Üzr qəbul edilən hallardan bəziləri bunlardır;
1. İçki, çalğı alətləri kimi münkərlərin olduğu bir yerdə verilən dəvətlərə qatılmaq caiz deyildir. Ancaq oradakı münkərlərə mane olmaq və dəyişdirmək məqsədiylə gedilə bilər. Münkərlər ortadan qaldırıldıqda, qatılmaq yenidən vacib olur.
Əli radiyallahu anhdan; “Yemək hazırladım və Rasulullah səllallahu aleyhi va səlləmi dəvət etdim. Yeməyə gəldiyində evdə rəsmlər gördü və geri qayıtdı. Bunun üzərinə mən; “Ya Rasulullah! Anam atjm sənə fəda olsun, geri qayıtmana səbəb olan nədir?” dedim. Mənə; “Evdə, üzərində rəsmlər olan bir örtük var. Heç şübhəsiz, mələklər içərisində rəsm olan evə girməz” buyurdu.” [Səhih. İbn Macə (3359); Əbu Yala (436)]
Ömər radiyallahu anhdan; “Rasulullah səllallahu aleyhi va səlləmin belə buyurduğunu eşitdim; “Allaha və axirət gününə iman edən kəs, üzərində içki gəzdirilən süfrəyə oturmasın. Allaha və axirət gününə iman edən kəs, izarsız olaraq hamama girməsin. Allaha və axirət gününə iman edən qadın da hamama girməsin.” [Həsən. Əhməd (1/20); Əbu Yala (251); Beyhəqi (7/266)]
İbn Ömər radiyallahu anhuma, Huzeyfə radiyallahu anhı dəvət etdiyində, Huzeyfə radiyallahu anh, evdə əcəmlərə aid bir şey gördüyü üçün geri qayıtmışdır. [Səhih mövquf. Buxari (9/249); Əhməd, Kitabul Vəra (s. 137, No: 71); Təbərani (4/No: 3853)]
Əbu Məsud radiyallahu anh evdə surət (rus daşıyan canlıya aid bir rəsm) gördüyündə geri dönərdi. [Səhih mövquf. Buxari (9/249); Beyhəqi (7/268)]
2. Dəvətə sadəcə zənginlərin çağırılıb, kasıbların çağırılmaması halında dəvətə qatılmamaq caizdir. Əbu Hureyrə radiyallahu anh belə demişdir; “Ən şərli yemək, zənginlərin çağırılıb, kasıbların çağırılmadığı vəlimə yeməyidir. Dəvətə qatılmayan kimsə, Allaha və Rasuluna üsyan etmiş olar.” [Səhih. Buxari (5177); Muslim (1432)]
3. Dəvət sahibinin haramdan çəkinməyən, şübhəli şeylərdən çəkinməyən biri olması halında dəvətə qatılmamaq caizdir.
4. Çətin hava şəraiti, düşmən qorxusu, mala və ya cana zərər gəlməsindən narahat olunması kimi dəvətə qatılmağa mane olan, şəri bir üzrün olması halında qatılmamaq caizdir.
Evlənənlərə ediləcək dua!
Əbu Hureyrə radiyallahu anhdan: “Rasulullah səllallahu aleyhi va səlləm evlən bir kəsi təbrik edəcəyi zaman; “Allah, (evliliyinizi) hər ikinizə də mübarək etsin, bərəkəti ikinizin üzərinizə olsun və sizi xeyirlərdə birləşdirsin.” deyərdi.” [Səhih. Əhməd (2/381); Əbu Davud (2130); Tirmizi (1091); İbn Macə (1905); İbn Hibban (4052); Hakim (2/183); Beyhəqi (7/148)]
Aişə radiyallahu anhadan; “Nəbi səllallahu aleyhi va səlləm mənimlə evləndikdə, anam məni evə gətirdi. Evə girdiyimizdə, Ənsardan bir qrup qadın vardı və mənə; “Xeyir və bərəkət üzrə gəldin və xeyirli qismətə qovuşdun.” dedilər.” [Səhih. Buxari (5156)]
Evlənənlərə hədiyyə vermək!
Ənəs radiyallahu anhdan; “Nəbi səllallahu aleyhi va səlləm, Zeynəb radiyallahu anha ilə evləndiyi zaman, Umm Suleym radiyallahu anha ona tasdan bir ləyən içində hays yeməyi hədiyyə etdi.” [Səhih. Muslim (1428)]
Hiç yorum yok:
Yorum Gönder