Tərcümə; Darul İttiba
Bəy və ya onun yerinə talib
olan vəlisi, iki adil şahidin önündə qızın vəlisinə; “Qızını mənə (və ya filan
oğlu filana) bu qədər mehir qarşılığında verdinmi?” deyə soruşar. Bu suala
“icab” deyilər. Qızın vəlisi də; “Verdim” deyər. Buna da qəbul deyilər. Bunun
üzərinə Xütbətul Xacə oxunar və nigah həyata
keçmiş olar. Kəbin kəsilməsi üçün bir imamın olmasını şərt qoşmağın bir əsası
yoxdur. Yenə çox yayılmış xətalardan biri də, kəbin kəsilməsi əsnasında evlənəcək
olan qıza sual verilərək kəbinin kəsilməsidir ki, belə bir nigah batildir.
Çünki qadın özünü evləndirə bilməz. Ayrıca qız, naməhrəmlərin qarşısına çıxa
bilməz. Qızın razı olub olmadığını soruşmaq vəlisinin vəzifəsidir və nigah tələbi
qızın vəlisinə deyilər. nigah əsnasında dəstəmazlı olmağı şərt qoşmaq bidətdir.
[Əbu Muaz Seyfullahın “Səhih İslam
fiqhi” kitabından alıntı]
Hiç yorum yok:
Yorum Gönder