Məqalə sahibi; Əbu Muaz Seyfullah
Tərcümə; Darul İttiba
1. Biz Allaha, isimlərinə və
sifətlərinə Allahın Kitabında və Nəbimiz Muhəmməd səllallahu aleyhi va səlləmin
sünnətində bəhs edildiyi kimi təhrifsiz (pozmadan), təvilsiz (məcazi məna vermədən),
təmsilsiz, təşbehsiz (məxluqata bənzətmədən) və Tətilsiz (inkar etmədən)
inanırıq.
2. Biz nəbimiz Muhəmməd səllallahu
aleyhi va səlləmin əshabını sevərik və onların əleyhlərində danışanlara da nifrət
edərik. Biz inanırıq ki, onlar haqqında pis danışanlar din haqqında da pis
danışmış sayılır. Çünki sahabə bizə dini öyrədəndir. Və biz Nəbi səllallahu
aleyhi va səlləmin əhli beytini də şəriətin qoyduğu ölçüdə bir sevgiylə sevərik.
3. Biz Hədis Əhli olan
insanları və Əhli Sünnədən olan bu ümmətin hər sələfini də sevərik.
4. Biz Kəlam elmindən həzz
almaz və kəlam elmini ümmətin bölünməsinin ən böyük səbəblərinin arasında görərik.
5. Biz Allah və ya Rasulu tərəfindən
təsdiq edilmədiyi müddətcə heç bir fiqh kitabından, Təfsir kitabından, keçmiş
hekayələrdən və ya Nəbi səllallahu aleyhi va səlləmin sirasından (zəif olaraq nəql
edildiyi üçün) heç bir şeyi qəbul etmərik. Burada onları rədd etdiyimiz, ya da
onlara ehtiyacımızın olmadığını qəsd etmirik. Qəsd edilən alimlərimizin
araşdırmalarından və əsərlərindən yararlanmamızın şərtə bağlı olduğu və bu şərtdə
hökmün səhih bir dəlilə sahibliyidir.
6. Qurandan və ya səhih və
güvənilən hədislərdən nümunələr vermədən
kitablarımızı yazmaz, söhbət və xütbələrimizi vermərik. Və bir çox kitabdan və
nəsihət edənlərdən yayılan uydurma hekayələri, xürafələri və zəif və ya uydurma
hədisləri sevmərik.
7. Biz heç bir müsəlmanı Allaha
şərik qoşmaq, namazın tərki və yadin dəyişdirməsi xaricində heç bir günahından
dolayı təkfir etmərik.
8. Biz quranın Allahın Kəlamı
olduğuna inanarıq, Quran yaradılmamışdır.
9. Biz Uca Allaha dəvətdə,
Ona ibadətdə səmimiyyətdə, şirkdən, bidətlərdən və Ona itaətsizlikdən çəkindirməkdə
və bunlara qarşı olan bütün qruplara və camaatlara nəsihətdə Kitab, Sünnə və
ümmətin sələfinin üzərinə olduğu yolda bir mənhəcə sahib olan qruplarla birlikdə
olmaq məcburiyyətində olduğumuza inanırıq. Bu birliyi təqva və yaxşılıq üzərinə
olmaq və lazım gəldikdə pisliyə və yalnışa və pis və fəsad insanlarla birliyə
qarşı qarşılıqlı tövsiyyə etməkdədir.
10.
Biz müsəlman dövlət
başçılarına müsəlman olduqları müddətcə üsyan etmənin doğru olduğunu düşünmürük
və qiyamın sülh və uzlaşmanı gətirəcəyinə inanmırıq. Bu cür hadisələrin və səylərin
tam tərsinə cəmiyyəti pozduğunu düşünürük.
11.
Biz günümüzdəki partiyaların və qrupların
çoxunun müsəlmanların ayrılığının və onların zəifliyinin səbəbi olduğunu
düşünürük. Buna görə də məqsədimiz insanları düşüncələrindəki kor koruna təqlid
çağırışlarından, məzhəbçilik qaranlığından və qruplaşma ruhundan qurtarmaqdır.
12.
Allahın Kitabını və Rasulullah
səllallahu aleyhi va səlləmin sünnətini anlamaqda ölçümüz hədis alimlərindən
olan bu ümmətin sələfinin anlayışıdır, müəyyən şəxsiyyətlərin kor təqibçiliyi
deyildir. Biz haqqı haradan gəlirsə gəlsin alarıq. Və bilirik ki, cəmiyyətə
Allahın qadağan etdiklərini gətirmələrinə baxmayaraq, Sələfi təqib etdiyini
iddia edənlərdən Sələfilik bəridir. Biz gənc nəsli bütün bu bəhs etdiklərimizdən
təmizlənmiş şəkildə İslam üzərinə yetişdirməyin onlara əvvəldən etibarən
inancsız qərb təhsilinin təsirlərindən uzaq, doğru İslami təhsil verməkdən
keçdiyinə inanırıq.
13.
Biz siyasətin dinin bir
parçası olduğuna inanırıq və kim siyasəti dindən ayırmağa çalışırsa, o dini
pozmağa çalışır və fitnə yaymağa çalışır.
14.
Biz müsəlmanların Allahın
Kitabına və Rasulunun sünnətinə dönmədikcə heç bir zəfərə və ya şərəfə sahib
ola bilməyəcəyinə inanırıq.
15.
Biz dini bəzi xüsusları
vacib, bəzilərini lazımsız deyə ayıranlara qarşıyıq. Və bizə görə bu çox təhlükəli
və həlak edici yoldur.
16.
Biz Sünnənin elmini dəyərsiz
görən və ona dəyər verməyib bunun zamanı olmadığını iddia edənlərə qarşıyıq.
Eyni şəkildə Peyğəmbərimizin Sünnəsini yaşamağı kiçik görənlərə və dəyər verməyənlər
də qarşıyıq.
17.
Bizim dəvətimiz və əqidəmiz
bizə özümüzdən, malımızdan və övladımızdan daha sevimlidir. Bu səbəblədir ki,
bir gümüş və ya qızıl qarşılığında dəvətimiz və əqidəmizdən dönmərik. Biz deyərik
ki, heç kim bizim dəvətimizi dirhəm və dinar qarşılığında almaq üçün boş yerə
ümidlənməsin.
18.
Biz Sünnəni təqib edən
günümüz alimlərini sevərik və onlardan faydalanmağa çalışarıq və onların vəfat
etməsinə görə çox kədərlənərik.
19.
Allahın Kitabı və Onun
Rasulunun Sünnətindən dəlili olmadığı müddətcə heç bir fətvanı qəbul etmərik.
Budur, bunlar bizim əqidəmizə
və dəvətimizə qısa bir baxış idi. İndi əgər kim buna qarşıdırsa, o zaman biz
haqq olan nəsihəti almağa və əgər yalnışdırsa onu rədd etməyə və əgər inadçı
bir şəkildə bizə qarşı dayanarsa, ondan imtina etməyə hazırıq və Allah ən yaxşı
biləndir.
[ Bu açıqlama Şeyx Muqbil b. Hadinin “Tərcumətu Əbi Abdirrahmən Muqbil Hədi
əl Vadi” (s. 135-142) kitabından tərtib edilmişdir.]
Hiç yorum yok:
Yorum Gönder