Bir adam Əbu Hureyrə radiyallahu anha; “Təqva
nədir?” deyə sual verdi. Əbu Hureyrə radiyallahu anh; “Tikanlı bir yola girsən
nə edərsən?” dedi. Adam; “Tikanı görüncə ya yanından keçərəm, ya üstündən
atlanaram, ya da geri qayıdaram.” dedi. Əbu Hureyrə radiyallahu anh; “Bax təqva
elə budur!” dedi. [Beyhəqi, Kitabuz Zühd (208)]
Talk b. Həbib rahiməhullah
belə dedi; “Bir fitnə ortaya çıxınca, bunu təqva ilə söndürün.” Bunun üzərinə
onu dinləyənlər; “Təqva nədir?” deyə soruşdular. Buna belə cavab verdi;
“Allahın göstərdiyi şəkildə bilərək Allaha itaət etmək, Allahın savabını umaraq
və bilərək Allaha itaət etmək, günah olan əməlləri bilərək və Allahın əzabından
qorxaraq tərk etməkdir.” [İbn Əbi Şeybə, Kitabul İman
(s. 99)]
Ömər radiyallahu
anh belə dedi; “Möminin kərəmi təqvasıdır.” [Muvatta
(Cihad 35)]
Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurmuşdur; “İnsanın cənnətə girməsinə ən çox səbəb olan
şey, onun Allaha qarşı duyduğu təqvasıdır.” [Əhməd,
Musnəd (2/392, 442)]
Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurmuşdur; “Ərəbin ərəb olmayana heç bir üstünlüyü
yoxdur. Üstünlük ancaq təqva ilədir.” [Əhməd, Müsnəd
(5/410]
Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurmuşdur; “Allaha qarşı təqva sahibi olmağınızı
tövsiyyə edirəm.” [Əbu Davud, Sünən (5); Tirmizi (Elm
16)]
İbn Ömər
radiyallahu anhuma belə dedi; “Qul könlündəki şübhə verən şeyləri tamamiylə tərk
etmədikcə həqiqi təqvaya çata bilməz.” [Buxari (İman,
1)]
Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurmuşdur; “Qul zərərli şeylərə düşmə narahatlığı ilə zərəri
olmayan şeyləri də tərk etmədikcə həqiqi müttəqilərin dərəcəsinə çata bilməz.” [Tirmizi (Qiyamət 19)]; İbn Macə (Zühd 24)]
Rasulullah səllallahu
aleyhi va səlləm belə buyurdu; “Allahım! Nəfsimə təqvasını ver və onu təzkiyə
et! Sən onu ənRasulullah səllallahu aleyhi va səlləm yaxşı təzkiyə edənsən.” [Muslim (Zikr 73, 2722)]
Bir kimsə İsa
aleyhissələmin yanına gələrək; “Ey xeyir və yaxşılıqların müəllimi! Bir qul,
Allahu Təalaya qarşı necə təqva sahibi ola bilər.” deyə sual verdi. İsa
aleyhissələm belə cavab verdi; “Bu asan bir işdir; Allahu Təalanı bütün qəlbinlə
haqqıyla sevərsən, Onun razılığı üçün gücün çatdığı qədər saleh əməl edərsən,
bütün adəm oğullarına da özünə etdiyin şəkildə şəfqət və mərhəmət göstərərsən.”
Sonra da belə dedi; “ Sənə edilməsini istəmədiyin bir şeyi, sən də başqasına
etmə! O zaman Allaha qarşı haqqıyla təqva sahibi olarsan!” [Əhməd, Əz Zühd (s. 59)]
Əbu Zərr
radiyallahu anh deyir ki; “Rasulullah səllallahu aleyhi va səlləm bir gün belə
buyurmuşdur; “Mən bir ayə bilirəm. Əgər insanlar ondan yapışsalar hamısına bəs
edər” Əshabı; “Ey Allahın Rasulu! Bu hansı ayədir?” dedilər. Allah Rasulu da bu
ayəni oxudu; “Allahdan qorxana (Təqva sahibi olana), Allah çıxış yolu göstərər”
{Talaq 2} [İbn
Macə, Zühd (24)]
Hiç yorum yok:
Yorum Gönder