Hakimə və ya
idarəçiyə, haqlının haqsız göstərilməsi, ya da haqsız olan bir şeyə haqlıymış
kimi muamələ edilməsi üçün rüşvət vermək günahdır. Qərarda haqsızlığa və haq
sahibinə zülm edilməsinə yol açar.
Pislik yayılar. Uca Allah belə buyurur; “Mallarınızı öz aranızda haqsızlıqla
yeməyin və camaatın malının bir qismini bilə-bilə günah yolu ilə yeyəsiniz deyə
hakimləri ələ almağa çalışmayın.” {Bəqərə 188}
Abdullah b.
Amr radiyallahu anhdan; Rasulullah səllallahu aleyhi va səlləm buyurdu ki; “Allahın
lənəti rüşvət alan və rüşvət verənə olsun.” [Səhih. İbn
Macə (2313); Səhihul Cəmi (5114)]
Hiç yorum yok:
Yorum Gönder