30 Ocak 2017 Pazartesi

Cəhənnəmdən Çəkinin!

Allahu Təala belə buyurmuşdur; “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır.” {Təhrim 6}

    “- Əgər siz bunu edə bilmirsinizsə, – heç edə də bilməzsiniz – onda yanacağı insanlardan və daşlardan olan, kafirlər üçün hazırlanmış oddan çəkinin.” {Bəqərə 24}

   “Kafirlər üçün hazırlanmış Oddan çəkinin.” {Ali İmran 131}

   Yenə buyurdu ki; “Mən sizi alov saçan bir odla qorxutdum.” {Leyl 14}

   “Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!” {Zümər 16}

   “Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır. Xeyr! And olsun aya! And olsun dönüb uzaqlaşan gecəyə! And olsun ağarmaqda olan sübh çağına! Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir, həm bəşəriyyət üçün xəbərdarlıqdır, həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.” {Müddəssir 31-37}

   Həsən rahiməhullah; “İnsanlar üçün xəbərdar edicidir” ayəsinin təfsirində; “Allahu Təala qullarına bundan daha şiddətli bir şəkildə xəbərdarlıq etməmişdir.” dedi. [İbn Əbi Hatim]


  Siman b. Hərb, Numan b. Bəşirin xütbə verərkən belə dediyini rəvayət edir; “Rasulullah səllallahu aleyhi va səlləmdən belə eşitdim; “Mən sizi alov saçan atəşə qarşı çəkindirdim, mən sizi alov saçan atəşə qarşı çəkindirdim.” Hətta bazarda olan biri Rasulullah səllallahu aleyhi va səlləmin dediyini; “Mən bu dayandığım məqamdan eşidirdim” dedi və üzərində olan qara əbası ayaqlarının altına düşdü.” [Əhməd]

Hiç yorum yok: