün pisliklərin anasıdır.

   Necə ki, Allah Azzə və Cəllə buyurur: "Lakin bu əmanəti insan yükləndi. Heç şübhəsiz, o çox zalım və çox cahildir. " (Əhzab 72)

   Alləmə Muqbil b. Hadi rahiməhullah “Nəsihət Li Əhlis Sunnə” risaləsində (s.196) belə demişdir: "Əhli sünnəyə nəsihətim ayrılıq və ixtilaf səbəblərindən uzaqlaşmalarıdır. Əhli sünnənin əqidəsi birdir, istiqamətləri birdir, burada cəhalət, azğınlıq və şeytan kimi səbəblər olması xaricində ayrılıq və ixtilafın uyğun görülməsi mümkün deyildir. Səhihi Müslimdə gələn hədisdə belə buyurulur: "Şübhəsiz ki, şeytan namaz qılanların ərəb yarımadasında özünə ibadət etmələrindən ümidini kəsmişdir. Ancaq aralarını pozma mövzusunda ümidlidir. "

  2- Anlayış qüsuru və pis arzu:

    Alləmə İbn Useymin, Səhihul Buxari şərhində (1/126) "halal bəllidir" hədisini açıqlayarkən belə demişdir: "Çoxluğa şübhəli gələn şeylərin səbəbi, ya insanların ümumuna, ya elm və anlayışları əskik olan və ya bəyənilməyən xasiyyətləri olan elm tələbələrinə məsələnin qapalı gəlməsidir . Çünki bu qapalılığın birinci səbəbi, elm əskikliyidir. Yüz hədis əzbərləyənin, min hədis əzbərləyən kimi olmadığı məlumdur. İkincisinin elmi daha çoxdur.

   İkinci səbəbi, anlayışdakı qüsurdur. Kişi daha çox əzbərləyincə onda daha çox elm var kimidir. Ancaq onda anlayış yoxdur. Yenə bu da məsələlərin qapalı gəlməsinə səbəb olur. Çünki o nasları olduğu kimi anlamaz.


   Üçüncüsü,  pis arzudur. Naslara inandığı kimi şərh verər. Bunlar Quran və ya sünnə haqqında öz düşüncələrinə uyğun danışar, nasları inandığı şeyə uyğun salmağa çalışır. Ona, inandığı şeyə zidd bir nas gəldiyində boynunu çevirər. Bəzən nassı rədd edər. Amma Allahın özünə elm, anlayış və səmimi niyyət verdiyi kimsə, nasları özünə uydurmaz, naslara ittiba edər. Qəlbi, qəlibi, əzaları və sözləriylə dəlili tələb edər. Bu adətən haqqa isabət edər, (doğruya) çatması üçün ona haqq asanlaşdırılmışdır.

Hiç yorum yok: