Numan b. Bəşir
radiyallahu anhdan; “Atam məni Rasulullah səllallahu aleyhi va səlləmin yanına
aparıb dedi ki; “Mən bu oğluma mənə aid olan bir köləmi verdim (bağışladım)” Nəbi
səllallahu aleyhi va səlləm; “Bütün uşaqlarına da belə bir hədiyyə etdinmi?”
deyə soruşdu. “Xeyir” deyincə; “Elə isə buna verdiyin köləni geri al!”
buyurdu.” [Səhih. Buxari (2586); Muslim (1623)]
Numan b. Bəşir
radiyallahu anhdan; “Atam mənə malının bir qismini bağışladı. Anam Amrə bint
Revaha dedi ki; “Nəbi səllallahu aleyhi va səlləmi şahid göstərmədikcə mən
buna razı olmaram.” Bunun üzərinə mənə verdiyinə şahid tutmaq üzrə atam məni
Rasulullah səllallahu aleyhi va səlləmə çatdırdı. Rasulullah səllallahu aleyhi
va səlləm belə buyurdu; “Bunu bütün uşaqlarına da etdinmi?” “Xeyr” deyə cavab
verincə, belə buyurdu; “Allahdan qorxun, övladlarınıza ədalətli davranın!” Atam
qayıtdı, verdiyi o sədəqəni geri aldı.” [Səhih. Muslim
(1623); Buxari (2587)]
Başqa bir rəvayətdə;
“Hamısına buna verdiyin kimi verdinmi?” buyurdu. “Xeyr” deyincə, Nəbi səllallahu
aleyhi va səlləm; “Elə isə məni şahid tutma! Çünki mən ədalətsizliyə şahid
olmaram.” buyurdu. [Səhih liğayrihi. Əhməd (3/326)]
Hiç yorum yok:
Yorum Gönder